Müdirini göstər gələcəyini deyim

Posted on Updated on

liderlikte-etik (7)

(Müdirdə olmalı olan 15 xüsusiyyət)

İşinizi kimə əmanət etmisiniz?

Və ya hansı xüsusiyyətlərinə görə O şəxs müdir olmalıdır ki, onun sözünü dostları, iş yoldaşları dinləsin? Hamı onu örnək alsın?

Bir liderdə olmazsa olmaz bacarıqlar vardır. Bunların bir hissəsi onun təbiətindən irəli gəlsə də bəziləri isə sonradan əldə edilir. Birazdan sadalayacağımız xüsusiyyətlər olmayan birini şirkətinizdə rəhbər təyin etməzdən əvvəl yüz yox beş yüz dəfə ölçün bir dəfə biçin. Diqqətli olun ki, məqsədinizə çata biləsiniz.

İndi sayacağımız xüsusiyyətlər nəinki bir liderdə hətta bir menecerdə, müdirdə, komanda rəhbərində, ailə başçısında olmalıdır.

Bu yazımda son gün oxuduğum kitabdan götürdüyüm qeydləri sizinlə paylaşacam. Yoxsa 26 Yaşında liderlik dərsi vermək əməlli başlı cəsarət istəyir. Qısası bu gün mənim də yenicə öyrəndiyim 15 maddəni sizinlə paylaşacam.

Bəs kimləri idarəçi etmək lazımdır ki, həm komandanız işini sevərək görsün həm də nəticə əldə olunsun?

İdarəçiliyi :

-Ən güclüyə

-Nəfsinə ən çox hakim olana

-Qətiyyət göstərmək lazım olduqda ən qətiyyətliyə

-Mülayim davranmaq lazım olanda ən mülayim davranana

-Ətrafındakıların fikrini dəyərləndirməyi bacarana

-Lazımsız işlərlə məşğul olmayana

-Bilmədiklərini öyrənməkdən utanmayana

-Hadisələr qarşısında özünü itirməyənə

-İşə (red) aid olan nə varsa özününki kimi qoruyana

-Analiz qabiliyyəti və fərasəti olana

-Hər zaman ehtiyyatla, riskləri nəzərə alaraq hərəkət edənə

-Danışmaqdan çox hərəkət edənə

-İstənilən vəziyyətdə ədalətlə qərar verə bilənə

-Şərəfini qoruyana

-Tək qalsa belə doğrudan başqasını seçməyənə verin.

Bu sözlər düz on dörd əsr bundan əvvəl Hz.Əbu Bəkir və Hz.Ömərin dilindən deyilən sözlərdir. Aradan keçən isə sadəcə əsrlərdir sözlər isə hələ də aktuallığını olduğu kimi qoruyur.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s