is axtariram

İş yerində psixoloji terror-romandan hissə

Posted on

mob-psicologia-mobbing-767x433Bu yazı üzərində İşlədiyim SİR romanından bir hissədir. Roman iş romanı formasında olacaq. Romanda İnsan Resursları ilə əlaqəli proseslər, müəssisədə baş verən hadisələr, işçilər arasındakı və rəhbərliklə işçilər arasındakı münasibətlər, problemlər və həlli yolları obrazların dili ilə ifadə edilir. Romanın demək olar 60%-i yəni 100 səhifəsi hazırdır. Qısa vaxt ərzində bitirməyə çalışacam. İş romanları bir çox ölkədə qələmə alınsa da bizdə indiyə qədər səhv etmirəmsə olmayıb. Keçən ay “Sənayenilənmə” iş romanı işıq üzü gördü. Bu arada onun da yazarı mənim kəndçimdir 🙂

-Qalx Qəhrəman iclasa gedirik, yuxarı rəhbərlik qarşısında bizim departamentin əvəzindən sən danışacaqsan. Keçən beşinci gün məndən ad istədilər mən də sənin adını verdim.

İndi başa düşürdüm gözlərindəki parıltının sirrini. Üstündən artıq beş gün keçib amma mənə bu barədə heç nə deməmişdi. Yəqin məni rəhbərliyin qarşısında sındırmaq, necə yarıtmaz işçi olduğumu göstərmək istəyirdi. Amma mən başqa şey istəyirdim. Elə indi qalxıb sifətinin düz ortasına yaxşıca bir yumruq vurub istefa ərizəmi də sifətinə çırpıb işdən ayrılmaq istəyirdim. Amma Sevilin dedikləri məni fikrimdən yayındırdı. Elə bil sifətim od tutub yanırdı. Özümdə güc tapmaq üşün masanın kənarından möhkəm-möhkəm yapışdım. Bilirdim ki, başqa çarəm qalmayıb. Gərək mən də elə çıxış edim ki, Səlim bəyin qurmaq istədiyi tələdən məharətlə öz xeyirimə istifadə edim.

-Yaxşı Səlim bəy gedək deyib əlimlə qapını göstərdim.

Qabaqda Səlim bəy arxada da mən beşinci mərtəbənin dəhlizi ilə iclas zalına tərəf gedirdik. Hələ də müdirimi yumruqlamaq, döymək istəyirdim. İçəri daxil olanda ayaqlarım əsdi.

Şirkətin demək olar bütün rəhbərliyi burda idi. Projektor qoşulmuşdu çıxışçılardan birinin slaydı artıq pərdədə əks olunmuşdu.

Allaaah mən batdım- dedim ürəyimdən, heç nəyə hazır deyiləm. Heç nə barədə danışacağım haqqında da bir fikrim yoxdur.

Yerimə əyləşəndə ürəyimdə danışırdım. Deyəsən halımı Sevil uzaqdan hiss etmişdi. Göz-gözə gəldik. Üzünə baxıb udqundum, amma alınmadı elə bil boğazıma düyün vurulmuşdu. Artıq o da hər şeyi başa düşmüşdü. Başını azacıq yana əydi sanki hal dili ilə- nə etmək olar yola ver-deyirdi. Elə də edəcəkdim. Nə olursa olsun Səlim bəyin əlinə kozur verməməli idim.

Elə bu an telefonumun mesaj səsi gəldi, açdım Sevildən gəlmişdi. Əlavədə link atmışdı. Diqqəti çəkmədən linki açdım. O qədər də böyük olmayan yazı idi. Özü də rəhbərlərlə bağlı idi. Allaaaah necə sevinirdim, necə sevinirdim az qala qol qanad açıb oynamaq istəyirdim. Bu qız mənim xilaskarımdır. Kim nə deyir desin bu adi qız deyil mələkdir. Sevincimdən özümü əməlli başlı itirmişdim.

Sizin üçün adi görünür, bir də özünüzü mənim yerimdə təsəvvür edin. Müdiriniz sizi incitmək üçün hər yola əl atır, hətta yuxarı rəhbərliyin qarşısında qələminizi qırmaq istəyir amma birdən sehirli bir mesaj sizi xilas edir. İndi bildiniz niyə bu qədər sevinirdim?

Hə unutmadan deyim, bayaq ürəyimdə Sevil haqqında düşündüklərimi də sən demə qeyri iradi mesaj yerinə yazıb Sevilə göndərmişəm. Təsəvvür edirsiniz? Bunu Sevildən gələn gülücük işarəli mesajdan sonra bildim. Amma özümü o yerə qoymadım. Bəlkə də bir daşla iki quş vurmuşdum.

Çıxış edənlər sıra ilə çıxıb danışırdılar. Hamısı da hiss olunurdu ki, əməlli başlı hazırlaşıblar. Arada gözüm Səlim bəy tərəfə qaçırdı. Necə də özündən əmin formada oturmuşdu.Kənardan torunu qurub ovunun düşəcəyindən əmin olan ovçu kimi görünürdü. Amma nafilə, mən ona ov olamayacam. Nə olur olsun mən işimi sevirəm və işimdə qalmalıyam.

Növbə Sevilə çatmışdı, hər zamanki kimi şux qaməti və özündən əmin addımlarla önə çıxdı. Baxışları ilə məni süzüb, başı ilə salondakıları ehtiramla salamlayıb ilk slaytı ekrana gətirdi.

Mövzu Motivasiyanı azaldan səbəblər idi. Axxx bu qız….

Not*

Psixoloji terrorun vasitələrindən biri də, rəhbərlik qarşısında sizi hazırlıqsız qoymaq, gözdən salmaqdır.

Yazı hələ redaktə olunmayıb, səhvləri görməzlikdən gəldiyiniz üçün təşəkkür edirəm.

Advertisements

Bül-bül kimi cəhcəh vuran namizəd (2-ci hissə)

Posted on Updated on

The_Full_Time_CEO_Of_Twitter1-400x250

Bir neçə gün əvvəl şirkətlərdən birinin işə qəbul əməkdaşı ilə söhbət edirdik. Ümumi xoş beşdən sonra biraz da onlarda işə qəbul haqqında sual verdim. Mənə də maraqlıdır hansı şirkətdə hansı formada gedir proses.

Yoldaşın dediklərini ümumiləşdirsək təqribən belə idi “O qədər də çətinlik çəkmirik, namizəd yaxşı danışırsa, çox məlumat verirsə bu o deməkdir ki, o çox bilir.” Read the rest of this entry »

Namizəd seçimində qiymətləndirmə metodu

Posted on Updated on

AAEAAQAAAAAAAAYiAAAAJDNkMjZhZTg5LTVmY2ItNGUyNi1hNTI0LWM3YTU5YTYxMDY1ZA

Bu gün namizəd seçiminin axışı və qiymətləndirmilməsi haqqında sizinlə qısa da olsa fikirlərimi paylaşacam. Proses haqqında (adət etdiyimiz proses) demək olar hər birmizin məlumatı var.

Əvvəlcə şirkətdə (müəssisədə) namizəd ehtiyyacı yaranır. Bunun səbəbi fərqli ola bilər, əvvəlki şəxsin işdən və ya tutduğu pozisiyadan ayırılması, yeni sahənin açılması və.s. İlk olaraq ağıla gəlməli olan daxili işə alımdır. Şirkət daxili keçidlər eyni zamanda işçilərə kariyeranın inkişaf etdirilməsinə stimul verici addım olmuş olacaq.

Əgər daxili işə alım mümkün deyilsə bu zaman kənardan namizəd cəlb edilməlidir. Başlıca işə götürən brendinizin nə qədər güclü olduğunu analiz edin. Əgər bu tərəfiniz zəifdirsə, yüksək keyfiyyətli namizədlər sizə müraciət etməyəcək. Ətrafınıza güclü imiciniz yansıtmağa çalışın. Bu zaman verdiyiniz mesajların düzgün və güclü olmasına diqqət edilməlidir. Maddi vədlərinizə görə müraciət edənlər isə yəqin ki, bir müddət sonra sizdən ayırlacaq.  Read the rest of this entry »

Tənhalığın göz yaşı

Posted on

yalnizlik-resimleri97-1435304702Əlindəki siqaretindən bir nəfəs də çəkib bərk-bərk öskürdü. -Zəhrimara qalsın. Buna hardan dadandıq axı? Belə getsə axırıma çıxacaq. Kənara atdığı siqaret kötüyü hələ də tüstülənirdi. Havanın istisindən qurumuş sarı otun arasından sısqa-sısqa tüstülənən siqaret kötüyü otları da yandırıdı. Onda hiss etdi ki, bu günə qədər siqaret onu nə hallara salıb.

Palıd ağacının altında illər əvvəl kəsilmiş palıdın kötüyündə oturub ayaqlarını qabağa uzaltmışdı. Əlindən çomağını əskik etməzdi. Elə indi də əlindəki çomağı ilə yerdəki otların dibini eşirdi. Bəzən də başını yuxarı qaldırır dərindən köks ötürürdü. Babadan qalma evin həyətindəki Tut ağacının dibindəki baltanı diqqətlə süzdü. Read the rest of this entry »

Hollandın Karyera Modeli

Posted on

cropped-life-work-balance-seesaw-long9Karyera seçiminə yön vermək üçün ən çox istifadə olunan modellərdən biri də Hollandın karyeranın idarə edilməsi modelidir. Holland şəxsiyyət fərqliliyi ilə əlaqəli araşdırmalar aparmışdır. Bu araşdırma şəxsiyyət növləri ilə seçilən peşələrin tələb etdiyi xüsusiyyətlər arasındakı əlaqə ilə əlaqəlidir. Hollandın karyera modeli üç əsas hissədən ibarətdir. Read the rest of this entry »

Vaxtı işçilərinizdən alın

Posted on Updated on

Time-is-money-29387

Eliyahu Mc Qoldratın “The Goal” (Türkçə adı-Amac) kitabını oxumayanlar varsa şiddətlə tövsiyyə edirəm. Kitabın əsas məğzi belədir: Vaxt puldur.

Eyni zamanda prosesin sürətləndirilməsi, faydalılığının artırılması üçün bütün prosesin tamamən dəyişməsinə, yaxşılaşdırılmasına ehtiyyac olmaya bilər. Çünki bütünü dəyişmək bizə həm əlavə xərc, əlavə zaman və iş gücü hesabına başa gələcək. Həm də şirkətin iliklərinə qədər hiss edəcəyi dərəcədə. Ən optimalı prosesdəki dar boğazı (tıxacı) müəyyənləşdirmək və tıxacın azaldılmasına güc sərf etməkdir. Bu sizə sadəcə olaraq əlavə zaman qazandıracaq. Bəs gündə qazanılacaq 1-2saat görə bu boyda əziyyət çəkməyə dəyərmi? Read the rest of this entry »

Namizədlərlə görüşdə yalan testi

Posted on

aid33804-728px-Cheat-a-Polygraph-Test-(Lie-Detector)-Step-7Namizədin verdiyi məlumatın doğru olub olmamasını necə biləcəyik? Ya dürüst davranmırsa? Şübhlərlə yaşamaq olmaz, doğruları tapmaq lazımdır.

Tamamı ilə razıyam iş yerləri FBİ-ın labaratoriyası deyil. Biz isə insanların verdikləri məlumatları əksi isbat olununcaya qədər doğru qəbul etməliyik.

Ancaq bütün bunlar bizim heç nə etməməli olduğumuzu göstərməz. Əslində bir o qədər də çarəsiz deyilik FBİ qədər olmasa da ən azından bəzi testləri etməmiz mümkündür. Read the rest of this entry »