böhran

Belə də İŞ olar?

Posted on

images

Bir şeyə etiraz etdiyimizdə verdiyimiz ən maraqlı reaksiyalarımızdan biridə budur-Belə də iş olar?

Birdə bunun İŞ tərəfi var ki, bu gün bir neçə cümlə ilə bunun haqqında yazacam.

Kariyerasına yeni başlayanlar, son kursda oxuyanlar, bəzən isə sadəcə etiraz etməyi həyatlarının mərkəzinə qoyanlar tez-tez irad tuturlar ki, vakansiya elan edilir baxırsan ki, icra edəcəyin iş ilə tələblər düzgün gəlmir.

Verilən maaşla tələb olunanlar heç uyğun deyil.” Otələblərə cavab versəydim indi niyə iş axtarım ki?” və ya “O maaşa niyə işləyim ki?” tipli etirazlar olur.

  1. Təəssüf ki, vakansiyaların mətinlərinin əksəriyyəti kopyala-yapşdırdır. Vakansiyanı yerəşdirəcək şəxs girir googledə vakansiyanın adını axtarışa verir, çıxan mətni iş elanı kimi kopyalayıb paylaşır. Bəziləri hətta vizəfəyə belə baxmadan edirlər ki, nəticədə rəhbər şəxs üçün olan tələbləri sıravi bir işçi üçün tələb kimi verirlər.
  2. Əgər siz adı qeyd olunan vakansiyaya uyğun olduğunuzu düşünürsünüzsə (tələblərinə baxmayın) CV-nizi göndərin, müraciət edin.
  3. Əgər siz vəd edilən maaşa uyğun namizədsinizsə yenə də müraciət edin. Onsuzda onların axtardıqları şərtlərdə qeyd olunan tələblərə cavab verən namizədlər deyil. Vəzifənin mahiyyətinə və verilən maaşa uyğun namizəd axtarılır.

Etiraz edib vaxt itirmək əvəzinə müraciət etsəniz işi almaq şansınız daha çox olacaq.

Advertisements

İşçi seçiminə təsir edən faktorlar, önyargılar (BİAS affect)

Posted on

untitled-3İşə qəbul prosesi İnsan Resurslarının və dolayısı ilə şirkətin əsas qidalandırıcı damarıdır desək yanılmarıq. Burda verilən düzgün qərarlar, kəşf olunan yeni istedadlar, dürüst namizədlər şirkətin gələcək inkişafını daha da gücləndirəcəyini düşünə bilərik.

Amma təəssüflər olsun ki, burda da hər şeyin əla olduğunu deyə bilmirik. Çünki seçən və seçilmək istəyən tərəflər insanlardır və insan duyğu düşüncəsi ilə hərəkət edir. Düzgün verilməyən qərar, professionallıqdan uzaq yanaşmalar və qərəzli davranışlar çox vaxt gözlənilməz nəticələrə gətirib çıxarır.

İşə qəbul zamanı düzgün qərar verməyimizə təsir edən bir neçə səbəb var. Onları sırası ilə sizinlə paylaşacam.

1.Namizədin təsiri altında qalmaq. Şirkətinizin işçi seçimi mütəxəssisləri çox zaman fərqində olmadan görüşdükləri namizədin təsiri altına düşə bilirlər. Və bu tez-tez rastlanılan haldır. Namizədlə görüş qarşı tərəfin üzərində müsbət təsir buraxıb və əməkdaşınız digər namizədləri dəyərləndirərkən həmin namizədi əsas götürərək dəyərləndirir. Bu sadəcə işə qəbul prosesində deyil, istənilən dəyərləndirmə zamanı qarşılaşılan problemlərdəndir.

Read the rest of this entry »

Böhran zamanı İRlar ləğv oluna bilər?!

Posted on

Locked_out_tnb

Bizdə də dünyada olduğu kimi vergi, muhasibatlıq, audit şirkətləri xidmət göstərir. Bəs niyə HR xidməti verən şirkətlər demək olar yoxdur?

Tamamı ilə yoxdur demirəm ən azından AZİNKA HR şirkəti digər şirkətlərə  HR outsource xidməti verir. Bunların demək olar böyük əksəriyyəti xarici şirkətlərdir. (real time marketing oldu bilirem 🙂 😉

Bəs yerli şirkətlər bu xidmətdən niyə istifadə etmir? Nəzərə alsaq ki, böyük şirkətlər xaric digər şirkətlərdə HR(lar) daha çox kadr işlərini görürlər, hətta muhasibatlıq və HR-ı bir arada götürənlər də var şirkətdə bu sahədə birdən artıq işçi saxlamağa ehtiyyac yoxdur.

Read the rest of this entry »