İş Görüşməsi (1-ci hissə)

Posted on Updated on

interviewUzun müddətdi işsiz idim. Bir neçə gün əvvəl iş elanlarındakı bir iş diqqətimi cəlb etdi. Tələblərini də diqqətlə incələdim. Əslində mənim sevərək edəcəyim iş idi. Əvvəldən hazırladığım bir CV-im vardı. Vakansiyanın tələblərinə uyğun olaraq bəzi dəyişiklikləri də etdikdən sonra elanda göstərilən email adresinə göndərdim.

Heç yadımdan çıxmaz bazar ertəsi günü idi. Telefonun zənginə gözümü açdım. Yatağımdan qalxanda gözüm divardakı saata ilişdi saat 11 idi.

Ay daaa… Demək ki, insan bekar olanda belə olurmuş. Saatlarını yataraq yola verir. Nə isə ki, telefonu açdım.

Zəng edən xanım X şirkətindən zəng etdiyini CV-mi bəyəndiklərini deyib məni saat iki üçün görüşə dəvət etdi.

İzah edə bilmirəm necə həyəcanlanmışdım. Tez hazırlanıb evdən çıxdım. Şirkətin yerləşdiyi yerə də yarım saat əvvəldən getdim ki, birdən bir çatışmazlıq olar.

Saat ikidə ofisə daxil oldum. Əvvəlcə resepşndakı xanıma yaxınlaşıb özümü təqdim etdikdən sonra iş görüşməsi üçün gəldiyimi dedim. Xanım diqqətlə üzümə baxıb yenidən işi ilə məşğul olmağa başladı. Komputerdə nə isə yaza-yaza həm də mənə məlumatı olmadığını dedi. Heç üzümə də baxmırdı.

Əvvəl öz-özümdən şübhələndim görəsən məndə nə isə vardı? Yoxsa uzun müddətdir avara qaldığım baxınca hiss edilirdi.

Səssiz-səmirsiz keçib kənarda əyləşdim.

Saat üçə iyirmi dəqiqə işləmiş resepşna zəng gəldi.

Hər halda mənim gəlib gəlmədiyimi soruşurdular. Xanım burda olduğumu deyib dəstəyi asdı.

Başını qaldırıb “Müəllim ikici mərtəbə 31ci otağa yaxınlaşın” deyib yenə işi ilə məşğul oldu.

Biraz həyəcanlı, bir az da gözləməyin verdiyi streslə otağa yaxınlaşdım.

Qapını vurub içəri daxil oldum.

Otaq səliqəli idi. Pəncərənin önünə səliqə ilə düzülmüş kiçik dibçəklər burdakı xanımın zövqündən xəbər veriridi. Mən içəri daxil olduqdan bir neçə saniyə sonra əlindəki işini bir kənara qoyub məni salamladı.

Hə Qəhrəman bəy xoş gəlmisiniz. Buyurun keçin əyləşin.

İçimdəki həyəcanı birtəhər boğub Nazlı xanımın masasının qabağına qoyulmuş stollardan birində əyləşdim.

CV-imi əlinə alıb diqqətlə incələməyə başladı. Bəzən də mənə baxırdı. Belə etməsi məni bir az da həyəcanlandırırdı.

Görəsən düzgün olmayan nə isə var? -düşünürdüm.

Bundan əvvəl də iş görüşməsində olmuşdum, iş görüşməsinin hansı səpgidə getdiyini az- çox bilirdim.

Nazlı xanım CV-imi incələdikdən sonra standart suallar verməyə başladı mənə. Mən də öz növbəmdə suallara cavab verərəkən Nazlı xanım kağızları qarışdırmağa başladı. Bəzən də komputerdə bir şeylər edirdi. Mausun tıkkıltısı gərilmiş əsəblərimi bir az da zorlayırdı.

Amma mən bunu hiss etdirməməyə çalışırdım. Bir müddət sonra mən əvvəlki işim haqqında məlumat verərkən Nazlı xanım nə isə xatırlamış kimi telefonunu əlinə alıb kiməsə zəng etdi. Əli ilə mənə gözləməyimi işarə edib otaqdan çıxdı.

Otaqda tək qalmağım məni bir az rahatlatmışdı. Ən azından dərindən nəfəs alıb özümü toparlaya bilərdim. Uzun müddət idi işsiz idim və bundan bezmişdim. Nə olursa olsun işə qəbul olmağım üçün əlimdən gələni etməli idim.

Dəqiqələr əvvəlcə sürətlə keçsə də gözləmək məni get-gedə yormağa başlamışdı. Cibimdən telefonu çıxarıb baxanda özümü qəribə hiss etdim. Binaya daxil olduğum artıq bir saatı da keçmişdi. İş görüşməsində gəldiyimi bilən tanışlar votsapdan necə olduğunu soruşurdular. Dəqiqləşdirmədən heç nə demək istəmirdim.

Beş dəqiqə sonra Nazlı xanım içəri daxil olub heç nə olmamış kimi CV-imə son dəfə baxıb “Yaxşı Qəhrəman bəy sizinlə əlaqə saxlayarıq. Mən indi təcili çıxmalıyam. Gərək bağışlayasınız” deyib ayağa qalxdı. Mən də nə edəcəyimi bilmədən yerimdən qalxıb sağollaşıb otaqdan çıxdım. Qapıda son dəfə təşəkkür etdim amma Nazlı xanım heç üzünü mənə tərəf çevirmədən mənimlə sağollaşdı.

Çöldə hava super idi. Dərindən nəfəs alıb, qalstukumu açıb cibimə qoydum. Elə bil bədənimə rahatlıq doldu.

Bayaqdan gördüklərim əslində mənə qarşı diqqətsizlikdən, hörmətsizlikdən başqa bir şey deyildi. Sonda sağollaşarkən Nazlı xanım üzünü çevirmək zəhmətinə belə girmək istəməmişdi.

Birdən ağlıma gəldi ki, axı mənə nə zaman geri dönəcəklərini, məlumatı nə vaxt verəcəklərini demədilər. Görüşə çağıranda da elə belə etmişdilər. Həmin gün zəng etmişdilər. Bəlkə mənim həmin gün üçün başqa planlarım var? Bəlkə mən zəngi görməyəydim? Onda necə olacaqdı?

Sualları özüm verib özüm cavablandırırdım. Axırda qərara gəldim ki, səbrlə cavablarını gözləyim. Onsuzda işsiz idim.

***Sonda təbəssüm etməyi unutmayaq.

4842bb81-92ca-4da4-ba1f-b99932c992b2-original

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s