İşçi seçiminə təsir edən faktorlar, önyargılar (BİAS affect)

Posted on

untitled-3İşə qəbul prosesi İnsan Resurslarının və dolayısı ilə şirkətin əsas qidalandırıcı damarıdır desək yanılmarıq. Burda verilən düzgün qərarlar, kəşf olunan yeni istedadlar, dürüst namizədlər şirkətin gələcək inkişafını daha da gücləndirəcəyini düşünə bilərik.

Amma təəssüflər olsun ki, burda da hər şeyin əla olduğunu deyə bilmirik. Çünki seçən və seçilmək istəyən tərəflər insanlardır və insan duyğu düşüncəsi ilə hərəkət edir. Düzgün verilməyən qərar, professionallıqdan uzaq yanaşmalar və qərəzli davranışlar çox vaxt gözlənilməz nəticələrə gətirib çıxarır.

İşə qəbul zamanı düzgün qərar verməyimizə təsir edən bir neçə səbəb var. Onları sırası ilə sizinlə paylaşacam.

1.Namizədin təsiri altında qalmaq. Şirkətinizin işçi seçimi mütəxəssisləri çox zaman fərqində olmadan görüşdükləri namizədin təsiri altına düşə bilirlər. Və bu tez-tez rastlanılan haldır. Namizədlə görüş qarşı tərəfin üzərində müsbət təsir buraxıb və əməkdaşınız digər namizədləri dəyərləndirərkən həmin namizədi əsas götürərək dəyərləndirir. Bu sadəcə işə qəbul prosesində deyil, istənilən dəyərləndirmə zamanı qarşılaşılan problemlərdəndir.

2.Xarici görünüş də nəticəyə təsir edən əsas xüsusiyyətlərdəndir. Bunun səbəbi fərqli ola bilər. Əks cinslə işləmək marağı həm cinslə işləməkdan daha çox arzu olunan olduğunda. Həmcinsinin ondan görünüş olaraq daha yaxşı olmasının qısqanılması. Xüsusən də orta səviyyəli pozisiyalara əksər hallarda xarici görünüşü düzgün xanımlar alınır. Bu sadəcə bizdə deyil dünyanın demək olar əksər ölkələrində belədir. Kişilər arası isə xüsusən yüksək vəzifələr üçün namizəd seçilərkən və ya şirkət daxili yüksəlmə edilərkən xarici görünüş az rol oynamır. Amerikada aparılan araşdırmalara görə  CEOların 60%-nin boyu 6 futdan yuxarıdır. Amerika əhalisinin isə sadəcə 15%-i 6 futdan yuxarıdır. CEOların 34%-i isə 6.2 futdur Amerika əhalisinin isə cəmisi 4%-i 6.2 futdan hündürdür. Bizdə də belə bir araşdırmaya ehtiyyac var əslində.

3.Hər hansı xüsusiyyətin təsiri altında qalaraq digər çatışmazlıqları görməməzlikdən gəlmək və ya təm tərsinə bir mənfi cəhətə, çatışmayan xüsusiyyətə görə bütün müsbət halları görməməzlikdən gəlmək də tez-tez rastlaşılan hallardandır.

4.Qohumluq əlaqələri təəssüf ki, ölkəmizdə işə qəbul da kifayət qədər təsir edici faktordur. Burdakı qohumluq sadəcə qohum bağlılığı olanlara aid deyil eyni zamanda eyni məktəbdən məzun olanlar, eyni universitetdə oxuyanlar və ya eyni kənd, şəhərdən olanlarda da bu formada istiqamətlənmələr olur.

5.Hissi yaxınlıq da namizədin seçiminə təsir edən faktorlardandır. Namizədlə görüşən şəxs namizədin xarakteri ilə özünü müqayisə edir və bənzərliklər olduğu zaman türklər demiş iş tamamdır. Hələ bu bənzərliklər çoxdursa həmin namizəd böyük ehtimal seçiləcək.

Bütün bu kimi təsirlərdən xilas olmaq üçün əvvəlcə qiymətləndirmə klavuzu hazırlamaq lazımdır. Namizədlə görüşərkən bu klavuzdan istifadə edilir ki, bu da insn faktorunu bir az azaldır. İkinci yol isə tək görüşülməməlidir. Mütləq başqalarının da fikri alınmalıdır. Bir namizədlər sadəcə bir dəfə görüşməmək lazımdır. Bu həmin vaxtkı bizim ruh halımızın, namizədin ruh halının yaratdığı çətinliklərdən xilas olmaq üçündür. Düzgün qərar vermək üçün enerji sərf etmək məcburiyyətindəyik.

Ən əsası isə seçən şəxslər seçiləni özlərinə rəqib görə bilərlər. Özlərinə qarşı hiss etdikləri təhlükəni böyük ehtimal uzaqlaşdırmağa çalışacaqlar. Bu hallardan xilas olmaq üçün isə bu xidməti şirkətdən kənardan almaq məsləhətlidir.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s