Saxla Zamanı Gələr Zamanı yoxsa KVAN?

Posted on Updated on

Son dövrdə fərdi inkişaf mövzusunda  yazılan iki kitabı 5 kriteriyada  müqayisə edəcəm.

(Hər iki kitab inkişafa xidmət etdiyindən belə adlandırdım)

Başlayaq.

1-Müəlliflərin piyasada tanınırlığı aspektindən yanaşsaq Fəxri bəy Coşqun bəydən bir addım öndədir. Düzdür burda yaş faktoru da öz sözünü deyir amma bu dəyərləndirmədə Fəxri bəy öndədir.

Saxla Zamanı Gələr Zamanı 1-0 KVAN

2-Kitabın dizaynı. Yəni müştərinin gözlərinə xitab edən tərəfində KVAN kitabı öndədir. Seçilən rəng, sadə dizayn oxuyucuya gəl-gəl deyir. Yəqin ki Coşqun bəy rənglərin insana təsiri haqqında əvvəlcə araşdırma edib. Təsadüfi seçilibdirsə də uğurlu və diqqqət çəkəndir.

Saxla Zamanı Gələr Zamanı 0-1 KVAN

3-Kitabın dili, oxunaqlığı, eyni zamanda yazı qaydaları, redaktə, korrektə tərəfindən müqayisə etsək Saxla Zamanı Gələr Zamanı kitabında kifayət qədər səhvlər var. Ya bu kitabı qeyri professional biri yoxlayıb, düzəlişlər edib ya da ümumiyyətlə yoxlanılmayıb. Ancaq KVANda diqqətimi çəkən bir səhv olmadı. KVAN kitabı ciddi yoxlamalardan keçib məlumatım var 🙂

Saxla Zamanı Gələr Zamanı 0-1 KVAN

4-Kiatbın önəmi aspektindən yanaşsaq məsələyə razılaşmalıyıq ki, cəmiyyətimizdə vaxt, zaman anlayışı xoşa gəlməz yox hətta bərbad vəziyyətdədir. Bizdə 5 dəqiqə 30-40 dəqiqə kimi düşünlə bilər, və ya tam əksi də ola bilər. Çox vaxt deyilən vaxtda görüşlər baş tutmaz, və insanlarımızın da əksəriyyəti bunu normal qəbul edir.

KVAN kitabında da əsas xəstəliklərimizdən olan tənbəllik, özünə inamsızlıq haqqında işlənib. Bu problemlərimiz də zaman problemindən heç də geridə qalmır. Burda iki kitaba da eyni balı verirəm.

Saxla Zamanı Gələr Zamanı 1-1 KVAN

5-Qiymət. Saxla Zamanı Gələr Zamanı kitabı xitab etdiyi kütlənin alış qabiliyyətinin üstündədir. Nəzərə alsaq ki, gənclərimiz bu problemlərinin üstündə işləyərək gələcəkdə yaxşı nümunə ola bilərlər, gənclərimiz üçün daha faydalı olar, gəncləri hədəf kütlə kimi seçsək (təbii ki sadəcə gənclərə xitab etmir kitab) bu zaman kitabın qiyməti həddən artıq çoxdur. Kitabın dəyəri bəlkə də verilən məbləğdən də artıqdır amma nominal qiyməti çoxdur.

KVAN-ın qiymət strategiyası isə tamamı ilə fərqli olub. Kitab tamamlanmamışdan əvvəl bir hissəsi oxuyuculara təqdim olunub və satılıb. Həm də normal qiymətə. Daha çox kütləyə xitab etdmək üçün bəlkə də bir az da qiymət aşağı qoyula bilərdi.

Bu kriteriyada da KVAN 1 bal alır. Saxla Zamanı Gələr Zamanı 0-1 KVAN

Saxla Zamanı Gələr Zamanı 0-1 KVAN

Beş raundun sonunda hesab biri bərabərlik olmaqla KVAN 4-2 Saxla Zamanı Gələr Zamanı qalibdir.

Yazarlarımızın ikisinə də belə önəmli məsələləri qələmə alıb bizlərə təqdim etdiyinə görə təşəkkürümü bildirirəm.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s