Şəxsi keyfiyyətsiz

Posted on Updated on

untitled-3Son zamanlar apardığım müşahidənin və çoxunuzun da qarşılaşdığı bir halı sizinlə paylaşmaq istəyirəm. Bu bir həqiqətdir ki, şəxsi keyfiyyətləri yüksək namizəd şirkət üçün ən qiymətli dəyərdir. Texniki keyfiyyətləri yüksək olub şəxsi keyfiyyətlərində prooblem olan namizədlər isə zənnimcə partlamağa hazır bomba kimidir. Hər an zərər verə bilər. Ancaq bu o demək deyil ki, texniki keyfiyyətləri vacib deyil. Əsas məsələ texniki keyfiyyətlərdəki çatışmazlıqları şəxsi keyfiyyətdəki çatışmazlıqlara nisbətən daha qısa zamanda yaxşılaşdırmaq mümküdür.

Namizədlərin əksəriyyəti demək olar işə qəbul zamanı oların şəxsi keyfiyyətlərinə önəm verilmədiyini, dolayısı yolla “texniki zəyif olsam da əla insanam” deyirlər. Bəs həqiqətən bu belədirmi?

Əlbətdə ki, yox. Namizədlərin dedikləri başa düşüləndir (namizəd dedikdə sadəcə işsiz insanlar nəzərdə tutulmur) hər kəs özünü yüksək dəyərləndirir.

Vakansiya üçün müraciət edərkən yazdığı sözlər, görüş zamanı işlətdiyi ifadələr, özünü aparmaq tərzi, sosial şəbəkələrdən bildirdiyi fikirlər çox şeyi görməyə bəs edir.

Ancaq əsas məsələ budur ki, ələ fürsət düşdükdə çox rahatlıqla şəxsi mənafelər şirkət manafeini qabaqlayır. Gəlin misallar üzərindən danışaq. Düşünün ki, siz ofisiniz üçün dəftərxana məhsulları alırsınız. Onsuzda pulu məndən çıxmır deyib qiymət araşdırması etmədən qarşınıza ilk çıxan mağazadan alırsınızsa, qiyməti fərqli formada yazdırıb ordan gəlir əldə edirsinizsə bu şəxsi keyfiyyətin zəyifliyini göstərir. Burda “bacarana baş qurban” fikri yarana bilər. Əslində bu fikir bu fikir şəxsiyyətsizlikdir, şəxsi keyfiyyətsizlikdir.

Əgər şirkətin ehtiyyacı olduğu halda rəhbərliyin məcburiyyəti olmadan gününüzün müəyyən saatlarını, və ya müəyyən günləri evinizə çörək apardığınız müəssisə üçün qarşılıq gözləmədən ayırmırsınızsa keyfiyyət anlayışınızda problem var deməkdir.

Bir ətrafınıza baxın işləyənlərin əksəriyyəti bir şeylər “fırlatmaq”, “qabağa” düşmək yarışındadırlar. Texnologiya bu kimi halların qarşısını müəyyən qədər almağa imkan versə də bu kimi fikirlər hətta ağıldan keçirsə yenə də belə şəxslər potensial təhlükə deməkdir.

Bir sual əgər işlədiyiniz müəssisə sizə telefon veribsə onu şəxsi işlərinizdə istifadə etmisinizmi? Dost, tanış, ailə və.s. Əgər rəhbərliyin icazəsi olmadan istifadə etmisinizsə problem var deməkdir. Şəxsi məqsədləriniz üçün icazə olmadan müəssisənin hər hansı resursundan istifadə etmisinizsə problem var deməkdir. Bunlar kiçik hallar kimi görünə bilər ancaq unutmamaq lazımdır ki, adət etdiyimiz davranışlar gün keçdikcə daha da böyüyəcək və adiləşəcək.

Misalları artırmaq olar ancaq düşünürəm ki, ikisi bəs edər.

Bu gün əmək bazarında nəinki texniki keyfiyyətləri, şəxsi keyfiyyətləri yüksək olan namizədlər də çox deyil.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s