İldə bir dəfə ələ düşən fürsət

Posted on

14022223_1055725077873964_3344713884900747018_nNeçə vaxtdır Milli İnsan Resursları Forumu haqqında yazmaq istəyirəm. Amma heç cürə başlaya bilmirdim. Adam işin içində olanda onun haqqında nə isə yazmaq çox çətin olur.

Sloqanımızdan əslində hər şey məlumdur “İnsana dəyər”. Əsas məqsədimiz hər iki forumda sadəcə səs-küy gətirmək deyil eyni zamanda faydalı olmaq olub və elədir. Bizim komandamız üçün keyfiyyət hər zaman kəmiyyətdən önəmlidir. Bunu ürək rahatlığı ilə deyə bilirəm çünki biz gənclər (bəzən bunlar uşaqdırlar, deyib bizim enerjimizə inanmayanlar olsa da) bütün gücümüzlə, istəyimizlə, enerjimizlə bu işi öz çiyinlərimizə götürmüşük yəqin ki, sizlərin də görüdüyünüz kimi hər şey qaydasındadır. Biletlər demək olar bitib, sözün əsl mənasında iki əlin barmaqlarını keçməyəcək qədər az qalıb. Bu əslində siz yüzlərlə insanın biz gənclərə inamı, etibarıdır. Bu spikerlərimizin gücüdür. Bu siz dəstəkçilərimizin, iştirak edəcək dostlarımızın verdiyi enerjidir.

Peşəsindən, yaşından, cinsindən asılı olmadan bizə müraciət edənlər, haqqımızda xoş sözlər deyən sizlər bizləri hiss etmədən o qədər qürurlandırırsınız ki, izah etmək mümkün deyil. Eyni zamanda çiyinlərimizə dağ kimi yük qoyursunuz. Etibarları mütləq doğrultmalıyıq. Əlbətdə iş varsa çatışmazlıqlar mütləq olacaq, ancaq biz əlimizdən gələni edirik və edəcəyik ki, hər şey ürəyimizcə olsun. Ürəyimizcə deyirəm çünki artıq siz də bizim yol yoldaşımızsınız. Əlbətdə bəzi nüansları irad tutanlar da oldu. Bu da olmazsa olmazdır. İradlar tutulmadan inkişaf olmaz. Sizlərin iradlarınızı nəzərə alaraq daha da mükəmməlləşməyə çalışacağıq. Ümid edirəm və inanıram ki, bir gün iradlarını bildirənlərlə yan-yana belə forumlarda oturacağıq, keçmiş xatirələrimizin içində ötənləri yad edəcəyik. Əlbətdə şirin xatirə kimi. Dəstəkçilərimizə, irad bildirənlərə, heç bir reaksiya verməyənlərə hər birinizə təşəkkürümü bildirirəm.

Bir az da işin gedişatı haqqında qeyd edib bitirəcəyəm. Biletlər demək olar ki, qalmayıb. Az sayda qalan biletləri əldə etmək üçün bizə müraciət edə bilərsiniz. Əlbətdəki gələn tələbləri mümkün qədər qarşılamağa çalışacağıq. Zalın imkan verdiyi qədər sizləri qonaq etmək bizim üçün də xoşdur.

22 Oktyabr saat 10:00 da Park İnn oteldə görüşmək diləyi ilə.

Advertisements

2 thoughts on “İldə bir dəfə ələ düşən fürsət

    Tehran_HR said:
    October 10, 2016 at 6:55 pm

    Xeyirli uğurlu olsun, bəy. Qatıla bilmədiyim üçün yalnız təəssüf edirəm.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s