İş həyatında TERROR

Posted on Updated on

bully-groupNeçəmiz terrorla qarşılaşmışıq?

Əlbəttə Allah qorusun. Amma bəlkə də oxuyucuların əksəriyyəti terrorla qarşılaşıb.

MOBBİNG!

Yəni psixoloji  terror.

Bəzən vəziyyət o həddə çatır ki, terrorun qurbanı olan şəxs özünü günahkar hesab edir. Düşünür ki, bütün olanların günahkarı özüdür.

Bəs belə bir terrorun qurbanı kimlər olur? Seçilmiş qurban olduğumuzu necə bilə bilərik?

İlk sualdan başlayaq.

Bu terrorun qurbanları daha çox rəhbərinin özünü olduğu yerdə yetərsiz hesab etdiyi şöbələrin, departamentlərin və.s işçilərinin olma ehtimalı daha çoxdur.

Çünki rəhbər şəxs özünün zəyif yanlarının həddən artıq olduğunu bilir, hər an ona rəqib çıxıb onun yerinə keçə biləcəyini düşünür və bunun stresi ilə özünə rəqib hiss etdiyi şəxsləri qurban seçir.

Xüsusən də işə yeni başlamış, yuxarı rəhbərliyin təqdir etdiyi işçilər belə şəxslərin gözlərinin düşmanıdır. Oların nəzərində siz yuxarı rəhbərliyə xəbərçilik edən, əslində kiminsə tanışlığı, dəstəyi ilə işə alınmış şəxssiniz. Siz əslində belə bir işə layiq deyilsiniz.

Bütün bu kimi düşüncələrdən sonra terror mərhələ-mərhələ icra olunmağa başlanılır.

Və bu prosesin də başında çox vaxt sizdən daha kıdəmli şəxslər dayanır.

  1. Əvvəlcə sizdən gizlin nələrinsə döndüyünü hiss edəcəksiniz. Sizdən nələrinsə gizlədildiyini anlayacaqsınız. Hətta iclasları da sizdən gizlin edəcəklər.
  2. Hamı ilə paylaşılmalı olan məlumatlar sizdən gizlədiləcək.
  3. Sizdən gizlədilən məlumatların yuxarı rəhbərliyin yanında sizdən soruşulma ehtimalı çoxdur. Sizin məsələdən xəbəriniz olmadığına görə düzgün cavab verməyə biləsiniz. Beləliklə yuxarı rəhbərliyə sizin bu iş üçün yetərsiz olduğunuzu göstərmək cəhdləri olacaq.
  4. Sizə verilən işi müddətindən əvvəl tələb edə bilərlər. Deyək ki, sizi qurban seçən rəhbəriniz həftə sonuna X raporlarını hazırlamağınızı istəyir. Amma cümə axşamı sizdən həmin məlumatları tələb edir. Böyük ehtimalla hələ tamamlamadığınız işə görə tənqid olunacaqsınız. Sizin necə yarıtmaz biri olduğunuzu üzünüzə vuracaqlar.
  5. Lazımsız işlərlə sizi yükləməyə çalışa bilərlər. Hətta iş bölgüsü zamanı ola bilər ki, sizə digər işçilərə verilən işdən daha ağır işlər verilsin.
  6. Bütün bunların nəticəsində siz özünüzü daim basqı, stres altında hiss edəcəksiniz. Rahat ola bilməyəcəksiniz çünki daim sizinlə məşğul olan biri var yanınızda.
  7. Əmin olun ki, bu işdə sizi qurban seçən şəxs tək olmayacaq. Elə sizin iş yoldaşlarınızdan biri qəflətən sizə dişini keçirməyə hazır olan birinə çevriləcək.

wlp-office-bully-590-300

  1. Əgər siz bütün bunlara səbr edə bilmisinizsə hələ də işinizə davam edirsinizsə yeni bir kampaniya başlada bilərlər. QARALAMA KAMPANİYASI. Şirkətdə söz yayıla bilər ki, siz işə rüşvətlə qəbul olunmusuz. Əslində sizin heç diplomunuz da yoxdur. Yuxarı da da qeyd etdiyim kimi hətta sizin əsas işiniz yuxarı rəhbərliyə söz daşımaqmış və.s
  2. Performans dəyərləndiriləcəksə əmin olun ki, sizin performansınız ortalamadan da aşağı göstəriləcək. Çünki sizi görmək istəməyənlər var.

Bu və buna bənzər baskılarla qarşılaşırsınızsa, ofisə gəldiyiniz andan etibarən özünüzü stres altında hiss edirsinizsə, axşam evə gedərkən belə əsəbi halda ofisdən çıxırsınızsa, hər işə “burnunu soxan” rəhbəriniz varsa, hər addım başı işinizi təqib edirsə, sizdən məlumat istəyirsə böyük ehtimalla siz də belə bir terrorla qarşı qarşıyasınız.

Bu vəziyyətdə ayaqda dik dura bilmək üçün çalışın iş yerindən dostlarınız olsun. Sizi daxim dəstəkləyən, dərdinizi bölüşəcəyiniz iş yoldaşlarınız olsun.

Sizə qarşı mübarizə aparan şəxsə lazımi cavabı verərəkən belə diqqət etmək lazımdır ki, həddi aşmayaq. Əks halda onusuzda bizi işdən çıxarmaq üçün çalışan birinin əlinə berlə bir şans vermiş olarsınız.

Qarşısında səbrlə dayandığınızı görən “terrorist” bir gün özü partlayacaq və yəqin ki, özü ya işdən ayrılmalı ya da daha aşağı vəzifəyə keçirilmiş olacaq.

***Daha detaylı məlumat almaq üçün “Zor İnsanlarla Zorlanmadan Baş Etmək” kitabını oxuya bilərsiniz.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s