İş yerində psixoloji terror-romandan hissə

Posted on

mob-psicologia-mobbing-767x433Bu yazı üzərində İşlədiyim SİR romanından bir hissədir. Roman iş romanı formasında olacaq. Romanda İnsan Resursları ilə əlaqəli proseslər, müəssisədə baş verən hadisələr, işçilər arasındakı və rəhbərliklə işçilər arasındakı münasibətlər, problemlər və həlli yolları obrazların dili ilə ifadə edilir. Romanın demək olar 60%-i yəni 100 səhifəsi hazırdır. Qısa vaxt ərzində bitirməyə çalışacam. İş romanları bir çox ölkədə qələmə alınsa da bizdə indiyə qədər səhv etmirəmsə olmayıb. Keçən ay “Sənayenilənmə” iş romanı işıq üzü gördü. Bu arada onun da yazarı mənim kəndçimdir 🙂

-Qalx Qəhrəman iclasa gedirik, yuxarı rəhbərlik qarşısında bizim departamentin əvəzindən sən danışacaqsan. Keçən beşinci gün məndən ad istədilər mən də sənin adını verdim.

İndi başa düşürdüm gözlərindəki parıltının sirrini. Üstündən artıq beş gün keçib amma mənə bu barədə heç nə deməmişdi. Yəqin məni rəhbərliyin qarşısında sındırmaq, necə yarıtmaz işçi olduğumu göstərmək istəyirdi. Amma mən başqa şey istəyirdim. Elə indi qalxıb sifətinin düz ortasına yaxşıca bir yumruq vurub istefa ərizəmi də sifətinə çırpıb işdən ayrılmaq istəyirdim. Amma Sevilin dedikləri məni fikrimdən yayındırdı. Elə bil sifətim od tutub yanırdı. Özümdə güc tapmaq üşün masanın kənarından möhkəm-möhkəm yapışdım. Bilirdim ki, başqa çarəm qalmayıb. Gərək mən də elə çıxış edim ki, Səlim bəyin qurmaq istədiyi tələdən məharətlə öz xeyirimə istifadə edim.

-Yaxşı Səlim bəy gedək deyib əlimlə qapını göstərdim.

Qabaqda Səlim bəy arxada da mən beşinci mərtəbənin dəhlizi ilə iclas zalına tərəf gedirdik. Hələ də müdirimi yumruqlamaq, döymək istəyirdim. İçəri daxil olanda ayaqlarım əsdi.

Şirkətin demək olar bütün rəhbərliyi burda idi. Projektor qoşulmuşdu çıxışçılardan birinin slaydı artıq pərdədə əks olunmuşdu.

Allaaah mən batdım- dedim ürəyimdən, heç nəyə hazır deyiləm. Heç nə barədə danışacağım haqqında da bir fikrim yoxdur.

Yerimə əyləşəndə ürəyimdə danışırdım. Deyəsən halımı Sevil uzaqdan hiss etmişdi. Göz-gözə gəldik. Üzünə baxıb udqundum, amma alınmadı elə bil boğazıma düyün vurulmuşdu. Artıq o da hər şeyi başa düşmüşdü. Başını azacıq yana əydi sanki hal dili ilə- nə etmək olar yola ver-deyirdi. Elə də edəcəkdim. Nə olursa olsun Səlim bəyin əlinə kozur verməməli idim.

Elə bu an telefonumun mesaj səsi gəldi, açdım Sevildən gəlmişdi. Əlavədə link atmışdı. Diqqəti çəkmədən linki açdım. O qədər də böyük olmayan yazı idi. Özü də rəhbərlərlə bağlı idi. Allaaaah necə sevinirdim, necə sevinirdim az qala qol qanad açıb oynamaq istəyirdim. Bu qız mənim xilaskarımdır. Kim nə deyir desin bu adi qız deyil mələkdir. Sevincimdən özümü əməlli başlı itirmişdim.

Sizin üçün adi görünür, bir də özünüzü mənim yerimdə təsəvvür edin. Müdiriniz sizi incitmək üçün hər yola əl atır, hətta yuxarı rəhbərliyin qarşısında qələminizi qırmaq istəyir amma birdən sehirli bir mesaj sizi xilas edir. İndi bildiniz niyə bu qədər sevinirdim?

Hə unutmadan deyim, bayaq ürəyimdə Sevil haqqında düşündüklərimi də sən demə qeyri iradi mesaj yerinə yazıb Sevilə göndərmişəm. Təsəvvür edirsiniz? Bunu Sevildən gələn gülücük işarəli mesajdan sonra bildim. Amma özümü o yerə qoymadım. Bəlkə də bir daşla iki quş vurmuşdum.

Çıxış edənlər sıra ilə çıxıb danışırdılar. Hamısı da hiss olunurdu ki, əməlli başlı hazırlaşıblar. Arada gözüm Səlim bəy tərəfə qaçırdı. Necə də özündən əmin formada oturmuşdu.Kənardan torunu qurub ovunun düşəcəyindən əmin olan ovçu kimi görünürdü. Amma nafilə, mən ona ov olamayacam. Nə olur olsun mən işimi sevirəm və işimdə qalmalıyam.

Növbə Sevilə çatmışdı, hər zamanki kimi şux qaməti və özündən əmin addımlarla önə çıxdı. Baxışları ilə məni süzüb, başı ilə salondakıları ehtiramla salamlayıb ilk slaytı ekrana gətirdi.

Mövzu Motivasiyanı azaldan səbəblər idi. Axxx bu qız….

Not*

Psixoloji terrorun vasitələrindən biri də, rəhbərlik qarşısında sizi hazırlıqsız qoymaq, gözdən salmaqdır.

Yazı hələ redaktə olunmayıb, səhvləri görməzlikdən gəldiyiniz üçün təşəkkür edirəm.

Advertisements

HR risklərin idarə edilməsi.

Posted on Updated on

hr_risk_management

İnsan resurslarının idarə edə biləcəyi riskləri iki hissəyə ayırmaq olar.

1:Qanun vericiliyin tələblərini icra olunmamasından yaranan risklər

2: İşçi-müəssisə münasibətləri zamanı yaranan risklər

Qanunvericiliyin tələblərinin icra olunmamasından yaranan risklər aşağıda bir neçə maddə halında verilib. Əlbətdə ki, bunları daha da artırmaq mümkündür.

Read the rest of this entry »

İşçi seçiminə təsir edən faktorlar, önyargılar (BİAS affect)

Posted on

untitled-3İşə qəbul prosesi İnsan Resurslarının və dolayısı ilə şirkətin əsas qidalandırıcı damarıdır desək yanılmarıq. Burda verilən düzgün qərarlar, kəşf olunan yeni istedadlar, dürüst namizədlər şirkətin gələcək inkişafını daha da gücləndirəcəyini düşünə bilərik.

Amma təəssüflər olsun ki, burda da hər şeyin əla olduğunu deyə bilmirik. Çünki seçən və seçilmək istəyən tərəflər insanlardır və insan duyğu düşüncəsi ilə hərəkət edir. Düzgün verilməyən qərar, professionallıqdan uzaq yanaşmalar və qərəzli davranışlar çox vaxt gözlənilməz nəticələrə gətirib çıxarır.

İşə qəbul zamanı düzgün qərar verməyimizə təsir edən bir neçə səbəb var. Onları sırası ilə sizinlə paylaşacam.

1.Namizədin təsiri altında qalmaq. Şirkətinizin işçi seçimi mütəxəssisləri çox zaman fərqində olmadan görüşdükləri namizədin təsiri altına düşə bilirlər. Və bu tez-tez rastlanılan haldır. Namizədlə görüş qarşı tərəfin üzərində müsbət təsir buraxıb və əməkdaşınız digər namizədləri dəyərləndirərkən həmin namizədi əsas götürərək dəyərləndirir. Bu sadəcə işə qəbul prosesində deyil, istənilən dəyərləndirmə zamanı qarşılaşılan problemlərdəndir.

Read the rest of this entry »

İldə bir dəfə ələ düşən fürsət

Posted on

14022223_1055725077873964_3344713884900747018_nNeçə vaxtdır Milli İnsan Resursları Forumu haqqında yazmaq istəyirəm. Amma heç cürə başlaya bilmirdim. Adam işin içində olanda onun haqqında nə isə yazmaq çox çətin olur.

Sloqanımızdan əslində hər şey məlumdur “İnsana dəyər”. Əsas məqsədimiz hər iki forumda sadəcə səs-küy gətirmək deyil eyni zamanda faydalı olmaq olub və elədir. Bizim komandamız üçün keyfiyyət hər zaman kəmiyyətdən önəmlidir. Bunu ürək rahatlığı ilə deyə bilirəm çünki biz gənclər (bəzən bunlar uşaqdırlar, deyib bizim enerjimizə inanmayanlar olsa da) bütün gücümüzlə, istəyimizlə, enerjimizlə bu işi öz çiyinlərimizə götürmüşük yəqin ki, sizlərin də görüdüyünüz kimi hər şey qaydasındadır. Biletlər demək olar bitib, sözün əsl mənasında iki əlin barmaqlarını keçməyəcək qədər az qalıb. Bu əslində siz yüzlərlə insanın biz gənclərə inamı, etibarıdır. Bu spikerlərimizin gücüdür. Bu siz dəstəkçilərimizin, iştirak edəcək dostlarımızın verdiyi enerjidir. Read the rest of this entry »

İşçi məmnuniyyətinə Nobel mükafatı

Posted on

nobel-prize-ceremony-2048x1152

Nobel qardaşlarının nümayəndəsi qızarmış halda əlindəkini yerə qoyub dedi:

-Ağa Musanın etirazları yersizdir, biz heç vaxt deyilən işlərlə məşğul olmamışıq.

-Bəli olmusunuz dedi Musa. Siz bayram günlərinin siyahısını iş yerlərində asmağı öhdənizə götürməmisiniz? Maaşın iş vaxtında verilməsinə razı olmamısınız? Mən buna razı ola bilmərəm. Bunula mən ayda iki saat iş vaxtı itirməliyəm? Cənab qubernator diqqət versin necə yəni ezamiyyət pulu vermək? Bu nə deməkdir? Bu işçini qudurtmaqdır.

Mən xarici şirkətlərin siyasətini yaxşı başa düşürəm bizi batırmaq istəyirlər.

Read the rest of this entry »

Dilsizlərin dilindən

Posted on Updated on

Hərdən başqalarını örnək alırıq. Bəzən də bizə filankesə oxşamağı tövsiyyə edirlər.

Bəzən də oturub günlərlə araşdırırıq kimlər nə edib?

Mən nələr etməliyəm?

Sadəcə pəncərədən ətrafımıza baxmaq bizə bəs edər əslində amma biz böyük işlər üçün ciddi səbəblər axtarmağa öyrəncəliyik. Əslində isə ətrafımızda olanlar bizə dərs almaq üçün bəs edir.

asfalttaki-cicek

Read the rest of this entry »

Bül-bül kimi cəhcəh vuran namizəd (2-ci hissə)

Posted on Updated on

The_Full_Time_CEO_Of_Twitter1-400x250

Bir neçə gün əvvəl şirkətlərdən birinin işə qəbul əməkdaşı ilə söhbət edirdik. Ümumi xoş beşdən sonra biraz da onlarda işə qəbul haqqında sual verdim. Mənə də maraqlıdır hansı şirkətdə hansı formada gedir proses.

Yoldaşın dediklərini ümumiləşdirsək təqribən belə idi “O qədər də çətinlik çəkmirik, namizəd yaxşı danışırsa, çox məlumat verirsə bu o deməkdir ki, o çox bilir.” Read the rest of this entry »