Bizə düşmən lazımdır?

Posted on

kimdostkimdusman-768x270Çoxdandır beynimi məşğul edən bir suala cavab tapmaq istəyirəm.

Niyə inkişaf etməmiş ölkələrin insanları daha radikal olurlar, və nəyə görə olar döyüşməyə, vurmağa, öldürməyə daha meyilli olurlar? Bu kateqoriyaya aid olaraq özümüz haqqında o BİR sualı vermək istəyirəm:

Bizə niyə düşmən lazımdır?

Əvvəlcə örnəklər üzərindən birlikdə sualıma cavab tapaq.

Çox əvvəllərə getməyəcəm ikinci dünya müharibəsindən başlayaq.

Amerika Yaponiyaya iki dəfə atom bombası atdı nəticədə bir anın içində 140mindən çox insan öldü, 250 mindən çoxu yaralandı fəsadları isə bu günə qədər davam edir. Bəs nə oldu ki, bir yapon amerikalıya, amerikalı da yapona nifrətlə baxmır. Bir birini öldürməyə çalışmır. Yapon rahat-rahat gedib Amerika universitetlərində təhsil alır, Amerika vətəndaşı panasonicdən istifadə edir. Niyə bu qədər ölümün dağıntının qarşısında bu iki millət hadisənin üstündən yarım əsrdən biraz çox keçməsinə baxmayaraq hər şeyi unutdu?!

Bu gün hər iki ölkənin iqtisadiyyatı dünyada ilk beşlikdə yer tutur.

Hələ almanları demirəm. Nəyə görə fransız almanı gördüyü yerdə öldürmür, ingilisi hələ heç başa düşmürəm ən azından ara küçədə döyməlidir axı. Yox ee ay kişi mənə çatmır bunlar.

Avropanı iki dəfə “şum” edən almanlara heç kəs gözün üstə qaşın var demir. Niyə axı? Əslində deməli deyil?

Amma yox qardaş, indi hərəsi öz işi ilə məşğuldur. Üçünün də iqtisadiyyatı dünyada ilk onluqdadır.

Görəsən səbəb nədir?

Səbəb:

Hər kəs öz üzərinə düşəni etdi. Tələbəsi təhsilini ən yüksək şəraitdə almağa çalışdı, mühəndisi evləri daha keyfiyyətli tikdi, həkimi daha diqqətlə yanaşdı xəstəsinə, müəllimi gələcəyi inşa etmək vəzifəsini çiyinləndi, təmizlikçisi küçələrin daha təmiz olmasına çalışdı…

Və nəticədə dərk etdilər ki, bir faydası olmayan yersiz rəqabət, kin, nifrət onlara bir şey verməyəcək.

Bu o demək deyil ki, onlar tarixlərini unutdular. Xeyir olar tarixlərinə sahib çıxdılar. Qarşılaşdıqları çətinliklərin bir daha olmaması üçün əl-ələ verib ayağa qalxdılar. Problemlərin üzərinə əzələ ilə deyil beyin gücü ilə getdilər.

Yaponiya Amerikanı texnologiyası ilə zəbt etdi, Avropa yenidən bir-birinə “girdi”,bir-biri ilə rəqabət aparmağa başladı amma təhsili ilə, səhiyyəsi ilə, yenilikləri ilə, kəşfləri ilə.

Və əminəm ki, o fiziki düşmənçiliklərini də unutmayıblar. Sadəcə olaraq o hissi də, o vəzifəni də biriləri yüklənib.

Bəs bizim kimi cəmiyyətlər niyə hər zaman düşmən arayışındayıq. Ən böyük düşmənin elə özümüz olduğunu görməmək üçünmü? Daxildən gələ biləcək problemləri ört-basdır etmək üçünmü?

Universitetdə tələbəsindən rüşvət alan müəllim, xəstəsini pula görə öldürən həkim, oxumamaq üçün pul verən tələbə, evladının şüuru inkişafından çox zahiri inkişafına önəm verən valideyin, iki üzlü şair, tərəfli jurnalist, xalqı talayan məmur düşmən dediyimiz ermənidən, farsdan daha az təhlükəlidir?

Xeyir, daha təhlükəlidir, daha aşağıdır, daha qorxuludur.

Sərhədlərimizi mühafizə etmək üçün, həm də insanları öldürmədən əvvəlcə sərhədlərimizin içini təmizləməliyik. Ondan da öncə özümüzü, öz beyinlərimizi təmizləməliyik.

Bİzlər də nə vaxtsa öz üzərimizə düşənləri haqqı ilə yerinə yetirsək onda bizim də səsimiz eşidiləcək. O zaman bizimlə də hesablaşacaqlar.

Bəs bizə niyə düşmən lazımdır?

Bəlkə siz deyəsiniz….

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s