Hollandın Karyera Modeli

Posted on

cropped-life-work-balance-seesaw-long9Karyera seçiminə yön vermək üçün ən çox istifadə olunan modellərdən biri də Hollandın karyeranın idarə edilməsi modelidir. Holland şəxsiyyət fərqliliyi ilə əlaqəli araşdırmalar aparmışdır. Bu araşdırma şəxsiyyət növləri ilə seçilən peşələrin tələb etdiyi xüsusiyyətlər arasındakı əlaqə ilə əlaqəlidir. Hollandın karyera modeli üç əsas hissədən ibarətdir.

1-İnsanlar fərqli ixtisaslar, peşələr seçirlər

2-Xarakterləri ilə uyğun olan işlərdə işləyənlər, işləməyənlərlə müqayisədə daha başarılı və xöşbəxtdirlər

3- İnsanlar arasındakı doğuşdan olan xarakter fərqlilikləri peşələrə olan istəklərinə təsir etməkdədir.

Bir peşənin seçilməsində şəxslər ehtiyyaclarını, düşüncələrini, məsələlərə yanaşma tərzləriniz, seçimlərini dəyərləndirir və bunları özünə uyğun olan peşə (ixtisasla) qarşılaşdırır. Xarakter peşə (ixtisas) seçimində önəmli yerə sahibdir. Holland modeli altı xarakter növünü özündə cəmləşdirir və hər xarakteri maraq və dəyərlərin toplusu olaraq dəyərləndirilir. 1

Bu altı xarakter tipi aşağıdakılardır:

Gücmərkəz istiqamətli: Bu insanlar əsasən güc, koordinasiya tələb edən, fiziki fəaliyyətləri əhatə edən peşələrə (ixtisas) yönəlirlər. Bu insanlar daha çox açıq məkanlarda, bədənlərini və fərqli alətləri istifadə edərək bir şeyləri təmir etməyi, tikməyi, istehsal etməyi xoşlayan insanlardır. Qeyri müəyyənliklərdən bir o qədər də xoşlanmayan, insanlardan çox alətlərlə məşğul olmağı sevən tiplərdir. Bu karakterdəki insanlar mühəndislik, sürücülük, pilot, idman kimi işlərə daha çox uyğundurlar.

Sənətə meyilli: Bu insanlar daha çox yaradıcı xüsusiyyətə sahibdirlər. Yazılı və şifahi izah etmək qabiliyyətləri yüksəkdir, fərdi işləməyi xoşlayırlar. Həssasiyyətləri ilə digərlərindən fərqlənirlər. Əşyalarla işləməkdən çox düşüncələrlə məşğul olmağa meyillidirlər. Bu tip insanlar yazıçılıq, kino, teatr, reklam, musiqi, memarlıq kimi sahələrə yaxındırlar.

Araşdırmaçılar: Bu tip insanlar etməkdən çox düşünməyi, bədən gücü yerinə zehni gücdən istifadə etməyə meyillidirlər. Əsasən hərəkətli, intellektual və müstəqil insanlardır. Araşdırmaçı insanlar əsasən problemləri müşaiət etməyi, öyrənməyi, araşadırmağı, analiz etməyi sevirlər. Kütlədən uzaq, müstəqil olmağı xoşlayırlar. Bu tipə uyğun olanlar biologiya, fizika, riyaziyyat, tib sahələrinə daha çox uyğundurlar.

Girişkənlər: Bu tip insanlar liderlik və təsir etmək xüsusiyyətlərinə sahibdirlər. Güc və mövqe əldə etmək üçün başqalarına təsir etmək gücünə sahibdirlər.İqtisadiyyat və siyasətlə maraqlanırlar. Bu tip insanlar hüquq, idarə etmə, marketing, satış təmsilçisi kimi işlərə daha çox uyğundurlar.

Sosial tiplər: Bu insanlar başqaları ilə bir yerdə olmağı, onlara kömək etməyi, idarə etməyi xoşlayırlar. İnsanlarla əlaqə yaratmaq bacarıqları yüksəkdir. Mexaniki və fiziki güc tələb edən işləri xoşlamırlar. Əşyalarla işləməkdən daha çox insanlarla işləməyə üstünlük verirlər. Bu tipə aid olan insanlar daha çox müəllimlik, müştərilərlə əlaqələr, koçluq, vəkillik, din adamı kimi sahələrə uyğundurlar.

Standart tiplər: Bu insanlar qaydalarla və əvvəlcədən müəyyən olunmuş planı icra etməyə meyillidirlər. Durğun və dəyişgənliyi xoşlamırlar. Sənət ilə bir o qədər də maraqlanmırlar. Bu tip insanlar ofis işləri, muhasibatlıq, maliyyə, vergi kimi sahələrə daha çox yaxındırlar.

Hollanda görə bənzər işlərə sahib olan insanlar, oxşar inkişaf yoluna və bənzər xüsusiyyətlərə sahibdirlər. İnsanlar xarakterlərinə uyğun iş seçərək daha rahat ola bilərlər. Xaraketerinə uyğun işə sahib olanlar nadir hallarda işlərini dəyişdirirlər. 2

1.Nelson Debra ve J. Ouick, Nev York., 1997

2.Can Halil ve .diğ., 2001

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s