Varlı şirkətin kasıb işçiləri

Posted on

13327507_1614747975507974_5392359032703033583_n

Razıyam ölkədə maddi vəziyyət, dolların bahalaşması ilə əvvəlkinə nisbətən pisləşib. Amma bunun gəl-gəl deyən vaxtları da vardı axı. Sözümün canı odur ki, birazdan qeyd edəcəklərimi dollarla əlaqələndirməyək.

Bir neçə şirkət və bəzi şirkətlərdəki vəzifələr xaric, ölkəmizdə maaş normal yaşyış həddindən az olub, azdır.

Maaşın az olmama səbəbi nədir bəs?

Özəl və ya dövlət müəssisələrinin gəlirinin az olması?

Əlbətdə ki, istisna hallar xaric heç də belə deyil.

Hətta biz cəmiyyət olaraq da “Xalqımızı qudurtmaq olmaz bu gün maaşını çoxaltsan sabah daha da çoxunu istəyəcək” deyimini mənimsəmişik.

Bazarda orta maaş həddi indi 400-500AZNdir.

Bu isə bir ailənin normal yaşayışı üçün lazım olan ehtiyyaclarını ödəmir. Hələ bu işçi kirayə evdə qalırsa demək ki,  vəziyyət daha da acınacaqlı haldadır.

Maaşın sosial təsiri, nəticəsini bir kənara qoyaraq (yox saymadan) işçinin işi üzərindəki təsirə baxaq.

1.Ayda az miqdarda maaş alan işçidən bütün enerjisini işə verməyi gözləyə bilmərik. Təcrübələrimlə də deyə bilərəm ki, bu tip işçilər daim yeni iş axtarışındadırlar +50AZNə sizi qoyub gedə bilərlər. Zənnimcə buna haqları  da çatır.

2.İşi öyrəndikdən sonra sizə gətirə biləcəkləri işi özləri görəcəklər. Bunu bəlkə də hiss etməyəcəksiniz amma sizin hiss etmədiyiniz miqdarlar sizin kassadan kənara axmağa başlayacaq. Belə olduqda işçi sizin işinizdən çox necə edim ki, əlavə (levi) iş tutum dərdi çəkəcək. Bu tip hallara əl əməyi , ustalıq tələb edən işlərdə daha çox rast gəlinir. Amma işçiyə verdiyiniz maaş işinin qarşılığını haqqıyla ödəyirsə tam tərsi ilə qarşılaşma ehtimalınız var.

Keçən həftə eşitdiyim bir məsələni sizinlə paylaşım. İşçi ona olan təklifi hansı ki, onun aylıq maaşından azı üç dəfə çox idi, geri çevirərək işlədiyi şirkətə yönəltmişdi.

Demək ki, maaş bir də sizə işçi səmimiyyətini, işçi bağlılığını da verəcək.

3. Cibi gülməyən işçinin üzü gülməz.

İndi mallardan alış-veriş etməyən demək olar ki, yoxdur. Sizi bilmirəm amma mən lazım olan şeyləri aldıqdan sonra da bir müddət mağazaları gəzirəm. Gəzməyimin səbəbi isə satıcıların davranışlarını gözləmləməkdir. Demək olar əksər mağazalarda 300-350azn maaş və sabit bonus sistemi tədbiq olunur. Bu maaşa satıcıdan müştərilərə gülümsəməyi, 12 saat hər tip insanın nazını çəkməyi tələb etmək nə qədər realdır?

İstədiyimiz qədər tələb edə bilərik amma olar gülümsəməyəcəklər. İndi facebookda olan dostlarımdan biri danışmışdı ki, mənim mağazalarımda satıcılar sadəcə ilk ay əsas maaşı alıblar, digər aylar deyilən maaşdan azı iki-üç dəfə çox alıblar. Mən isə hər dəfə maaşlarına sevinərək imza atırdım. Çünki mən qazandıqca olar qa qazanırdılar, olar qazandıqca mənə daha çox qazandırırdılar.

Əlbətdə ki, belə bir ortamda işçi gülümsəyəcək, işi mənimsəyəcək.

4. Bütün saydığımız hallar nəticədə motivasia əksikliyindən başqa bir şey deyil. Və bir şeyi də unutmaq olmaz ki, işçiləri məcburiyyətlərindən istifadə edib 12 saat kölə kimi işlətmək əvəzində isə heç nə verməmək sizi irəli aparmayacaq.

P.S. Xanımlar daha az maaşa işləyirlər amma xanımlar masabaşı işlər xaric əksər hallarda etibarsız işçilərdir. Kiçik çətinliklərdə tərk etmə ehtimalları daha çoxdur.

***Hər zaman istisna hallar var. Ancaq təcrübə ilə sabit olan hallarda istisnalara yer verməmək lazımdır.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s