Heç vaxt uğur qazandırmayacaq o addımlar

Posted on

ff.jpg

Uğur. Başarmaq. Eşitdiyimiz zaman qulağa xoş gələn sözlərdir.

Amma bunun bir əmması var ki, həyatda çox şey hazır vəziyyətdə insanın əlinə vermilmir. Hər şey demədim çünki…Çünkisini birazdan biləcəyik.

Xüsusən gənclərimiz uğur qazanmaq, fərdi inkişaf adına daha tələsgəndirlər. Bir fokus-mokusla hər şeyi həll etmək olmaz.

İndiyə qədər fərdi inkişaf, uğuru necə qazanmaq olar tipli bəlkədə yüzlərlə kitablar yazılıb. Ahmet Şerif İzgörenin də dediyi kimi hamısı da sizə, bizə ağıl verməklə məşğuldur.

 

Bu 10 maddəni həyatına tədbiq et gələcəyin milyoneri ol.

15addımda necə CEO olmaq olar və.s 🙂 🙂 🙂

Bizlər də bir fil-filoda uğur əldə etmək üçün bu kitabları alırıq nəticədə isə qazanan sadəcə o kitabın yazarı olur.

On adamdan biri bacarır, doqquzu batır amma o kitablar, o yazarlar bizə həmin 1 adamı təqdim edir, 90% batma ehtimalını yox sayır.

Uğura, inkişafa gedən yol nə 10 maddədən nə də 15 addımdan nə də Conun, Cekin, Ahmedin, Mehmedin yazdığı kitablardan keçmir. Onsuzda oların verdiyi “qaz” ən geci bir neçə günə keçib gedəcək. Siz yenə həmənki adam olacaqsınız. Sizi motivasiya edən şeylər sizin hədəfləriniz olsun. Dişinizlə, dırnağınızla vuruşun amma özünüz kimi, başqasını təqlid edərək yox. Kitablarda, seminarlarda deyildiyi kimi yox.

Necə deyərlər eşidin amma inanmayın.

Uğura gedən yol qarşıqa kimi işləməkdən bir də şansdan, bəxdən keçir.

Sevdiyimiz işlərlə məşğul olmalıyıq. Qonşunun oğlu BPdə 3000azn maaş alır deyə neftçi olmamalıyıq. Əgər rəssamlığadırsa həvəsimiz biz elə rəssam da olmalıyıq.

Uğur qazanmaq istəyiriksə qarışqa kimi işləməliyik. Tər tökməliyik. Gecəmizi gündüzümüzə qatmalıyıq. Çalışarkən də faydalılığı göz qabağında tutaraq çalışmalıyıq. Daima öyrənmək məcburiyyətindəyik. Bu gün biliyin son istifadə tarixi çox qısadır.

Bütün bunları etdikdən sonra bəxtiniz də gətirərsə başaracaqsınız. Əgər şansınız gətirməzsə əmin olun yenə böyük nəaliyyətlər əldə edə bilməyəcəksiz.

Uğur = Çalışmaq+Şans vəssalam.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s