İş həyatında cinsiyyətdən qaynaqlanan problemlər

Posted on Updated on

gg-540Icon-5

İşə götürən üçün xüsusi işlər itisna olmaqla işçinin qadın və ya kişi olmasının fərqi varmı? Bu yazını oxuyan işə götürən pozisiyasında olan şəxslər cavablandırarsa sevinərəm. Bəlkə də maraqlı fikirlər ortaya çıxacaq.

Amma praktika göstərir ki, var. Xüsusən də idarəçi, rəhbər vəzifələrində qadınlar bir o qədər də seçilən tərəf olmur. Bu cür vəzifələrə daha çox kişilər seçilir. Bunun bir neçə səbəbi ola bilər. Misal üçün:

-Qadının bəzi işlərin öhdəsindən gələ bilməyəcəyi düşüncəsi

-Kişilərə nisbətən idarəetmədə zəif olmaları düşüncəsi

-Sadəcə qadın olduqlarına görə seçilməmə

-Ailə həyatı

-Ailə həyatının gətirəcəyi məcburi işdən bir müddtlik uzaqlaşmalar

-Kişi həmrəyliyi 🙂 və.s saydıqca saya bilərik.

Yəqin ki, deyəcəksiniz ki, İnsan Resursları sahəsində olanların əksəriyyəti xanımlardır. Mən isə tam əksini deyirəm Orta və böyük şirkətlərdə normal İ.R. sistemi olanların demək olar tamamında İ.R.da rəhbər vəzifələrdə bəylərdir.

Xanımlar daha çox gündəlik əməliyyatları icra edən tərəf olaraq görünür. Əlbətdə ki, istisnalar xaric.

Hətta xanımların işə alınmasında, alındıqdan sonrakı kariyera inkişafında onun

-evli olub olmaması

-Evladının olub olmaması

-Yaşı və.s kimi faktorlar da təsir edici rola sahibdir.

Sadəcə məsələ bununla bitmir. Bəzi hallarda qadınlara işləməyə ailə tərəfindən icazə verilmir. Şərqli olmanın verdiyi dezavantajlardan biri də qadının sadəcə ev işlərini görən, ailənin qayğısına qalan biri olaraq görülməsidir. Bütün bunların öhdəsindən gəldikdən sonra iş həyatına atılan qadınların iş+ailə məsuliyyəti, yükünü düşündüyümüzdə oların bizə nisbətən daha çox enerji sərf etdiyini görürük.

Bütün bunların qadınlar üzərindəki psixoloji təsirini də düşünsək istisna qadınlar xaric bir yerdən sonra kişilər ordusu ilə qarşı-qarşıya gəlib müəyyən yerə yüksəlmək o qədər də asan deyil.

564cefa01600002e0026db6d

Hətta gender məsələlərində kifayət qədər inkişaf etmiş ölkələrdə belə sadəcə parlamentə baxmaq kifayətdir ki, cəmiyyətin qadınları hansı səviyyədə qəbul etdiyini görə bilək.

Ədəbiyyatda olan şüşə tavan, öyrənilmiş çarəsizlik, ay işığı və.s kimi terminlər haqqında digər yazılarımda daha detaylı yazacam.

İşin içinə bir də cinsi istismarı da daxil etsək məsələnin qadınlar üçün nə dərəcədə ağıl almaz, kariyerada sadəcə bilik, əzm, çalışmaq gücünə inkişafın nə qədər çətin olduğu ortaya çıxır.

Bütün bu çətinliklərə baxmayaraq hələ də ayaqda durmağı bacaran, inkişaf edən xanımları ALQIŞLAYIRAM.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s