Ən yaxşı işçi BƏNÖVŞƏYİ İNƏKdir.

Posted on Updated on

thumbs-up-man.png

Başlığı oxuduqdan sonra təhqir oldunduğunuzu düşünürsünüz?

Əsla və kata’a ;)))

Əgər siz Seth Godinin “Purple Cow” kitabını oxumusuzsa söhbəti də çoxdan tutmusunuz.

Əgər tutmamısızsa tutanlardan öyrənin, ya da həmin kitabı oxuyun 🙂

Amma yazımda sizə yaxşı işçinin, yaxşı namizədin niyə” BƏNÖVŞƏYİ İNƏK” olduğunu izah edəcəm.

Seth Godin deyir ki, düşünün ki, yol ilə gedirsiz. Yaşıl otlaqda çoxlu inəklər var. Bir müddət sonra o yaşıllıq da, o inəklərdə sizin üçün adiləşəcək. Amma birdən o inəklərin arasında bənövşəyi inək görsəniz necə?

O dəqiqə diqqətinizi cəlb edəcək və o inəyə baxacaqsınız, digərlərinə deyil.

Yaxşı namizəd, yaxşı işçi də belədir.

Əgər sizin CV-niz və ya müsahibə zamanı verdiyiniz məlumatlar, İQ-nüz, EQ-nüz digərlərindən fərqlidirsə qarşınızdakı adamı heyrətləndirə bilirsinizsə, diqqətini yalnız sizə yönəldibsə deməli siz qalibsiniz. Bütün diqqətlər sizin üzərinizdə olacaq.

Əgər siz “BƏNÖVŞƏYİ İNƏK” olmağı bacarmısınızsa işinizdə yüksəlmə olacaqsa ilk nəzərdə tutulan siz olacaqsız.

Əgər “BƏNÖVŞƏYİ İNƏK” olmağı bacarmısınızsa sizin üçün iş axtarmaq da tapmaq da çox asan olacaq. Çünki qeyri adi kariyeraya sahib insanlar bir addım öndədirlər hər zaman.

Kitab marketingdən bəhs edir amma nə fərqi var ki?

Əslində biz də iş axtararkən özkeçmişimizi, biliklərimizi, qabiliyyətimizi qarşı tərəfə satmırıqmı?

Bizim də “ambalajımız” nə qədər maraqlı, nə qədər diqqət çəkərsə market rəfindəki məhsul kimi, bizə əl uzaldıb ilk bizi alarlar.

Bəs necə bənövşəyi inək olmalıyıq?

1-Kiçik düşünərək. Ümumi mənzərəni hamı görür amma, kiçik parçalar diqqət çəkmir çox vaxt. Bütövü kiçik parçalarla tamamlayın.

2-Rəqibiniz, hədəfiniz getmək istədiyiniz yerdə ən yüksəkdə olan şəxslər olsun. Əgər bu sizin gözünüzü qorxudacaqsa kölgədə qalmağa davam edəcəksiniz.

3-Özünü tanımaq. Bütün işin təməlində duran budur.

Bir zamanlar insanlara xüsusi bacarıq verilibmiş. İnsanlar bu qabiliyyətlərindən istifadə edib istədikləri hər şeyi edirlərmiş. Bir müddət sonra bir-birinə zərər verməyə, döyüşməyə başlayırlar. Gücü verən tanrılar qərara gəlirlər ki, gücü insanlardan alıb gizlətsinlər.

Tanrılar başlayırlar fikirlərini bölüşməyə. Biri deyir gəlin filan dağın filan zirvəsinə gizlədək. Ən yaşlı olanı deyir olmaz, gün gələcək insan evladı o zirvələri aşacaq.

Digəri təklif edir ki, gəlin filan dənizin filan yerinə basdıraq insan tapa bilməsin. Yenə yaşlı olanı deyir olmaz, vaxt gələcək insan evladı o dənizləri də keçəcək.

Hərə bir fikir bildirir amma heç biri ilə razılaşılmır. Ən sonda yaşlı tanrı təklif edir ki, gəlin o gücü elə insanın özündə, içində gizlədək. Çünki isan elə bir varlıqdır ki, dağları, dənizləri, ən kiçikdən ən böyüyə hər şeyi öyrənərkən, özünü öyrənməyi ağlından keçirməyəcək. Axtardığı gücün özündə olmasına baxmayaraq o kənardan axtaracaq. Belə də edirlər.

Biz isə hələ də o gücü kənardan axtarmağa davam edirik.

Hamımıza “BƏNÖVŞƏYİ İNƏK” olmağı arzulayıram. Bu arada marketingdə “sağmal inək” qavramı da var. Yəni o qədər də xətrinizə dəyməsin. 🙂

Advertisements

2 thoughts on “Ən yaxşı işçi BƏNÖVŞƏYİ İNƏKdir.

    […] ← Ən yaxşı işçi BƏNÖVŞƏYİ İNƏKdir. […]

    Like

    Tehran_HR said:
    January 11, 2016 at 10:51 am

    Əllərinizə sağlıq. Maraqlı alınıb.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s