Bül-bül kimi cəhcəh vuran namizəd (2-ci hissə)

Posted on Updated on

The_Full_Time_CEO_Of_Twitter1-400x250

Bir neçə gün əvvəl şirkətlərdən birinin işə qəbul əməkdaşı ilə söhbət edirdik. Ümumi xoş beşdən sonra biraz da onlarda işə qəbul haqqında sual verdim. Mənə də maraqlıdır hansı şirkətdə hansı formada gedir proses.

Yoldaşın dediklərini ümumiləşdirsək təqribən belə idi “O qədər də çətinlik çəkmirik, namizəd yaxşı danışırsa, çox məlumat verirsə bu o deməkdir ki, o çox bilir.”

Dedim bəs düzgün məlumat verdiyinə necə qərar verirsiz?

Dedi fikir vermişəm yalan danışan adamlar o qədər danışa bilməz axı.

Qeyd 1.

Bir insanın çox danışması onun dürüst olduğu mənasına gəlmir. Çox maraqlıdır ki, qarşıdakı insanın çox danışması bizdə həmin insanın daha bilikli və dürüst olduğu düşüncəsi yaradır. Çəkingən davrananlar haqqında isə əksini düşünürük. Daha az bilgilidir, bəlkə yalan danışır, ən azından nələrisə gizlədir. Hələ göz kontaktı qurmursa fiyasko….

Ancaq bu heç də belə deyil.

Səbəb 1: Namizəd iş görüşünə gəlib, istəsə də istəməsə də basqı altındadır, həyəcanlıdır, özünü istədiyi kimi təqdim etməyə bilət.

Bunun üçün ilkin olaraq namizədin özünü rahat hiss etdiyi ortam hazırlanmalıdır. Namizədin rahatladığını hiss edənə qədər əsas məsələlərə keçilməməlidir.

İp ucu 1.

Görüşə gələn namizədlərə fikir verin çoxunun əllərini barmaqlarını bir-birinə keçirmiş və bərk sıxmış olaraq , ya da bir əli ilə digərini tutmuş olacaqlar arxaya söykənərək görəcəksiniz. Xanımlarda əlləri ayaqları ilə xımış olaraq da görə bilərsiniz. Xüsusən də ona hiss etdirmədən barmaq uclarına fikir verin yəqin ki, ağarmış olacaq. Namizəd həyəcandan və psixoloji narahatlıq səbəbindən əllərini bərk sıxır bunun səbəbi odur və həyəcanın şiddətini göstərir. Səsdəki titrəmə də özünü açıq -aşkar göstərir.

İlk hədəf namizədin əllərini açmasına nail olmaqdır. Beynimizdəki limbik sistem özümüzü təhlükə, stres altında hiss etdiyimiz andan vücüdumuzu kilidləyir. Buna görə də namizəd özünü ifadə edə bilməyəcək.

Bəs nə etmək olar?

Namizədə çay və ya su təklif edərək əllərini bir-birindən ayırmasına nail ola bilərik. Və ya hər hansı bir əşya kağız verərək bir bəhanə ilə baxmasını fikrini bildirməsini istəyə bilərik. Ancaq bunun davamında mütləq namizədi rahatladıcı söhbət olmalıdır.

Namizədin rahatladığını hiss etdikdən sonra əsas suallarınıza keçə bilərsiniz.

Qeyd 2. Bu zaman sualları arxa-arxaya calamaq məsləhət deyil. Bir müddət sonra yəqin ki, qarşınızdakı insan özünü məhkəmə zalındakı kimi hiss edəcək və yenidən bədəni ilə davranışlarını kilidləyəcək.

İp ucu 2.

Bunun üçün də sandviç yöntəmindən istifadə edə bilərsiniz. Əvvəlcə ümumi söhbət, ortada vermək istədiyiniz sual sonda yenidən başqa bir şey haqqında danışaraq namizədin stresini bir az da olsa azalda bilərsiniz.

Tövsiyyə:

İş görüşməsi və ya başqa bir səbəblə olsun görüş zamanı mümkün qədər əllərinizi bir-birinə keçirməyin. Mümkün qədər ovuclarınız açıq formada danışmağa çalışın. Bir müddər sonra bu sizi rahatladacaq. Oturduğunuz zaman stolun kənarlarından uzun müddət tutmamağa çalışın. Tutduğunuz zaman bu sizi rahatlatsa da beyin və bədən hələ də təhlükə qalıbmış kimi sizin hərəkətlərinizi sərhədləndirəcək.

Başıma gələnlərdən:

Marketinq vakansiyası üçün namizədlərlə görüşürdüm. Gələn namizədlər uzun müddətli təcrübəli olan insanlar idi, öz sahələrində kifayət qədər təcrübəli idilər. Namizədlərdən birində yuxarıdakı davranışlar var idi. İş barəsində bir kəlmə də danışmadan təqribən on dəqiqəyə yaxın söhbətləşdik. Sonra yavaş-yavaş mənə lazım olan məlumatları almağa başladım. Reklam büdcəsinin idarə edilməsi ilə əlaqəli məlumatı verəndə namizəd əllərini yenidən bağladı və arxaya çəkildi. Mövzunu icra etdiyi başqa işlərə yönəltdim. Ancaq bayaq namizəd ip ucu vermişdi yenidən ona fokslanmalı idim. Yenidən reklam büdcəsinin idarəedilməsinin üzərinə gətirdim mövzunu eyni reaksiyanı verdi namizəd. Görüşümüz yekunlaşdıqdan sonra bu şirkətdə işləyən başqa birindən ordakı vəziyyət və.s haqqında soruşdum. Sonra sözü bu məsələyə gətirib, oların şirkətdə bu işlərin necə gediyi barədə guya maraq üçün soruşurammış kimi öyrəndim. Məlum oldu ki, orda vəziyyət tamam başqa imiş. Sadəcə namizəd həmin vaxt düzgün məlumat vermədiyi üçün özünü narahat hiss edib və bədənini kilidləyib.

Ancaq başdan uyğun zəmin yaradılmasaydı namizəd bəlkə də bütün görüş boyu elə oturacaqdı bu da mənə mane olacaqdı düzgün qərar verə bilməyim üçün.

Əlbətdə bütün bunlara düzgün reaksiya verə bilmək üçün Bədən Dili haqqında ən az müəyyən məlumatınız olmalıdır.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s