Niyə mən danışanda hamı əsnəyir?

Posted on Updated on

shutterstock_189835505Bu dəfə sizə HBR-in təqdimatlar kitabından (presentations) oxuyub vacib olduğunu düşündüyüm hissələri sizinlə paylaşacam. Bu məlumatları professional həyatınızda alıb tədbiq edə bilərsiniz. Ümid edirəm ki, faydalı olacaq.

Əsas amil

Təqdimatınızın nədən ibarət olmasından asılı olmayaraq əsas amil hədəfinizi dəqiq bilməyiniz, dinləyiciləri və özünüzü yaxşı tanımağınızdır.

Əsas sual “Buna görə təqdimat keçirməyə dəyərmi?”

 

Təqdimatlar

Hədəfinizi müəyyən edin.

Ən təsirli təqdimat hədəfə istiqamətlənmiş fikirlərdən başlayır.

 

Əldə etmək istədiyiniz nəticələr.

Hansı nəticələri gözlədiyinizi dəqiqləşdirin. Əldə etmək istədiyiniz nəticələrin nədən ibarət olmasından asılı olmayaraq onları siyahıya alın. Ancaq realist olun. Əsas bir-iki maddə bəs edir. Bu yolla baxış bucağınızı daraldacaq, özünüzün və dinləyicilərinizin gözləntilərinin həddən artıq çox olmasının qarşısını alacaqsınız.

 

Uğur vahidiniz.

Hədəfə çatıb çatmadığınızı necə ölçəcəyinizi müəyyən edin.

 

 

Dinləyicilərinizi tanıyın

Qarşı tərəfin hədəf və ehtiyyaclarını nə qədər yaxşı anlasanız məqsədlərinizə və əldə etmək istədiyiniz nəticələrə çatmaq ehtimalınız yüksəkdir.

Bunu üçün diqqət edin:

–          Qarşı tərəfin böyüklüyü?

–          Təşkilat daxilində hansı işləri görür (lər)?

–          Qarşı tərəfin artıq nədən xəbəri var? Nəyi bilməlidirlər?

–          Nə haqda çox düşünməyə meyilli olur?

–          Qarşı tərəf sizi nə dərəcədə yaxşı tanıyır?

–          Hədəflər toqquşurmu?

–          Könüllü yoxsa məcburi hərəkət edirlər?

 

 

 

Mesajınızı hazırlayın

İnsanların diqqətini məntiqinizə, faktlarınıza, nümunələrinizə cəlb edin. Bununla belə insanların beynini onlara aidiyyatı olmayan təfərrüatlarla doldurmayın.

İlk olaraq-Əsas mesajınızı müəyyən edin.

İnsanlar təqdimatdan çıxarkən (məlumatı oxuyarkən) hansı məlumatları yadından saxlamağını istəyirsiniz? Bu sizin əsas mesajınız olmalıdır. Aydın ifadə etmək üçün ən əsas mesajı seçməlisiniz və seçilən mesaj sizin əsas məqsədlə üst-üstə düşməlidir.

İkinci olaraq-Uyğun arqument və məlumatları təyin edin.

Hər bir addımı fakt, məlumatlarla dəstəkləyin. Sübutsuz deyilən sözlər şəxsi mülahizdir sadəcə şəxsi mülahizə isə dinləyicilərə təsir etmir. İnsanlara sizin fikirlərinizi bölüşmələri üçün və fəlaiyyətə keçmələri üçün səbəblər verin.

Dinləyicilərlə (qarşı tərəf ilə) emosianal yaxınlıq yaratmaq vacibdir. Dinləyicilərin sizin mesajlarınızı niyə dinləməli olduqlarını ucadan söyləyin (yazıda hiss etdirin). Hazırki vəziyyətin onlarda yaratdığı problemlərə, neqativ hisslərə  toxunun.

Üçüncü olara-Məzmunu nizama salın.

Yaxşı hazırlanmış məzmun dinləyicilər üçün maraqla qulaq asmağı, sizin üçün isə hədəflərinizə  çatmağı asanlaşdırır. Arqumenti məntiqi ardıcıllıqla düzün ki, insanlar bir nöqtədən digər nöqtəyə məntiqi ardıcıllıqla keçə bilsin.

Təqdimat 4 hissədən ibarət olmalıdır.

–          Açılış

İştirakçıları söhbətə cəlb etmək üçün yollar axtarın.

–          Əsas mətnin təsviri

Bu hissəni qısa tutmağa çalışın.

–          Təklif (çıxış yolu)

Bu hissəyə daha çox vaxt ayırın. Onların ehtiyyacları ilə səsləşəcək formada yanaşın.

–          Fəaliyyətə keçmək üçün çağırış.

 

 

 

Resurslarınız müəyyən edin.

Görüş yeriniz nəyə oxşayır, fiziki sahəsi, ayrılacaq zaman, təchizar və acadanlıqlar.

1-Görüş yerini əvvəlcədən baş çəkmək, çatışmazlıqları qeyd etmək lazımdır.

2-Vaxtınızı bölüşdürərkən dinləyicilərin rəylərini və iştirakını nəzərə alın. Məlumatları aydın çatdırmaq üçün uzun danışın. Ən yaxşısı mükəmməl şəkildə, az məqama toxunmaqdır. Erkən bitirmək heç bitirməməkdən və ya sona yaxın tələsməkdən daha yaxşıdır. Əgər vaxtınız çatmayacaqsa nəyin üzərindən keçməli olduğunuzu planlaşdırın.

3.Avadanlıqlardan əvvəlcə istifadə edin, test edin.

 

 

 

Vizual köməkçilərinizi planlaşdırın

Vizual adətən təqdimat bitdikdən sonra insanların yaddaşında ilişib qalan məsələlərdir.

İnsanlar gördüklərinin 75%-ni, eşitdiklərinin 13%-ni, iylədiklərinin 12%-ni öyrənirlər.

Şəkil məlumatın çatdırılmasında deyilən sözdən 3 dəfə daha effektlidir.

Yazı və şəkillər deyilən sözlərə nisbətən 6 dəfə artıq səmərəlidir.

 

Aşağıdakılardan qaçın:

Həddən artıq slayd.

Vizualların həddən artıq sıx mətin və şəkillərlə bəzədilməsi

Vizuallardakı mətnin sadəcə olaraq ucadan oxunulması

Çətin, baş qarışdıran vizuallardan istifadə edilməsi.

 

Cəlb edici olması üçün sadə hazırlayın və bunlara diqqət edin:

–          Dəstəkləyici qrafiklərdən, rəmz və simvollar

–          Bütöv cümlələrdən deyil, ana sözlər

–          Hər slaydda 6 sətirdən çox olmayan mətn

 

 

 

Təqdimatınızı məşq edin

Təqdimatdan əvvəl dostlarınız, kolleqalarınız qarşısında məşq edin.

İstifadə etməyi planlaşdırdığınız avadanlıqlarla məşq edin.

Mövzunuzu əla bilin ki, hər dəqiqə slayda baxmaq ehtiyyacınız olmasın.

Bəlağətli danışıq tonundan istifadə edin.

Dinləyicilərin başa düşməyəcəyi yad terminlərdən istifadə etməyin.

Təqdimat zamanı baş verə biləcək ən pis hadisəyə hazır olun və çıxış yolu tapın.

 

Özünüzü fikrən hazırlayın. Həyəcandan uzaq qalmağınıza kömək olar.

 

 

Dinləyiciləri maraqda saxlayın

Hiss etsəniz ki, dinləyicilər yorulur və ya maraqsız davranır bu zaman dinləyicilərin diqqətini özünüzdə saxlamaq üçün bir neçə vasitədən istifadə edə bilərsiniz.

O anda nitqinizi kəsib susun və ya səs tonunuzu dəyişdirin.

Dinləyicilərlə sorğu aparın.

Əgər yerinə düşərsə zarafat edin.

Şəxsi hekayələrinizlə tanış edin.

 

 

Dəyişə bilən olmaq

Texniki çətinliklər yarana, şərait çıxışınızdan öncə dəyişə, dinləyicilərin reaksiyası gözlənilməz məcraya gəlib çıxa bilər. Bu zamanı düzgün dəyərləndirmək lazımdır. Kənardan gələn reaksiyalara əsas mesajınızdan kənara çıxmağa imkan verməyin ancaq  onlar haqqında qısa da olsa danışın.

Texniki problemlər yaranıbsa onları zarafatla yola verin.

 

 

Cavablarınızı idarin.

Bəzi insanlar elə düşünür ki, sual doğurmayan təqdimatlar uğurlu təqdimatlardır. Lakin mövzuya cəlb olunan dinləyicilər sual verməyə də meyilli olurlar.

Sual-cavab hissəsi başladığında:

Sual-cavab hissəsinə keçdiyinizi aydın bildirin

Sual-cavab üçün nə qədər vaxt qaldığını dinləyicilərinizə çatdırın

Cavabı sual verən şəxsə deyil, bütün qrupa ünvanlayın.

 

Çətin suallara hazırlaşmaq

Çətin sualları öncədən görün.

Mühafizəkar olmayın, açıq fikirli olun.

Hər kəsi hər məsələdə qane etməyə çalışmayın.

Suallara dürüst cavab verin.

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s