İnkişafın 5D-si nədir?

Posted on

Hands giving  okay sign5D nədir? Bizə hansı dəyərlər qata bilər? Gəlin birlikdə baxaq.

 Bu 5D ilə şəxsi və iş həyatımıza istiqamət verə, daha güclü ola və daha məntiqli ola bilərik.

Bəs bu 5D nədir? Bunlar sırası ilə aşağıdakı kimidir.

1.Birinci D-miz dürüstlükdür. Bir anlıq yazını oxumağı saxlayın və düşünün ətarınızdakı insanlarda ən çox görmək istədiyiniz xüsusiyyətin nə olmasını istəyərdiniz? Mən də elə düşünmüşdüm bunlardan biri bəlkə də birincisi dürüstlük bəli məhz DÜRÜSTLÜKDÜR. Dürüstlük nəinki bizim şəxsi həyatımızda eyni zamanda iş həyatımızda da ən sadiq yol yoldaşımız, ən böyük köməkçimiz olacaq. Ən əsası və ən çətini isə özümüzə qarşı dürüst olmağı bacarmaq lazımdır.

2.İkinci D-miz düşünməkdir. Atacağımız hər addımı düşünərək, ölçərək atacağıq. Baş verənləri əvvəlcə düşünəcəyik yəni analiz edəcəyik. Doğrunu tapmağın, həqiqətə çatmağın əsas yollarından biri də DÜŞÜNMƏK/ analiz etməkdir.

3.Üçüncü D-miz dözümlülükdür. Daha da güclü olmaq üçün, çətinliklərin öhdəsindən gəlmək üçün DÖZÜMLÜ olmaq məcburiyyətindəyik. Bunun alternativi yoxdur. Dözümlü olacağıq ki, istədiyimiz əldə edək. Dözümlü olacağıq ki, başladığımız yolu tamamlayaq. Dözümlü olacağıq ki, iş həyatımızda “akulaların” əlində sağ qalaq və bir gün ən böyüklərdən biri olaq.

4.Dördüncü D-miz düzənli olmaqdır. Analiz qabiliyyətindən sonra işin uğurlu davamını istəyiriksə PLANLI olmalıyıq. Nələrin daha vacib olduğunu, nələrin öhdəsindən gəlməli olduqlarımızı bilməli zamanımızı, enerjimizi ona görə planlamalı, sərf etməliyik.

5.Beşinci və sonuncu D-miz davamlılıqdır. Bəli dürüstüksə, düşünə biliriksə, dözümlüyüksə, düzənliyiksə ancaq davamlı deyiliksə pazl tamamlanmamışdır demək ki.

İnkişafın əsas səbəblərindən biri bəlkə də birincisi davamlı olmaqdır. Yorulmadan, hədəf istiqamətində inkişaf etmək lazımdır.

Ümid edirəm siz də həyatınıza 5D gözlüyündən deyil, 5D-nin özü ilə baxacaqsınız.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s