manat

Tənhalığın göz yaşı

Posted on

yalnizlik-resimleri97-1435304702Əlindəki siqaretindən bir nəfəs də çəkib bərk-bərk öskürdü. -Zəhrimara qalsın. Buna hardan dadandıq axı? Belə getsə axırıma çıxacaq. Kənara atdığı siqaret kötüyü hələ də tüstülənirdi. Havanın istisindən qurumuş sarı otun arasından sısqa-sısqa tüstülənən siqaret kötüyü otları da yandırıdı. Onda hiss etdi ki, bu günə qədər siqaret onu nə hallara salıb.

Palıd ağacının altında illər əvvəl kəsilmiş palıdın kötüyündə oturub ayaqlarını qabağa uzaltmışdı. Əlindən çomağını əskik etməzdi. Elə indi də əlindəki çomağı ilə yerdəki otların dibini eşirdi. Bəzən də başını yuxarı qaldırır dərindən köks ötürürdü. Babadan qalma evin həyətindəki Tut ağacının dibindəki baltanı diqqətlə süzdü. Read the rest of this entry »

Advertisements

Varlı şirkətin kasıb işçiləri

Posted on

13327507_1614747975507974_5392359032703033583_n

Razıyam ölkədə maddi vəziyyət, dolların bahalaşması ilə əvvəlkinə nisbətən pisləşib. Amma bunun gəl-gəl deyən vaxtları da vardı axı. Sözümün canı odur ki, birazdan qeyd edəcəklərimi dollarla əlaqələndirməyək.

Bir neçə şirkət və bəzi şirkətlərdəki vəzifələr xaric, ölkəmizdə maaş normal yaşyış həddindən az olub, azdır.

Maaşın az olmama səbəbi nədir bəs?

Özəl və ya dövlət müəssisələrinin gəlirinin az olması?

Read the rest of this entry »

Googledə necə birinci oldum?

Posted on

google-kutlama

Sevindirici haldır ki, son zamanlar “insan resursları bloqu”, “insan resursları blogu” kimi axtarışlar verərkən ilk çıxan bloq mənim bloqumdur.

Bu birincilikdə uzun müddət deyiləmG5team  və  Tehran bəy də dinc dayanmırlar 🙂

Belə bir deyim var siz Googlenin dediyi qədər sizsiniz. Bunu elə bloqa da aid etmək olar. Bloqunuz Googlenin dediyi qədərdir.

Bəs bu necə oldu?

Read the rest of this entry »

Badımcansayağı taksi

Posted on Updated on

http://www.dreamstime.com/royalty-free-stock-image-taxi-image28409716
TAXI

Yaxın zamanlarda dostlardan biri taksi xidmətlərində qarşılaşılan problemdən bir qismi barədə yazmışdı. Bir neçə gün əvvəl özümün də başına belə bir hadisə gəlib.

Deməli Türkiyədən qonağım gəlmişdi. Elmlər m.st yanında Badımcan deyə tabir etdiyimiz 90 AT 967 nömrə nişanlı London taksisinə yaxınlaşdıq. Sürücünün yaşı hardasa 55-60 arası olardı. Dayday maşını sürür, əlində də siqaret özü üçün tüstülədir.

Üzü Milli Məclis tərəfə dönəndə yolu bağladıqlarından məcbur qaldıq düz düşməyə. Arxada mən və qonağım olmasına baxmayaraq sürücü (adı- Rövşən) söyüş söyməyə başladı.

Nə isə gəldik gedəcəyimiz yerə çatdıq. Gediş haqqı 4.10 AZN idi. 5 AZN verdim və gözləyirəm ki, sürücü qalığı geri qaytaracaq. Sürücü gözlədiyimi görüb dedi ki, bəs bayaq propkaya düşmüşük ona görə qaytarmıram.

Başladım ki, atan gözəl, anan gözəl probkanın mənə nə dəxli? İkinci diə gəldiyin yol ki, dəyişmir probkada. Dəyişsə belə gəldiyin yola görə yazır sayğacın. Sürücü xoş dildən başa düşmədiyinə görə məcbur qaldım başa düşdüyü dillə danışdım və qalığı aldım.

Halbu ki, məsələ 90 qəpik deyildi. Əgər yolda siqaret çəkməsəydi, biz eşidə-eşidə söyüş söyməsəydi bəlkə də qalığı heç gözləməyəcəkdim.

Əlimdən gəldiyi qədər Dost Taxidən istifadə edirəm. Olduqca gözəl xidmət göstərirlər. Qısa zamanda ödəniş haqqında məlumat verirlər. Sürücüləri də çox mədənidir.  Ən çox xoşuma gələn isə zəng etdiyin zaman “Buyurun Vüsal bəy” demələridir.Ad ilə xitab çox önəmlidir. Müştəri ilə həqiqətən dost kimi davranırlar. Artıq tanışıqmış kimi aura yaranır. Halbu ki, heç bir zaman operatordakı şəxsi görməmişəm bəlkə də heç vaxt görməyəcəm. Belə bir xidmət göstərdiklərinə görə Dost Taxi ailəsinə təşəkkürümü bildirirəm.