Xarici görünüşünüz referansınız ola bilər

Posted on Updated on

maxresdefaultGözəl atalar sözümüz var. “Qonağı geyiminə görə qarşılayıb ağlına görə yola salarlar.” Nəzərə alsaq ki, atalar sözləri, adət ənənələr,deyimlər millətin əsirlərlə yaşayış tərzindən, davranışlarından süzülüb gələn reallıqların qısa tərifidir, deməli bunu fərqli yerlərdə sınamağa dəyər.

Bəs işçi seçimi mütəxəssisləri (recruiter) namizədləri dəyərləndirərkən nələrə diqqət edir, nələrə diqqət etməlidir, ön yarqıdıdan necə uzaq durmalıdır?

Bir reallığı nəzərə almaq lazımdır ki, tərəflərin ikisi də insandır və hər insanın nələrəsə qarşı önyarqısı var. Əsas məsələ isə işi icra edərkən bu kimi davranışlardan sıyırılıb uzaq durmaqdır.

Araşdırmalar göstərir ki, insanın verdiyi ilkin təəssürat bəzən qarşıdakının üzərində o qədər güclü olur ki, qərar verəcək şəxs yanıla bilir.

Düşünün iş görüşməsi edirsiniz ilk namizəd içəri girir, orta boylu (standard) normal çəkili, saçı normal qaydada düzəldilmiş biri içəri daxil olur.

Dİgər namizəd isə uzun, arıq, paltarı üzərində bir o qədər də yaxşı durmayan namizəddir.

Və bu namizədlərdən hələ heç biri bir kəlmə belə demədən sizin üzərinizdə yaradacağı təsiri düşünün. Artıq bir neçə saniyə ərzində qarşınızdakı insan haqqında müəyyən fikir formalaşıb sizdə.

Namizədlər danışmağa başlayır və birinci namizədin səsi olduqca nazik, qadınsıdır. Xarici görünüşü ilə heç cür uyğun gəlmir. Axı ilk görünüşdə o insan sizin zehninizdə canlanıb, onun səs tonu da fərqli olmalı idi.

İkinci namizədin isə səs tonu olduca təsirli, türklər demiş tınısı qulağa xoş gəlir. Bu da ikinci bir önyargı.

***Yəqinki hamımız daimi dinlədiyimiz radio proqramın  spikerinin xarici görünüşünü özlüyümüzdə canlandırmışıq. Səs tonuna uyğun üz cizgilərini, boyunu, çəkisini xəyal etmişik.

Namizədi seçəcək şəxs düzgün qərarını verməsi üçün öncədən tasarladığı bütün fikirləri bir kənara atmalıdır.

Hətta ola bilər ki, namizədin üz cizgiləri, baxışı sizing xoşunuza gəlməsin, siz də özlüyünüzdə namizədin üstünə xətt çəkmiş olasınız. Ancaq bu zaman siz düzgün qərar verməkdən uzaq olacaqsınız.

Əgər namizədin xarici görünüşü, səsinin tonu işinə bir başa təsir etməyəcəksə bu nüansları görməzlikdən gəlmək lazımdır.

Bu isə heç də zənn edildiyi qədər asan məsələ deyil.

Daha bir fakt *** Sadəcə xarici görünüşlərinə görə özlərindən daha keyfiyyətli namizədləri geridə qoyub işə başlayan xanımların sayı heç də az deyil.

P.S. Fotonu çox da şey eləməyin 🙂 🙂 🙂

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s