kitab

Tənhalığın göz yaşı

Posted on

yalnizlik-resimleri97-1435304702Əlindəki siqaretindən bir nəfəs də çəkib bərk-bərk öskürdü. -Zəhrimara qalsın. Buna hardan dadandıq axı? Belə getsə axırıma çıxacaq. Kənara atdığı siqaret kötüyü hələ də tüstülənirdi. Havanın istisindən qurumuş sarı otun arasından sısqa-sısqa tüstülənən siqaret kötüyü otları da yandırıdı. Onda hiss etdi ki, bu günə qədər siqaret onu nə hallara salıb.

Palıd ağacının altında illər əvvəl kəsilmiş palıdın kötüyündə oturub ayaqlarını qabağa uzaltmışdı. Əlindən çomağını əskik etməzdi. Elə indi də əlindəki çomağı ilə yerdəki otların dibini eşirdi. Bəzən də başını yuxarı qaldırır dərindən köks ötürürdü. Babadan qalma evin həyətindəki Tut ağacının dibindəki baltanı diqqətlə süzdü. Read the rest of this entry »

Advertisements

Saxla Zamanı Gələr Zamanı yoxsa KVAN?

Posted on Updated on

Son dövrdə fərdi inkişaf mövzusunda  yazılan iki kitabı 5 kriteriyada  müqayisə edəcəm.

(Hər iki kitab inkişafa xidmət etdiyindən belə adlandırdım)

Başlayaq.

1-Müəlliflərin piyasada tanınırlığı aspektindən yanaşsaq Fəxri bəy Coşqun bəydən bir addım öndədir. Düzdür burda yaş faktoru da öz sözünü deyir amma bu dəyərləndirmədə Fəxri bəy öndədir.

Saxla Zamanı Gələr Zamanı 1-0 KVAN Read the rest of this entry »

NİYƏ OXUMALIYIQ ???

Posted on

soru-isaretiKiçik bir sual: Niyə oxumalıyıq?

Qısa cavabı:

Dünyanı idarə edən kağız, qələm və mürəkkəbdir. J.Havel

Elmin ağası olmaq üçün zəhmətin köləsi olmalısınız. Onore de Balzak Read the rest of this entry »

Heç vaxt uğur qazandırmayacaq o addımlar

Posted on

ff.jpg

Uğur. Başarmaq. Eşitdiyimiz zaman qulağa xoş gələn sözlərdir.

Amma bunun bir əmması var ki, həyatda çox şey hazır vəziyyətdə insanın əlinə vermilmir. Hər şey demədim çünki…Çünkisini birazdan biləcəyik.

Xüsusən gənclərimiz uğur qazanmaq, fərdi inkişaf adına daha tələsgəndirlər. Bir fokus-mokusla hər şeyi həll etmək olmaz.

İndiyə qədər fərdi inkişaf, uğuru necə qazanmaq olar tipli bəlkədə yüzlərlə kitablar yazılıb. Ahmet Şerif İzgörenin də dediyi kimi hamısı da sizə, bizə ağıl verməklə məşğuldur.

Read the rest of this entry »