HRlar niyə paralic olmur?

Posted on Updated on

afyonda-minibuste-kalp-krizi-geciren-suriyeli-oldu

Dostlar bu dəfə də qısa yazımda sizinlə şəxsən rastlaşdığım, təcrübəmlə sabit hadisələrdən danışacam.

Əvvəllər də dediyim kimi, biznesiniz üçün hansı planı qurub, hansı marketing vasitələrindən istifadə edib, harda reklam verməyinizdən asılı olmayaraq kadrlarınız yerində deyilsə, düzgün şəxslər doğru yerdə deyilsə xeyri yoxdur.

Bu zaman sizin işiniz kvadrat daşı yuvarlayaraq məsafə qət etmək qədər çətin olacaq.

Ona görə də İ.R. (HR) şirkət üçün olmazsa olmazdır. Rəhbərlik də İR-a işini tam icra etməyə dəstək verməlidir, şərait yaratmalıdır.

İndi keçək HRlar niyə infarkt olmur sualının cavabına.

HR-lar niyə infarkt olmalıdır?

Kiçik bir örnək verəcəm.

Vakansiya elan olunur. Hətta böyük hərflərlə oxuyanın diqqətini çəkmək üçün xüsusi yerləri qeyd olunur.

Və müraciətlər gəlir. Başlayaq bunları kateqoriyalara ayırmağa.

Normal olaraq vakansiya ilə tanış olur, uyğun olduğu təqdirdə müraciət edir. Bunlardan Allah razı olsun 😀

Hansı vakansiya üçün müraciət edib, orda nələr tələb olunur, nə etməlidirlərdən bixəbər olanlar. Linkə tıklayıb 3 dəqiqəsini itirmək istməyib uzun-uzadı rəy yazanlar, suallar verənlər də az deyil.

Halbu ki, bir tıkla verdiyi suallara cavab tapmaq mümkündür.

Rəhbər vəzifə elan olunur. Təbii olaraq bir müddət rəhbər kimi təcrübə və.s tələblər qoyulur. Baxırsan ki, bir qrup başına döndüyüm hələ ilk iş üçün müraciət edib özü də bu vakansiyaya. Yəni tutar qatıq tutmaz ayrançılar.

Bir qrup da varki CV-yə əlavə etdikləri fotonu fbda belə paylaşmazlar. Kimisi öz çəkimini yükləyir, kimisi instagramdakı fotosunu skrin şot edir daha nələr, nələr.

Bir şeyə diqqət etmişəm CV-lərinə normal foto yükləyənlərin kvalifikasiyası yükləməyənkilərdən daha yüksək olur. İstisnalar hər zaman var amma ümumi dəyərləndirmələrimə əsasən belə olub.

Cinsiyyət hissəsini boldla yazırsan xeyiri olmur, boyük hərflərlə yazırsan xeyiri olmur, hər cür hoqqadan çıxırsan ki, əziz namizəd bu vakansiya üçün ancaq xanımlar dəyərləndiriləcək fərqi yoxdur. Bəyləri xanım vakansiyalarına müraciətini dayandıra bilmirik. 🙂

Ən acınacaqlısı isə baxırsan ki, namizədin güclü iş təcrübəsi var, yetənəkləri hiss ediləcək dərəcədə güclüdür, zamanında özünü inkişaf elətdirib amma bu gün işsizlikdən hak etdiyindən daha aşağı işə müraciət edir. Elələrini görəndə insan pis olmaya bilmir.

Və bütün bunları və hələ qeyd etmədiyim halları özünüz gözünüzün qabağına gətirin. Sadəcə CV-lərin dəyərləndirilməsinin stresini hiss edəcəksiniz. Sonrakı addımları da işin içinə qatsaq belə bir sual yaranır-HR-lar niyə infarkt olmur?

🙂 🙂 🙂

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s