Müqaviləsiz işçi nikahsız “qadın” kimidir

Posted on

400_F_21319066_L2SNsx6lrle7SoONyAWSMv71XvoXwRI8

Əmək müqaviləsi nəyə lazımdır ki, deyən dostların, iş olsun əmək müqaviləsi olmasa da olar deyən zəhmətkeşlərin nəzərinə.

Əlbəttə iş olsun amma əmək müqaviləniz də olsun.

Üzr istəyərək bu məsələni evliliklə müqayisə edəcəm. Əmək müqaviləsiz iş nikahsız ailə kimi bir şeydir. Sizi istədikləri kimi istifadə edib, istədikləri zaman da “boşaya” bilərlər. Əslində iş də bir növ evlilik kimidir. İşin də xöşbəxt tərəfləri kimi, ayrılıqları var. İşdən ayrıldığınızda və ya sizi işdən çıxardıqlarında haqqınızı tələb etmək üçün əmək müqaviləniz olmalıdır.

Əmək müqavilənizin olması sizi bir çox mənfi məqamlardan qoruyacaq. Eyni zamanda sizi işdən çıxartmaq istədiklərində (qanunvericiliklə tənzimlənən hallar istisna) sizin də arxanızda duracaq güc sizin əmək müqaviləniz olacaq.

Bəs əmək müqaviləsi sizə nə qazandırır?

  1. Gələcəyin qarantiyasıdır
  2. İşsiz qaldığınız vaxt bir illik maaşınızın 70%-ni 6 ay müddətində ala bilərsiniz.
  3. Şirkət (iş sahibi) sizi istədiyi vaxt qapıdan çölə qoya bilməz
  4. Pensiya təminat hüququ əldə edirsiniz
  5. Qanunla təyin olunan məzuniyyət haqqınızdan rahat istifadə edə biləcəksiniz
  6. Əmək funksiyanız qeyd olunur
  7. Sığortanızdır. İş zamanı başınıza bədbəxt hadisə gələrsə və ya işə götürən tərəfindən qaynaqlanan sağlamlığınıza dəyən hər hansı zərər ödənilir.

Əgər əmək müqaviləniz yoxdursa işə götürəndən bunu çəkinmədən tələb edə bilərsiniz. Hüquqi tərəflərini bir kənara qoyuram bu ən azından özünüzə, ailənizə qarşı diqqətinizi göstərir. Çünki başınıza gələbiləcəklərdə siz də ən azından mənən, vicdanən məsuliyyət daşımış olacaqsınız .

İşə götürəndən haqqınızı çəkinmədən tələb edə bilərsiniz. Əşşii bura Azərbaycandır kim idi buna baxan deməyin. Bəli bura Azərbaycandır, haqqını bilən, haqqını müdafiə edənlər haqqını alır. Çətinliklər ola bilər amma mümkünsüz deyil.

300 maanatlıq iş üçün dəyərmi?-deməyin. Hər bir manat üçün dəyər.

Gələcəyimizi türklər demiş yabana atmağa haqqımız yoxdur.

Siz müqavilənizi tələb edərək həm də işə götürənə yaxşılıq etmiş olursunuz. Müqaviləsiz işçi işlətmək vergidən yayınma halıdır. Bunun isə qanunla cəzası var.

Qaçaq işçi işlətməyin cəzası bəzən 25000 manata qədər olur. Əmin olun ki, siz haqqınızı düzgün izah etsəniz heç bir iş sahibi külli miqdarda cərimə ödəmək istəməz.

Unutmayın 25000 manat 😉

Advertisements

One thought on “Müqaviləsiz işçi nikahsız “qadın” kimidir

    […] Əmək müqaviləsinin əhəmiyyəti haqqında əvvəlki yazımda qeyd etmişdim. […]

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s