İşçi məmnuniyyətinə Nobel mükafatı

Posted on

nobel-prize-ceremony-2048x1152

Nobel qardaşlarının nümayəndəsi qızarmış halda əlindəkini yerə qoyub dedi:

-Ağa Musanın etirazları yersizdir, biz heç vaxt deyilən işlərlə məşğul olmamışıq.

-Bəli olmusunuz dedi Musa. Siz bayram günlərinin siyahısını iş yerlərində asmağı öhdənizə götürməmisiniz? Maaşın iş vaxtında verilməsinə razı olmamısınız? Mən buna razı ola bilmərəm. Bunula mən ayda iki saat iş vaxtı itirməliyəm? Cənab qubernator diqqət versin necə yəni ezamiyyət pulu vermək? Bu nə deməkdir? Bu işçini qudurtmaqdır.

Mən xarici şirkətlərin siyasətini yaxşı başa düşürəm bizi batırmaq istəyirlər.

İşçi işdə şikəst olarsa ona pul vermək nə deməkdir. Şagirdi usta yerinə keçirmək nə deməkdir? Məgər Allah tərəfindən gələn bəlalara, qəzalara biz cavab verməliyik?

Necə yəni fayton? Xəstənin dədə babası naxoş olanda həkimə faytonla gedib? Mən özüm başqa yerə gedəndə köhnə faytonla gedirəm ki, iki qəpik ucuz olsun, bunlar da başlayıb ki, fəhlə naxoş olanda fayton vermək lazımdır, özü də yaxşı fayton. Mən dinimi dəyişib babı oldum ki, lüt müsəlmanlara ehsan verməkdən qurtarım canımı.

Cənab qubernator bir xahişim var, sığorta qanunu çıxartmaq yaxşı iş olsa da gərək bizim xətrimizə hökumət geri götürsün bunu.

Necə yəni səyyar uşaq baxıcıları? Həkim nədir ki, ona pul verim ki, fəhləni müalicə eləsin. Məgər biz fəhlənin arvadına borcluyuq? Qoy arvadı doğmur cəhənnəmə doğmasın, özü nədir ki, ondan olan nə olacaq?!

Mən öz barəmdə danışmıram vallah billah , Şamaxı zəlzələdə batdığı kimi batmışam mən. Görün indi Bakı varlıları nə gün çəkirlər.

Sözü Nobel qardaşlarının nümayəndəsi aldı:

-Əvvəla mən öz kollegiyalarımın adından hacı cənablarına (Z.Tağıyev nəzərdə tutulur) izhari-təşəkkür etməliyəm. Hacı bu ziyafət ilə bizim generalla görüşümüzə səbəb oldu.

Mənim çıxışım yerli neft sənayeçilərini tənqid üçün deyildi. Çünki onların iş şəraiti başqa bizim iş şəraitimiz başqadır. Nobel şirkəti normal illik gəlirdən və əlavə nə qədər qazanırsa onun beş faizini fəhlələrin ehtiyyacını ödəmək üçün verə bilər. Bİz demək isdəyirik ki, böyük mənffətlər əldə etmək üçün kiçik güzəştlərə getməliyik. Biz bunu bacarırıq.

 

Əziz dost. Bu cümlələr “Gizli Bakı” əsərindəndir, yüz il əvvəli rəsm edir. Ancaq inanıram ki, sənə yad deyil fikirlər. Musa Nağıyev həqiqətdə belə olub ya olmayıb müzakirəmiz bu deyil ancaq Musa obrazı ölkəmizdəki yerli biznes sahiblərini təmsil edir. İşçinin əməyindən kəsərək, daha çox qazanacağına ümid edən, işçini düşünməyən iş sahibini.

Nobel qardaşları isə həqiqətən ilk dəfə müəssisələrində o dövr üçün həddən artıq komfort sayılan yeniliklər gətirmişdi Bakılı fəhlələr üçün. Hətta uşaqlarını oxudmaq üçün məktəblər, qalmaq üçün yataqxanalar, işə gəlib getmək üçün faytonlar, gəmilər və.s ayırmışdır.

Bu gün isə Nobel qardaşları hələ də yaşayır, ayaqları üzərindədirlər. Çünki onlar sadəcə qazanmaq dərdində deyildilər eyni zamanda insana dəyər verməyi bacarırdılar.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s