Author: Vüsal Namiqoğlu

HRlara səsləniş və ya HRvari söhbət

Posted on Updated on

peopleperson-the-changing-face-of-hr-750x400Eeyy HR dostlar, həmkarlar!

Giriş biraz Ərdoğanvari oldu deyəsən. Sonra elə etməyin ki, namizədlər də sizi boykot etmək üçün CV-lərini yandırsınlar. 🙂

Keçək əsas məsələyə. Bu gün bir neçə nüansa qısa da olsa münasibətimi bildirəcəm.

1.İş elanı

İş elanını hazırlayarkən başqa iş elanlarını kopyalamayın. Kopyaladığınız zaman heç olmaya əvvəlcə oxuyun. Çünki bəzən orda qeyd edilənlər iş elanının paylaşıldığı şirkətin həcminə, fəaliyyətinə uyğun gəlmir. Tələblərini oxuyun ki, iddia etdiyiniz əmək haqqı ilə qarşılaşdıra biləsiniz. Read the rest of this entry »

İnkişafın 5D-si nədir?

Posted on

Hands giving  okay sign5D nədir? Bizə hansı dəyərlər qata bilər? Gəlin birlikdə baxaq.

 Bu 5D ilə şəxsi və iş həyatımıza istiqamət verə, daha güclü ola və daha məntiqli ola bilərik.

Bəs bu 5D nədir? Bunlar sırası ilə aşağıdakı kimidir.

1.Birinci D-miz dürüstlükdür. Bir anlıq yazını oxumağı saxlayın və düşünün ətarınızdakı insanlarda ən çox görmək istədiyiniz xüsusiyyətin nə olmasını istəyərdiniz? Mən də elə düşünmüşdüm bunlardan biri bəlkə də birincisi dürüstlük bəli məhz DÜRÜSTLÜKDÜR. Dürüstlük nəinki bizim şəxsi həyatımızda eyni zamanda iş həyatımızda da ən sadiq yol yoldaşımız, ən böyük köməkçimiz olacaq. Ən əsası və ən çətini isə özümüzə qarşı dürüst olmağı bacarmaq lazımdır. Read the rest of this entry »

Təşkilatın Effektiv İnkişafında HR-ların Rolu

Posted on Updated on

11086

Təşkilatın effektiv inkişafı  müəssisənin və işçilərinin effektivliyini artıran bir prosesdir.

İnsan Resursları mütəxəssisi isə mütəmadi olaraq fəaliyyətləri, iş yükünü və iş mühitinin sağlamlığını dəyərləndirməlidir. Bu metrikslər riskləri, inkişaf xəttini, ehtiyyacları görməyə dəstək olacaq.

Təşkilatın inkişafına dəyər qatmaq üçün İnsan Resursları mütəxəssisləri aşağıdakı yolu izləməlidir.

  1. Bütün strateji və taktiki biznes planlarını başa düşməli və düzgün dəyərləndirməlidir.
  2. Startegiyanın tələblərini ödəmək üçün HR-ın üzərinə düşən əsas bacarıqlara fokuslanmalıdır. Misal üçün komandadının idarə edilməsi, yeniliklərin tədbiqinin təşviqi kimi.

Təşkilatın effektiv inkişafı  bir prosesdir. Təşkilatın effektiv inkişafı problemləri həll etmək və boşluqları (gaps) doldurmaq üçün əsas yoldur. Bu boşluqlar səriştələrdən, proseslərdən və ya resurslardan qaynaqlanan çatışmazlıqlar ola bilər.

Ümumi olaraq aşağıdakı mərhələlərdən ibarətdir. Read the rest of this entry »

Şəxsi keyfiyyətsiz

Posted on Updated on

untitled-3Son zamanlar apardığım müşahidənin və çoxunuzun da qarşılaşdığı bir halı sizinlə paylaşmaq istəyirəm. Bu bir həqiqətdir ki, şəxsi keyfiyyətləri yüksək namizəd şirkət üçün ən qiymətli dəyərdir. Texniki keyfiyyətləri yüksək olub şəxsi keyfiyyətlərində prooblem olan namizədlər isə zənnimcə partlamağa hazır bomba kimidir. Hər an zərər verə bilər. Ancaq bu o demək deyil ki, texniki keyfiyyətləri vacib deyil. Əsas məsələ texniki keyfiyyətlərdəki çatışmazlıqları şəxsi keyfiyyətdəki çatışmazlıqlara nisbətən daha qısa zamanda yaxşılaşdırmaq mümküdür. Read the rest of this entry »

Niyə mən danışanda hamı əsnəyir?

Posted on Updated on

shutterstock_189835505Bu dəfə sizə HBR-in təqdimatlar kitabından (presentations) oxuyub vacib olduğunu düşündüyüm hissələri sizinlə paylaşacam. Bu məlumatları professional həyatınızda alıb tədbiq edə bilərsiniz. Ümid edirəm ki, faydalı olacaq.

Əsas amil

Təqdimatınızın nədən ibarət olmasından asılı olmayaraq əsas amil hədəfinizi dəqiq bilməyiniz, dinləyiciləri və özünüzü yaxşı tanımağınızdır.

Əsas sual “Buna görə təqdimat keçirməyə dəyərmi?”

 

Read the rest of this entry »

Azərbaycanın SWOT analizi

Posted on Updated on

swot-graphicAnaliz nə üçün vacibdir?

Etiraf edim ki, bu yazını yazmaq üçün çox az vaxt sərf elədim. Mənə də maraqlı idi görəsən güclü, zəif yönlərimiz hansılardır? Hansı təhlükə və imkanlar var?

Nəticədə belə bir tablo ortaya çıxdı. Əlavəsi, iradı, fikri olanlar fikirlərini paylaşa bilərlər.

Güclü tərəflərimiz (Strengths)

Sahib olduğu təbii resurslar

Ucuz əmək bazarı

Siyasi sabitlik

Zəif tərəflərimiz (Weaknesses)

İqtisadiyyatın neft, qaz təməlli olması

Stabil iqtisadi şəraitin olmaması

Valyuta kursunun dəyişkən olması

Həddən çox bürokratik əngəllər

Rüşvət

İqtisadiyyatın orqanik olmaması

Yerli istehsalatın zəifliyi

Fürsətlər (Opportunities)

Kənd təsərrüfatının inkişaf etdirilməsi imkanı

Heyvandarlığın inkiaşf etdirilməsi imkanı

Manatın məzənnəsinin aşağı düşməsi (investisiya gəlişinə səbəb ola bilər)

Əhalinin gənc olması

Əhalinin (bir hissəsinin) yüksək investisiya edə biləcək potensialı

Turizmə əlverişli relyef və tarix

Sənayenin inkişafı potensialı

Kadr ehtiyyatı

Təhlükələr (Threats)

Yerləşdiyi coğrafi məkan

Düzgün qurulmayan iqtisadi sistem

Yaşayış həddində balanssızlıq

Orta təbəqənin həddən az olması (sosial uçurum)

Kiçik və orta sahibkarlığın zəif olması

Köhnə ideoloji sistem

Müharibə vəziyyəti

Fürsətlərin dəyərləndirilməməsi

Qida və qeyri qida məhsullarında ixracatdan asılılıq

Təhsil sisteminin indiki vəziyyəti

Belə də İŞ olar?

Posted on

images

Bir şeyə etiraz etdiyimizdə verdiyimiz ən maraqlı reaksiyalarımızdan biridə budur-Belə də iş olar?

Birdə bunun İŞ tərəfi var ki, bu gün bir neçə cümlə ilə bunun haqqında yazacam.

Kariyerasına yeni başlayanlar, son kursda oxuyanlar, bəzən isə sadəcə etiraz etməyi həyatlarının mərkəzinə qoyanlar tez-tez irad tuturlar ki, vakansiya elan edilir baxırsan ki, icra edəcəyin iş ilə tələblər düzgün gəlmir.

Verilən maaşla tələb olunanlar heç uyğun deyil.” Otələblərə cavab versəydim indi niyə iş axtarım ki?” və ya “O maaşa niyə işləyim ki?” tipli etirazlar olur.

  1. Təəssüf ki, vakansiyaların mətinlərinin əksəriyyəti kopyala-yapşdırdır. Vakansiyanı yerəşdirəcək şəxs girir googledə vakansiyanın adını axtarışa verir, çıxan mətni iş elanı kimi kopyalayıb paylaşır. Bəziləri hətta vizəfəyə belə baxmadan edirlər ki, nəticədə rəhbər şəxs üçün olan tələbləri sıravi bir işçi üçün tələb kimi verirlər.
  2. Əgər siz adı qeyd olunan vakansiyaya uyğun olduğunuzu düşünürsünüzsə (tələblərinə baxmayın) CV-nizi göndərin, müraciət edin.
  3. Əgər siz vəd edilən maaşa uyğun namizədsinizsə yenə də müraciət edin. Onsuzda onların axtardıqları şərtlərdə qeyd olunan tələblərə cavab verən namizədlər deyil. Vəzifənin mahiyyətinə və verilən maaşa uyğun namizəd axtarılır.

Etiraz edib vaxt itirmək əvəzinə müraciət etsəniz işi almaq şansınız daha çox olacaq.