işə qəbul

İş yerində psixoloji terror-romandan hissə

Posted on

mob-psicologia-mobbing-767x433Bu yazı üzərində İşlədiyim SİR romanından bir hissədir. Roman iş romanı formasında olacaq. Romanda İnsan Resursları ilə əlaqəli proseslər, müəssisədə baş verən hadisələr, işçilər arasındakı və rəhbərliklə işçilər arasındakı münasibətlər, problemlər və həlli yolları obrazların dili ilə ifadə edilir. Romanın demək olar 60%-i yəni 100 səhifəsi hazırdır. Qısa vaxt ərzində bitirməyə çalışacam. İş romanları bir çox ölkədə qələmə alınsa da bizdə indiyə qədər səhv etmirəmsə olmayıb. Keçən ay “Sənayenilənmə” iş romanı işıq üzü gördü. Bu arada onun da yazarı mənim kəndçimdir 🙂

-Qalx Qəhrəman iclasa gedirik, yuxarı rəhbərlik qarşısında bizim departamentin əvəzindən sən danışacaqsan. Keçən beşinci gün məndən ad istədilər mən də sənin adını verdim.

İndi başa düşürdüm gözlərindəki parıltının sirrini. Üstündən artıq beş gün keçib amma mənə bu barədə heç nə deməmişdi. Yəqin məni rəhbərliyin qarşısında sındırmaq, necə yarıtmaz işçi olduğumu göstərmək istəyirdi. Amma mən başqa şey istəyirdim. Elə indi qalxıb sifətinin düz ortasına yaxşıca bir yumruq vurub istefa ərizəmi də sifətinə çırpıb işdən ayrılmaq istəyirdim. Amma Sevilin dedikləri məni fikrimdən yayındırdı. Elə bil sifətim od tutub yanırdı. Özümdə güc tapmaq üşün masanın kənarından möhkəm-möhkəm yapışdım. Bilirdim ki, başqa çarəm qalmayıb. Gərək mən də elə çıxış edim ki, Səlim bəyin qurmaq istədiyi tələdən məharətlə öz xeyirimə istifadə edim.

-Yaxşı Səlim bəy gedək deyib əlimlə qapını göstərdim.

Qabaqda Səlim bəy arxada da mən beşinci mərtəbənin dəhlizi ilə iclas zalına tərəf gedirdik. Hələ də müdirimi yumruqlamaq, döymək istəyirdim. İçəri daxil olanda ayaqlarım əsdi.

Şirkətin demək olar bütün rəhbərliyi burda idi. Projektor qoşulmuşdu çıxışçılardan birinin slaydı artıq pərdədə əks olunmuşdu.

Allaaah mən batdım- dedim ürəyimdən, heç nəyə hazır deyiləm. Heç nə barədə danışacağım haqqında da bir fikrim yoxdur.

Yerimə əyləşəndə ürəyimdə danışırdım. Deyəsən halımı Sevil uzaqdan hiss etmişdi. Göz-gözə gəldik. Üzünə baxıb udqundum, amma alınmadı elə bil boğazıma düyün vurulmuşdu. Artıq o da hər şeyi başa düşmüşdü. Başını azacıq yana əydi sanki hal dili ilə- nə etmək olar yola ver-deyirdi. Elə də edəcəkdim. Nə olursa olsun Səlim bəyin əlinə kozur verməməli idim.

Elə bu an telefonumun mesaj səsi gəldi, açdım Sevildən gəlmişdi. Əlavədə link atmışdı. Diqqəti çəkmədən linki açdım. O qədər də böyük olmayan yazı idi. Özü də rəhbərlərlə bağlı idi. Allaaaah necə sevinirdim, necə sevinirdim az qala qol qanad açıb oynamaq istəyirdim. Bu qız mənim xilaskarımdır. Kim nə deyir desin bu adi qız deyil mələkdir. Sevincimdən özümü əməlli başlı itirmişdim.

Sizin üçün adi görünür, bir də özünüzü mənim yerimdə təsəvvür edin. Müdiriniz sizi incitmək üçün hər yola əl atır, hətta yuxarı rəhbərliyin qarşısında qələminizi qırmaq istəyir amma birdən sehirli bir mesaj sizi xilas edir. İndi bildiniz niyə bu qədər sevinirdim?

Hə unutmadan deyim, bayaq ürəyimdə Sevil haqqında düşündüklərimi də sən demə qeyri iradi mesaj yerinə yazıb Sevilə göndərmişəm. Təsəvvür edirsiniz? Bunu Sevildən gələn gülücük işarəli mesajdan sonra bildim. Amma özümü o yerə qoymadım. Bəlkə də bir daşla iki quş vurmuşdum.

Çıxış edənlər sıra ilə çıxıb danışırdılar. Hamısı da hiss olunurdu ki, əməlli başlı hazırlaşıblar. Arada gözüm Səlim bəy tərəfə qaçırdı. Necə də özündən əmin formada oturmuşdu.Kənardan torunu qurub ovunun düşəcəyindən əmin olan ovçu kimi görünürdü. Amma nafilə, mən ona ov olamayacam. Nə olur olsun mən işimi sevirəm və işimdə qalmalıyam.

Növbə Sevilə çatmışdı, hər zamanki kimi şux qaməti və özündən əmin addımlarla önə çıxdı. Baxışları ilə məni süzüb, başı ilə salondakıları ehtiramla salamlayıb ilk slaytı ekrana gətirdi.

Mövzu Motivasiyanı azaldan səbəblər idi. Axxx bu qız….

Not*

Psixoloji terrorun vasitələrindən biri də, rəhbərlik qarşısında sizi hazırlıqsız qoymaq, gözdən salmaqdır.

Yazı hələ redaktə olunmayıb, səhvləri görməzlikdən gəldiyiniz üçün təşəkkür edirəm.

Advertisements

İşçi seçiminə təsir edən faktorlar, önyargılar (BİAS affect)

Posted on

untitled-3İşə qəbul prosesi İnsan Resurslarının və dolayısı ilə şirkətin əsas qidalandırıcı damarıdır desək yanılmarıq. Burda verilən düzgün qərarlar, kəşf olunan yeni istedadlar, dürüst namizədlər şirkətin gələcək inkişafını daha da gücləndirəcəyini düşünə bilərik.

Amma təəssüflər olsun ki, burda da hər şeyin əla olduğunu deyə bilmirik. Çünki seçən və seçilmək istəyən tərəflər insanlardır və insan duyğu düşüncəsi ilə hərəkət edir. Düzgün verilməyən qərar, professionallıqdan uzaq yanaşmalar və qərəzli davranışlar çox vaxt gözlənilməz nəticələrə gətirib çıxarır.

İşə qəbul zamanı düzgün qərar verməyimizə təsir edən bir neçə səbəb var. Onları sırası ilə sizinlə paylaşacam.

1.Namizədin təsiri altında qalmaq. Şirkətinizin işçi seçimi mütəxəssisləri çox zaman fərqində olmadan görüşdükləri namizədin təsiri altına düşə bilirlər. Və bu tez-tez rastlanılan haldır. Namizədlə görüş qarşı tərəfin üzərində müsbət təsir buraxıb və əməkdaşınız digər namizədləri dəyərləndirərkən həmin namizədi əsas götürərək dəyərləndirir. Bu sadəcə işə qəbul prosesində deyil, istənilən dəyərləndirmə zamanı qarşılaşılan problemlərdəndir.

Read the rest of this entry »