Namizədlərlə görüşdə yalan testi

Posted on

aid33804-728px-Cheat-a-Polygraph-Test-(Lie-Detector)-Step-7Namizədin verdiyi məlumatın doğru olub olmamasını necə biləcəyik? Ya dürüst davranmırsa? Şübhlərlə yaşamaq olmaz, doğruları tapmaq lazımdır.

Tamamı ilə razıyam iş yerləri FBİ-ın labaratoriyası deyil. Biz isə insanların verdikləri məlumatları əksi isbat olununcaya qədər doğru qəbul etməliyik.

Ancaq bütün bunlar bizim heç nə etməməli olduğumuzu göstərməz. Əslində bir o qədər də çarəsiz deyilik FBİ qədər olmasa da ən azından bəzi testləri etməmiz mümkündür.

Dürüstlük hər zaman axtarılan xüsusiyyətdir, işə aldığımız namizədin dürüst olduğunu istəyirik. Bəs namizəd müəyyən səbəblərdən dürüst davranmazsa?

Bəlkə də verəcəyiniz qərar gələcəkdə şirkətdə olacaq problemlərin başlanğıcı olacaq. Bütün bunları göz önünə aldığımızda düzgün namizədin seçiminin nə qədər önəmli olduğunu hiss edə bilərik.

Düşünün ki, şirkətinizə baş mühasib və ya ambardar seçəcəksiniz. İşləri artırmaq mümkündür amma gəlin bu iki vəzifədən biri üzərində dəyərləndirməmizə davam edək.

İş yerinizdə ambardarı oğurluq etdiyinə görə işdən atmısınız indi onun əvəzinə yenisini işə almalısınız. Sizə çoxlu CVlər gəlib, siz də CVləri incələdikdən sonra uyğun ola biləcəkləri görüşə dəvət etmisiniz.

Müsahibənin giriş hissəsi bitdikdən sonra siz yavaş-yavaş qarşınızdakı şəxsi tanımaq istəyirsiniz.

Nə də olsa artıq bir dəfə “ağzınız yanıb” işə götürdüyünüz şəxs oğurluq edib.

Siz: Bilirsiz əvvəl də bizim ambardarımız vardı amma bəzi məsələlərə görə işdən çıxartmaq məcburiyyətində qaldıq.

Namizəd: Bilmək olar hansı səbəbə görə?

S: (Şəxsin adını vermədən) Əvvəlki ambardarımız sən demə oğurluq edirmiş. Bunu sonradan öyrəndik.

Birdə görürsünüz ki, siz oğurluq edib deyəndə namizədin gözlərində hərəkətlənmə oldu. Sizdən gözünü qaçırmağa çalışdı. Və ani olaraq baş verən hərəkətlənməni kontrolu altına almağa çalışır.

Bir davranışı kontrol altına almağa çalışmaq bərabərində əlavə hərəkətlənmə, enerji sərf etmək və stres gətirir.

Artıq siz ilk siqnalı almısınız. Ancaq bu hər şey demək deyil.

S: Bəs siz niyə əvvəl işlədiyiniz XVZ şirkətindən ayrılmısınız?

Aaahaa namizəd arxaya söykənir. Özünü sizdən uzaqlaşdırır, müdafiə pozisyonuna keçir. Budur artıq ikinci siqnal. Böyük əhtimal əllərini də bağlayacaq.

Əsas bombanı indi partlatmaq olar artıq.

S: Bəs siz bu haqqda nə düşünürsünüz? Əvvəlki işçimizi belə bir addım atmağa nə vadar edə bilər?

N? “Bilirsiniz, əslində düzünü demək lazımdırsa…” ilə başlayıb, “sizi inandırım ki…” ilə davam edəcək yəqin ki namizdə.

Yalan danışan insan, qarşısındakının eqosunu tatmin edib, fikrini fərqli yönlərə çəkməyə çalışacaq. Deyəcəkləri arasına yalanları paylaşdıracaq.

Bir az da namizədə yönəldilən sualları dərinləşdirmək olar.

S: Siz olsanız belə hərəkət edərdiniz?

N: Mən olsam belə hərəkət edərəm? Əlbətdəki etmərəm……

Verilən sualın təkrar edilib yenidən cavabda istifadə edilməsi yalan danışan və ya nəyisə gizlədən şəxslər tərəfindən zaman qazanmaq, uyduracağı fikri qurmaq üçün istifadə olunur.

Mən olsam belə hərəkət edərəm? Əlbətdəki etmərəm…… dediyi zaman gözlərini sol aşağıya çəkəcək böyük etimal.

Çünki beynin sağ yarım kürəsi daha çox əyləncə, xəyallar, yeni bir dil öyrənmək, musiqi kimi ruh halı ilə əlaqəli olan işlərlə məşğul olur və bədənin sol hissəsini idarə edir. Yalan da bir xəyal məhsuludur. Həmin an planlaşdırılır.

mulakat-sorulari1

Artıq namizəd haqqında xəyali raporunuz hazırdır. Bu namizəd də yəqin ki, çox keçmədən öz sələfinin işini davam etdirəcək.

Ancaq yuxarıda qeyd etdiyim nüansları bilmədən, eyni zamanda bu davranışları müşahidə edə bilmədən, düzgün zaman doğru sualı vermədən ən əsası isə müşahidələri düzgün analiz etmədən düzgün nəticəyə gəlmək mümkün deyil.

Yuxarıda qeyd etdiyim isə istifadə olunacaq və qarşınıza çıxacaq bəlkə də yüzlərlə vəziyyətdən biri idi.

Hər birinizə yalandan uzaq həyat arzu edirəm.

Yəqin ki amin deyəcəksiniz.

Amma bir şeyi nəzərinizə çatdırım

Jürgen Şmider 40 gün yalan danışmamaq qərarına gəlir. Və 40 günün sonunda yalan danışmamaqla nələr əldə etdiyini yazır: itirilmiş dostluqlar, arvadı tərəfindən verilən 3 günlük divanda yatmaq cəzası daha nələr-nələr.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s