Dilsizlərin dilindən

Posted on Updated on

Hərdən başqalarını örnək alırıq. Bəzən də bizə filankesə oxşamağı tövsiyyə edirlər.

Bəzən də oturub günlərlə araşdırırıq kimlər nə edib?

Mən nələr etməliyəm?

Sadəcə pəncərədən ətrafımıza baxmaq bizə bəs edər əslində amma biz böyük işlər üçün ciddi səbəblər axtarmağa öyrəncəliyik. Əslində isə ətrafımızda olanlar bizə dərs almaq üçün bəs edir.

asfalttaki-cicek

1.Səbr

Səbrin ən gözəl nümunələri elə təbiyyətdədir. Yəqin ki, görmüsünüz zərif bir çiçək, ot asfaltı, betonu deşib cücərir. Bunu güc ilə etməyə qalxsa insan belə heçnəsiz betonu dağıda bilməz. Amma əl atıb zövq üçün qopardığımız çiçək bunu bacarır. Nə iləmi? Əlbəttə ki SƏBRLƏ. Səbrin dinimizdə də yeri başqadır. Hər zaman tövsiyyə olunan xüsusiyyətlərdəndir.

download

  1. Yardımlaşma, bir-birinə arxa durmaq.

Bizim ən çox ehtiyyacımız olan şeylərdən biri də ətrafımızda özümüzə yaxın hiss etdiyimiz, lazım olduqda arxamızı söykəyə biləcəyimiz birilərinin olmasıdır. Bir-birimizə sıxlaşarkən əzməməyə də çalışmaq lazımdır. Necə mi? Nar kimi. Bir birinə sıxılmış dənələr amma heç bir zaman bir-birini əzməzlər. Yaxınlıqlarına baxmayaraq aralarındakı pərdəni də qoruyub saxlayırlar sözün həqiqi mənasında.

falda-koklu-agac-gormek

3.Kökünə bağlı olmaq

İnsanın, millətin başına nə gəlirsə özündən, kökündən uzaqlaşdığına görə gəlir. Biz, biz olmağa məcburuq, hətta məhkumuq. Başqalarını yamsılamağa çalışdığımız vaxt kiçik bir küləkdə məhv ola bilərik. Biz də eyni təbiyyətdə olduğu kimi kökümüzə bağlı olmalıyıq ki, tufana, qara, soyuğa, istiyə dözə bilək.

chimonanthus1

4.Zamanı gözləmək

Hər işi vaxtında etmək lazımdır. Nə tez, nə də gec zamanı gəldiyində qərar vermək, zamanı gəldiyində hərəkət etmək lazımdır. Heç yaz gəlmədən çiçək açan ağac görmüsünüzmü? Az da olsa görmüşük amma şaxtanın onu necə məhv etdiyini də görmüşük. Hər çıxan günəşə aldanmamaq lazımdır, çiçəkləmək üçün (böyümək, inkişaf etmək üçün) vaxtı düzgün dəyərləndirməliyik.

movla-org_ee2944c35fbe2e31e17fae5d096a4d3c3206188c

5.Sarsıntılardan qorxmamaq

Bəli hər payız olduğu kimi biz də yarpaqlarımızı bir gün tökməyə, çılpaq qalmağa məhkum ola bilərik. Əsas məsələ belə olduqda qorxmamalıyıq, bir sonrakı bahar üçün güc toplamalıyıq. Güc toplamalıyıq ki, zamanı gəldiyində ayaqlarımızı daha sağlam basa bilək.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s