blogger hr

Azərbaycanın SWOT analizi

Posted on Updated on

swot-graphicAnaliz nə üçün vacibdir?

Etiraf edim ki, bu yazını yazmaq üçün çox az vaxt sərf elədim. Mənə də maraqlı idi görəsən güclü, zəif yönlərimiz hansılardır? Hansı təhlükə və imkanlar var?

Nəticədə belə bir tablo ortaya çıxdı. Əlavəsi, iradı, fikri olanlar fikirlərini paylaşa bilərlər.

Güclü tərəflərimiz (Strengths)

Sahib olduğu təbii resurslar

Ucuz əmək bazarı

Siyasi sabitlik

Zəif tərəflərimiz (Weaknesses)

İqtisadiyyatın neft, qaz təməlli olması

Stabil iqtisadi şəraitin olmaması

Valyuta kursunun dəyişkən olması

Həddən çox bürokratik əngəllər

Rüşvət

İqtisadiyyatın orqanik olmaması

Yerli istehsalatın zəifliyi

Fürsətlər (Opportunities)

Kənd təsərrüfatının inkişaf etdirilməsi imkanı

Heyvandarlığın inkiaşf etdirilməsi imkanı

Manatın məzənnəsinin aşağı düşməsi (investisiya gəlişinə səbəb ola bilər)

Əhalinin gənc olması

Əhalinin (bir hissəsinin) yüksək investisiya edə biləcək potensialı

Turizmə əlverişli relyef və tarix

Sənayenin inkişafı potensialı

Kadr ehtiyyatı

Təhlükələr (Threats)

Yerləşdiyi coğrafi məkan

Düzgün qurulmayan iqtisadi sistem

Yaşayış həddində balanssızlıq

Orta təbəqənin həddən az olması (sosial uçurum)

Kiçik və orta sahibkarlığın zəif olması

Köhnə ideoloji sistem

Müharibə vəziyyəti

Fürsətlərin dəyərləndirilməməsi

Qida və qeyri qida məhsullarında ixracatdan asılılıq

Təhsil sisteminin indiki vəziyyəti

İşçi seçiminə təsir edən faktorlar, önyargılar (BİAS affect)

Posted on

untitled-3İşə qəbul prosesi İnsan Resurslarının və dolayısı ilə şirkətin əsas qidalandırıcı damarıdır desək yanılmarıq. Burda verilən düzgün qərarlar, kəşf olunan yeni istedadlar, dürüst namizədlər şirkətin gələcək inkişafını daha da gücləndirəcəyini düşünə bilərik.

Amma təəssüflər olsun ki, burda da hər şeyin əla olduğunu deyə bilmirik. Çünki seçən və seçilmək istəyən tərəflər insanlardır və insan duyğu düşüncəsi ilə hərəkət edir. Düzgün verilməyən qərar, professionallıqdan uzaq yanaşmalar və qərəzli davranışlar çox vaxt gözlənilməz nəticələrə gətirib çıxarır.

İşə qəbul zamanı düzgün qərar verməyimizə təsir edən bir neçə səbəb var. Onları sırası ilə sizinlə paylaşacam.

1.Namizədin təsiri altında qalmaq. Şirkətinizin işçi seçimi mütəxəssisləri çox zaman fərqində olmadan görüşdükləri namizədin təsiri altına düşə bilirlər. Və bu tez-tez rastlanılan haldır. Namizədlə görüş qarşı tərəfin üzərində müsbət təsir buraxıb və əməkdaşınız digər namizədləri dəyərləndirərkən həmin namizədi əsas götürərək dəyərləndirir. Bu sadəcə işə qəbul prosesində deyil, istənilən dəyərləndirmə zamanı qarşılaşılan problemlərdəndir.

Read the rest of this entry »

İş Görüşməsi (1-ci hissə)

Posted on Updated on

interviewUzun müddətdi işsiz idim. Bir neçə gün əvvəl iş elanlarındakı bir iş diqqətimi cəlb etdi. Tələblərini də diqqətlə incələdim. Əslində mənim sevərək edəcəyim iş idi. Əvvəldən hazırladığım bir CV-im vardı. Vakansiyanın tələblərinə uyğun olaraq bəzi dəyişiklikləri də etdikdən sonra elanda göstərilən email adresinə göndərdim.

Heç yadımdan çıxmaz bazar ertəsi günü idi. Telefonun zənginə gözümü açdım. Yatağımdan qalxanda gözüm divardakı saata ilişdi saat 11 idi.

Read the rest of this entry »

Motivasiyanı azaldan 8 səbəb

Posted on

Demotive-1021x580Motivasiya işçinin işə bağlılığının ana sütunudur. Motivasiyası aşağı olan və ya tamamı ilə demotivə olmuş işçi isə “salla başını al maaşını” prinsipi ilə işinizi yarıtmaz vəziyyətə qoyacaq. Bilgi və bacarıqlarını, fikirlərini, təkliflərini ən əsası isə ürəyini sizinlə bölüşməyəcək.

-Bölüşmürsə bölüşməsin 9 saat işləsin ondan gələn başqa xeyir mənə lazım deyil-desək nə olar?

Heç nə sabah başınız dolların bahalaşmasına görə sıxışdığında maaşı bir neçə gün gecikdirəcəyinizi, bir az başa düşmələrini gözlədiyiniz bir vaxt yanınızda heç birini görməyə bilərsiniz.

Read the rest of this entry »