HRlara səsləniş və ya HRvari söhbət

Posted on Updated on

peopleperson-the-changing-face-of-hr-750x400Eeyy HR dostlar, həmkarlar!

Giriş biraz Ərdoğanvari oldu deyəsən. Sonra elə etməyin ki, namizədlər də sizi boykot etmək üçün CV-lərini yandırsınlar. 🙂

Keçək əsas məsələyə. Bu gün bir neçə nüansa qısa da olsa münasibətimi bildirəcəm.

1.İş elanı

İş elanını hazırlayarkən başqa iş elanlarını kopyalamayın. Kopyaladığınız zaman heç olmaya əvvəlcə oxuyun. Çünki bəzən orda qeyd edilənlər iş elanının paylaşıldığı şirkətin həcminə, fəaliyyətinə uyğun gəlmir. Tələblərini oxuyun ki, iddia etdiyiniz əmək haqqı ilə qarşılaşdıra biləsiniz.

Çalışın işin açıqlamasında bir başa sizdəki uyğun vəzifədə hansı işlər görülür onları qeyd edin. Bu çox asandır. İş analizi etmisinizsə (ki etmək lazımdır) artıq kimin nə işi (gördüyünü) görməli olduğunu bilirsiniz. Tarixi nadir kitabındakı kimi uzun-uzun cümlələr olmasa da olar. Əsas siz nə cür namizəd istədiyinizi bilin və ona görə də hazırlayın. İş elanını hazırlayarkən işə nə cür insan götürmək istədiyinizdən çox işin tələblərini yazın. Namizəd hansı işləri görəcək bunları qeyd edin.

  1. CV-lərin dəyərləndirilməsi

Düzgün hazırlanmış CVlər bizim işimizi rahatladır. Ancaq bu o demək deyil ki, bizim xoşumuza gəlməyən CV-lərə ikinci dərəcəli kimi yanaşmaq lazımdır. Bizim işimiz o qədər kritikdir ki, biz sadəcə işimizi icra etmirik həm də mənəvi borcumuz var. Kiminsə haqqına girmək kimi lüksümüz yoxdur. Eyni zamanda hansısa yaxşı namizədi də CVsinə görə gözdən çıxartmağa haqqımız yoxdur. Verəcəyimiz qərar sadəcə öz işimizin necə öhdəsindən gəldiyimizin deyil eyni zamanda əmək haqqı aldığımız müəssisənin gələcəyini nə qədər düşündüyümüzüm və başqasının haqqını yememəməyə nə dərəcədə çalışdığımızın da göstəricisidir.

Gələn hər müraciətə qısa da olsa cavab yazın. Bunu da etməyə vaxtınız olmursa avto mesaj qoyun: “Hörmətli namizəd müraciət etdiyiniz üçün təşəkkür edirik. Müraciətinizə baxılacaq, sonda uyğun gördüyümüz namizədlərlə əlaqə saxlanılacaq”. İki cümlə ilə həm göndərən biləcək ki, emaili sizə çatıb həm də sonra zəng etmədiyinizə görə şikaət etməyəcək.

  1. İntervyu

İntervyuya dəvət həmən gün və ya sabah üçün olmaması daha uyğundur. Ən azından iki gün öncədən məlumat verərək namizədin sizdən öncə planladığı işlərini görməyə mane olunmamalıdır.

Sual yarana bilər ki Sən bir gün öncədən dəvət etmirsən?

Edirəm ancaq “əgər uyğunsunuzsa sabah xx saatda görüşmək istəyirik. Uyğun deyilsinizsə birisi gün yy saatda görüşək” deyirəm.

Görüşə gələn namizədi stress testi adıyla qapıda gözlətməyin. Zəhmət çəkib stress testlərini araşdırın o zaman görəcəksiniz ki, əslində müsahibə zamanı da bunu etmək mümkündür. Namizədlərlə görüş təşkil edərkən elə edin ki, insanlar gəlib sizi gözləməsinlər. Görüş vaxtlarını nəzərə alaraq müyyən aralıqlarla görüşləri təyin edin.

Görüşləri giriş-çıxış olan otaqda deyil, intervyu üçün əvvəlcədən hazırladığınız boş otaqda edin. Bu namizədin narahat olmamasına və  intervyunun keyfiyyətinə təsir edəcəyək.

Mümkündürsə görüşdən əvvəl çay və ya su təklif edin.

CV-lərdə yazılanları olduğu kimi soruşmayın.

Misal üçün ən son harda işləmisiniz sualının əvəzinə son iş yerinizdə bunları etmişəm qeyd etmisiz. “Deyə bilərsiniz bunu edərkən nələrdən istifadə etmisiniz, hansı nəticələr əldə etmisiz?” və.s  ola bilər. (Competency based interview methods- SHRM-in “People” hissəsindən detallı oxuya bilərsiniz)

Əgər bir neçə görüş olacaqsa namizədin mininmumlarını öyrənin ki, dəfələrlə görüşə gəldikdən sonra yaxşı namizədsiniz ancaq tələbləriniz bizim verə biləcəyimizdən yuxarıdır deməyəsiniz.

Namizədlə görüşərkən ikinci görüşdə aidiyyatı vəzifədən ən az bir nəfərin də iştirakını təmin edin. Ancaq burda da diqqətli olun köhnə işçi yeni işçini özü üçün rəqib olaraq qəbul edib uyğun olmadığını da deyə bilər.

İngilis və Rus dilini çox yaxşı bilmək hələ yaxşı HR olmaq demək deyil. Hətta əlaqəsi yoxdur. Yeddi dil bilən birinin diş həkimliyini idda etməsi ilə bunun heç bir fərqi yoxdur.

İngilis və Rus dilini çox yaxşı bilmək namizədin də yaxşı olmasının əsas göstəricisi deyil. Əsas indiqator bu olmamalıdır.

HRların işi ilk görüşdə namizədin sahə biliyini dəyərləndirmək deyil. Nəzərə alsaq ki, görüşdüyünüz muhasib qədər o sahəni bilə bilməzsiniz. Əsas məqsəd səriştələrini, şəxsi keyfiyyətlərini, xarakterini, dözümlülüyünü və.s dəyərləndirmək olmalıdır. Bu zaman da önyarqılardan mümkün qədər qaçmaq lazımdır.

Hələlik bu qədər. Özünü tənqid inkişafın əsasıdır unutmayaq.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s