NİYƏ OXUMALIYIQ ???

Posted on

soru-isaretiKiçik bir sual: Niyə oxumalıyıq?

Qısa cavabı:

Dünyanı idarə edən kağız, qələm və mürəkkəbdir. J.Havel

Elmin ağası olmaq üçün zəhmətin köləsi olmalısınız. Onore de Balzak

Bir insan öyrənməyi buraxdığı andan qocalmış sayılır. H.Ford

Sadəcə bumu? Əlbəttə ki, yox.

Biz ilk əmri iqra yəni OXU olan bir dinin nümayəndələriyik.

Biz milli kimliyimiz cəhətdən də Axundovların, Cəlillərin, Rəsulzadələrin, Sabirlərin, Nuxəvilərin, Xoyskilərin, Tağıyevlərin, Cavidlərin, Müşfiqlərin nəvələri nəticələriyik.

Biz vücudumuz savaşla, ruhumuz elmlə yoğrulan bir millətik.

Səlcuqlular, Eldənizlər, Ağ qoyunlar, Qara qoyunlar, Osmanlılar necə olduda köçəri ikən hərbi, mədəni, elmi ilə dünyaya önə çıxan dövlətlərə çevrildilər.

Sualın cavabı çox sadədir: Oxuyaraq, əmr olunduğu kimi yaşayaraq, özünə, soyuna bağlı qalaraq.

O üzdəndir ki, sultanların, padşahların, xəlifələrin yanlarından kitabxanaları, müəllimləri əksik olmazdı.

Yəqin ki, çoxumuza məlumdur sultan Muradla evladının müəllimi arasında keçən dialoq.

Kim bilmir ki, müəlliminin atının ayağından sıçrayan palçığı göz bəbəyi kimi qoruyan sultanı?

Neçə-neçə valideyinlər xalxın uşağını örnək verərkən evladlarına kitab oxuyan valideyin olaraq örnək olmağı heç düşündülərmi görəsən?

Yaxşı xatrlayıram biz orta məktəbdə oxuduğumuz vaxtlarda tütütnçülüklə məşğul olurdıq. Tütünlə məşğul olanlar bilir necə zəhmətli iş olduğunu. O vaxtlarda belə valideyinlərim oxuyurdu.

Bu gün kitab oxumağa çalışıramsa bu oların məni davranışları ilə tərbiyyə etməklərinin nəticəsidir.

Bir kitabın qiyməti bəzən içdiyimiz bir kofenin dəyərindən daha aşağıdır. Amma kitab bizim üçün lazımsızdır, daha önəmlisi X brendinin içkisini içib şəkilləri paylaşmaqdır. Elə bunun da səbəbi kitabsızlıqdır. İnsanlar mənəvi boşluqlarını doldurmaq üçün, özünü təsdiq üçün bəzən bu yollara baş vurmalı olurlar.

Əziz valideyinlər kitabsız nəsil böyütməyin.

Oxuyun, Oxutdurun.

Necə edəcəyimizi bilmiriksə müəllimlərdən, psixoloqlardan məsləhət alaq. Amma oxuyan bir nəsil yetişdirək.

Hələ ki gec qalmadan bu kitabdan başlamaq lazımdır.

Bu kitab sizə lazım olan hər cür köməkliyi edəcək, əmin ola bilərsiniz.

10394841_1566092540370233_1143007867756257631_n

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s