Cəbhədə vuruşan ŞİRKƏTLƏR (gün birlik günüdür)

Posted on

12928320_10209310653149175_2021801005945522565_nCəbhədən gələn xəbərlər sinəmizi qabardır. Şəhidlərimizə ağlayırıq, üzülürük amma bilirik ki, onlar ən ali amallardan olan vətən uğrunda canlarından keçiblər. Bu gün oların bir deyil on minlərlə anası, atası, qardaşı, bacısı var.

Mənim əziz əsgər qardaşım. Zabit, əsgər, gizir, çavuş fərqi yoxdur bu gün siz hər biriniz canınızla, qanınızla yeni tarix yazırsınız.

Bu gün siz insanımızın ən ali duyğusu olan birliyi, bərabərliyi, vətən sevgisini yenidən oyatdınız. İnsanlarımız qaça-qaça qan verməyə gedirlər. Maşın-maşın könüllü olaraq cəbhəyə üz tuturlar. Sizlərə məktublar yazılar. Bu gün sizlər ordasınız sabah bizlər də sizinlə çiyin-çiyinə Laçına, Şuşaya, Kəlbəcərə bayraq sancmaq üçün döyüşəcəyik.

Bir il gözümün qabağında olub, gedə bilmədiyim Fizuliyə sizinlə birgə gedəcəyik. Cəmisi 7km bizi ayırır şəhərin özündən. TŞK gülləsinin uçuş məsafəsi qədər qısa bir mənzilimiz var.

Bu gün sizlərin şücaəti, şəhadəti içimizdə illərdir yatıb qalmış, paslanmaq üzərə olan hissləri oyandırdı. Siz sübut etdiniz ki, damarımızdakı TÜRKLÜK qanı hələ pozulmayıb. Nə qədər daxili, xarici baskılar yaşasaq da zaman-zaman, xalq öz genini qoruyub saxlayıb.

İnşallah sizlərin sayəsində bizlər Qarabağdakı müəssisələrimizə işçilər seçəcəyik, ordakı müəssisələrin çatışmazlıqlarını, üstünlüklərini müzakirə edəcəyik.

Son fikrim içimizdəki sıxıntıları dağıtmaq üçün mizahi olaraq deyilsə də buna şübhəmiz yoxdur. Çünki cəbhədə sizlər dayanmısınız.

Bu gün Bakcell, Azercell, Azərbaycan Beynəlxalq Bankı, iş adamlarından bəziləri şəhidlər və döyüş bölgəsi ilə əlaqədar qərarlar aldı. Şirkətlər ağır şəraitdə vətəninin keşiyini çəkənlərə yardım əllərini uzaltdılar.

Əminəm ki, bunun davamı gələcək. Həm müəssisə olaraq həm də fərd olaraq əl-ələ verib döyüşəcəyik. Unutmamalıyıq ki, müharibələr arxa cəbhələrdə qazanılır.

Bu gün bizə düşən bunu şirkətin hansı məqsədlə etməsini müzakirə etmək deyil, bizə düşən hər müsbət addımı alqışlamaqdır. Bunlara ortaq olmaqdır.

Gün birlik günüdür. Gün vəhdət günüdür. Gün dua günüdür.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s