Vaxtı işçilərinizdən alın

Posted on Updated on

Time-is-money-29387

Eliyahu Mc Qoldratın “The Goal” (Türkçə adı-Amac) kitabını oxumayanlar varsa şiddətlə tövsiyyə edirəm. Kitabın əsas məğzi belədir: Vaxt puldur.

Eyni zamanda prosesin sürətləndirilməsi, faydalılığının artırılması üçün bütün prosesin tamamən dəyişməsinə, yaxşılaşdırılmasına ehtiyyac olmaya bilər. Çünki bütünü dəyişmək bizə həm əlavə xərc, əlavə zaman və iş gücü hesabına başa gələcək. Həm də şirkətin iliklərinə qədər hiss edəcəyi dərəcədə. Ən optimalı prosesdəki dar boğazı (tıxacı) müəyyənləşdirmək və tıxacın azaldılmasına güc sərf etməkdir. Bu sizə sadəcə olaraq əlavə zaman qazandıracaq. Bəs gündə qazanılacaq 1-2saat görə bu boyda əziyyət çəkməyə dəyərmi?

Əgər bu sizə əlavə yüzlərlə istehsal olunan məhsul və ya əlavə xidmət sahəsi bu da bərabərində əlavə gəlir gətirəcəksə əlbətdə dəyər. Məsələni sadəcə gəlir olaraq dar çərçivəyə salmaq istəməzdim. Düzdür tunelin sonundakı işıq budur amma bu bərabərində daha çox tələbi qarşılamaq, daha çox insana xidmət vermək, rəqiblərinizi sıxışdırmaq, bazardan daha böyük pay qoparmaq və.s kimi imkanlar yaradacaq.

Ən əsası isə işçilər vaxtı düzgün, səmərəli idarə edə biləcək. Bu həm də onlar üçün də maraqlı olmalıdır. Amma niyə? Gündə 5 çörək bişirən işçi niyə özünü əziyyətə salıb bunu 8 etməlidir ki? Onsuzda ay sonunda dəyişən heç nə yoxdur. Ən yaxşı halda sahibkarın maşınının markası dəyişəcək 🙂

Gavurlar bunun da çarəsini tapıblar. Bir neçə misal üzərindən hərəkət edək.

Halsey sistemi. Bu sistemə görə işçi işi bitirdiyinə görə təyin olunan məvacibi alır, buna əlavə olaraq qənaət etdiyi zamana görə də əlavə ödəniş alır. Hesab edək ki, işçi bir işi 6 saata tamamlamalıdır və qarşılığında 32 AZN alacaq. Əgər iş 4,5saat bitərsə işçi 32 AZN+ qənaət etdiyi 1.5 saata görə 8 AZN-in 25% ni alacaq. 32 AZN+ 2AZN=34 AZN

Rowan sistemində isə işçiyə qənaət etdiyi zamanın qarşılığını qənaət faizi qədər deyil bütününü verməyi məsləhət görülür.

32AZN+ 8AZN= 40 AZN

Əlbətdə ki bu bərabərində daha həvəsli, daha çox məmnun və motivasiyası yüksəlmiş işçi (daxili müştəri) deməkdir.

Bu zaman diqqət edilməli məsələ maddi motivasiyaların bir müddət sonra motivasiya edici gücünü itirməsdir. Bunun yanında qeyri maddi motivasiyaları da istifadə etmək mütləqdir.

Məhsulun və ya xidmətin keyfiyyətinə nəzarət də diqqətdən qaçmamalıdır.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s