Göz çıxardan bank #kapitalbank

Posted on

kapital_logo_stacked_v1_rgbBaşlığı qoyub qoymamaqda qərar verə bilmirdim amma son anda elə belə qalmasına qərar verdim.

Kapital bank sözün həqiqi mənasında adamın gözünü çıxardır 🙂

Necə?

Faizləri ilə? Krediti olanları incidərək?  Dollar satmamaqla?

Yox…Yox…

Bəs Kapital bank necə gözümüzü çıxardır?

Gəlin başlayaq.

Səhər evdən çıxıram və marşrut gözləyirəm. Mənim minəcəyim marşrut gələnə qədər qarşımdan bir neçəsi keçib gedir. Demək olar ki, hamısı Kapitalbankın reklamları ilə bəzədilib. Səhər yolda qarşılaşıram kapital Bankla.

Yolda pəncərədən ətrafa baxıram, aha deyəsən küçə reklamlarında da Kapital Bankın reklamı. Deyəsən yox elə özüdür ki, var. Tünd qırmızı rəngdə #Kapital Bank

Gəlirəm metroya. Qatarı gözləyirəm budur qarşımda Kapital Bankın reklamı. Hay daaa deyəsən bankla dostlaşırıq. Hara getsəm qarşıma çıxır. Yox, yox bir az da səbr etmək lazımdır. Gərək dost seçəndə diqqətli olasan. Vaqondan çıxıram dostum yenə də sağımda divardan mənə gülümsəyir.

Metrodan çıxıram Baku Bus avtobusu gəlməlidir. Aha odeeey gəlir. Bir dəqiqə….. Aaaa dostum da ordadır. Rəngidə Bakubusun rənginə yaraşır.

Saat 9:00 olub bu gün hələ facebooka baxmamışam. Açıram profilimi, biraz gəzişirəm nə var nə yox deyə.

Ahaaa budur Kapital bank #İlinYolkası #KapitalBank haştagı ilə maraqlı şəkillərdədir.

Hələ yeni il münasibəti ilə lotereyalı kredit aksiyası da başladıb. Deyəsən bütün kreditin hədiyyəsi var. Yeni il də deyəsən bəhanədir. Aksiya düüüz Yanvarın 15-ə qədər davam edəcək.

Dostumuz əməlli başlı endirim aksiyası edir. Sağ olsun təcili dollar lazım idi amma heç bir bankdan tapa bilmədiyim vaxt Kapital Bankdan tapmışdım.

Saytın, mobil app-in də əladır. Nə lazım olsa vaxt itirmədən məlumat almaq olur.

Dediyim odur ki, hər addım başında yanımızdasan KapitalBank.

Bizi məcbur etdin ki, səni görək. Biz də səni gördük.

Sadəcə görməklə də qalmadım haqqında yazmaq istədim. Bu il mənim üçün banklardan #KapitalBank №1

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s