Təşkilatın Effektiv İnkişafında HR-ların Rolu

Posted on Updated on

11086

Təşkilatın effektiv inkişafı  müəssisənin və işçilərinin effektivliyini artıran bir prosesdir.

İnsan Resursları mütəxəssisi isə mütəmadi olaraq fəaliyyətləri, iş yükünü və iş mühitinin sağlamlığını dəyərləndirməlidir. Bu metrikslər riskləri, inkişaf xəttini, ehtiyyacları görməyə dəstək olacaq.

Təşkilatın inkişafına dəyər qatmaq üçün İnsan Resursları mütəxəssisləri aşağıdakı yolu izləməlidir.

  1. Bütün strateji və taktiki biznes planlarını başa düşməli və düzgün dəyərləndirməlidir.
  2. Startegiyanın tələblərini ödəmək üçün HR-ın üzərinə düşən əsas bacarıqlara fokuslanmalıdır. Misal üçün komandadının idarə edilməsi, yeniliklərin tədbiqinin təşviqi kimi.

Təşkilatın effektiv inkişafı  bir prosesdir. Təşkilatın effektiv inkişafı problemləri həll etmək və boşluqları (gaps) doldurmaq üçün əsas yoldur. Bu boşluqlar səriştələrdən, proseslərdən və ya resurslardan qaynaqlanan çatışmazlıqlar ola bilər.

Ümumi olaraq aşağıdakı mərhələlərdən ibarətdir.

  1. Boşluqların və bacarıqların müəyyənləşdirilməsi.

HR bu boşluqları təyin etmək üçün dataları toplamalıdır. Hazırki vəziyyət gələcəkdə yaranacaq ehtiyyaclarla müqayisə edilməlidir və boşluqlar müəyyənləşdirilməlidir. Bütün bunlar düzgün hərəkət etmək üçün çox önəmlidir.

  1. Hərəkət planı hazırlanmalıdır.

Təyin edildikdən sonra boşluqların necə aradan qaldırılacağına dair hərəkət planı hazırlanır. Bu hərəkət planına əsasən lazım olan addımlar təqib edilməlidir.

  1. TEİ planı işə düşməlidir.

Bu zaman HR planın (layihənin) büdcə və resurslarla kəsişmədiyinə nəzarət etməlidir. Yarana biləcək dəyişikliklər qeyd olunmalı və rəhbərliyə məlumat verilməlidir.

  1. Nəticələrin dəyərləndirilməsi.

Bu mərhələdə nəticələr dəyərləndirilir əvvəlki vəziyyətlə çatılan vəziyyət arasında müqayisə aparılır. Çatılmaq istəyənlə indiki vəziyyət arasında dəyərləndirlmə edilərək effektivlik dəyərləndirilir.

Sonra isə öhdəliklər sahələrə görə paylaşılmalı, nəticələr və təcrübələr qeyd edilərək sənədləşdirilməli və korporativ yaddaş olaraq saxlanılmalıdır.

Bəs bu dəyişikliklərdə HR-ların əsas rolu nə olmalıdır?

HR-lar şirkətdə başlanan bütün dəyişikliklərdə başladığı zamandan etibarən yer almalıdırlar. HR dəyişiklikləri görməli, dəyişikliklərə uyğun olaraq işçiləri dəyərləndirməli, işçilərin yenilikləri dərk etmələrini, uyğunlaşmalarını asanlaşdırmalı və rəhbərliklə digər işçilər arasında kommunikasiya yaratmalıdır. HRın burdaki əsas öhdəliklərini aşağıdakı kimi sıralaya bilərik.

  1. Ola biləcək riskləri dəyərləndirmək və azaltmaq
  2. İşçi bağlılığını artırmaq
  3. Rəhbərlik və işçilər arasında etibarı, güvəni artırmaq
  4. Dəyişikliklərlə əlaqəli yaranan bilik və bacarıqlarını artırmaq üçün təlim ehtiyyaclarını müəyyənləşdirmək.
  5. Lider kimi hərəkət etmək

Bütün bunlar edilərək dəyişiklik zamanı yarana biləcək etirazları, motivasiya azalmasını, qorxunu yumuşaltmaq mümkündür.

2014-cü ildə “Future İnsights” dərcində TEİ ilə əlaqəli HR-ların izləməli olduqları trendləri aşağıdakı kimi vermişdi.

  • Yüksək potensiallı, innovativ, şirkətə dəyər qatacaq talantlara, təcrübəli işçilərə fokuslanmaq.
  • Xətti menecerlərin daha da inkişaf etdirilməsi, bacarıqlarının artırılması üçün çalışmaq.
  • Təşkilatın rekonstruksiya və dəyişiklikləri etmək bacarığına sahib olmaq.
  • İdarəetmə, liderlik, motivatorluq və.s bacarılqarının artırılması.
  • İşçilərə karyera seçimlərində dəstək olmaq və özlərini düzgün dəyərləndirmələri üçün iş gücü planlamasının karyera planlama və işçi bağlılığı ilə inteqrasiyası edilməsi.
  • Texnoloji yenilikləri təqib etmək və lazım olanların tədbiq edilməsi.
  • JIT(just in time) kimi kreativ öyrənmə toollarını təqib etmək.

Son olaraq, gördüyümüz kimi HRlar şirkətin (təşkilatın) vəziyyətinin dəyərləndirilməsinə, boşluqların müəyyənləşdirilməsinə, hərəkət planlarının hazırlanmasına, tədbiqinə və dəyərləndirilməsinə cəlb olunmalıdırlar.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s