Googledə necə birinci oldum?

Posted on

google-kutlama

Sevindirici haldır ki, son zamanlar “insan resursları bloqu”, “insan resursları blogu” kimi axtarışlar verərkən ilk çıxan bloq mənim bloqumdur.

Bu birincilikdə uzun müddət deyiləmG5team  və  Tehran bəy də dinc dayanmırlar 🙂

Belə bir deyim var siz Googlenin dediyi qədər sizsiniz. Bunu elə bloqa da aid etmək olar. Bloqunuz Googlenin dediyi qədərdir.

Bəs bu necə oldu?

1.Digərlərinə qısqanclıqla yanaşmıram heç bir zaman. Biri zəhmət çəkib bir şey yazıbsa açıram, oxuyuram, bəyənirəm. Elmdə, yazı-pozuda qısqanclıq yaraşmaz. Yəni özünüzü “İbrahim Borçalı” hesab eləməyin. Ulduzcuqlar 🙂

Düşünməyin ki, sizin likeniz ancaq Obamayla Putinin statuslarına yaraşır. #Heçmənəlazımdadeyil, heç kimə lazım da deyil deyib keçirlər 🙂

Bloqunuzdan aktiv istifadə edib, digərlərinin də yazılarını aktiv izləyin bu bloqunuzu aktivləşdirəcək.

2.Vidcet əlavə edərək siz bloqunuza girişləri artıra bilərsiniz. Mən bloqumda 20dan çox bloq linkini yerləşdirmişəm. Bunun nəticəsində mənim bloqumdakı şəxs həmin bloqlara da keçid edə bilir. Bu isə həm digər bloqu həm də mənim bloqumu aktiv saxlayır.

3.Etiket bludundan düzgün istifadə etmək lazımdır. Etiket bludu bir növ sizin açar kəlimələrinizdir. Axtarış edən şəxsi sizin bloqunuza çəkib gətirə bilər.

4.İ.R. sahəsində yazan bloqçu dostlarla bağlı maraqlı ideyamız var. Abid bəylə reallaşdıracağımız ideyamız ölkəmizdə yenilik olacaq.

Detalları da yenə bloqlarımızda paylaşacağıq. Aprel ayı ərzində gözəl bir addımın şahidi olacaqsınız İnşallah.

*** Qısqanc olmaq lazım deyil. Rəqabətçi olmaq lazımdır. Unutmayaq qısqanclıq qısqanan şəxsi qurd kimi içəridən yeyib bitirdiyi kimi, rəqabət hər iki tərəfi gücləndirir.

Yaş, təcrübə, tutduğu mövqe başqasını kiçik görməyə haqq vermir. Biz biz olaq dostluğa, yardımlaşmağa, paylaşmağa meyilli olaq, nəinki qısqanclığa, kiçik görməyə.

Bloqçu dostlarımı da öz bloqlarında dost bloqları əlavə etməyə dəvət edirəm. Necə deyərlər “əlbir olub bir bloqer, digəriylə…” deyək dovşanı tutaq paylaşaq 🙂

Səhifəmizdə artıq hazırlanır. Hər biriniz dəvətlisiniz.

#menimdostbloqum haştaqından da istifadə edə bilərik.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s