Bir işə alma əfsanəsi-2

Posted on Updated on

5cb89658d0917814e87ddde33d0122b0

Hə dostlar namizəd seçərkən nələrə diqqət etməli idik?

Artıq mərhələlərdən üçü haqqında məlumatımız oldu. Bu gün də geri qalan ikisi haqqında qısa məlumat verməyə çalışacam sizlərə.

Dördüncü mərhələ namizədlərin dəyərləndirilməsidir. Bu mərhələdə bizdən qaynaqlanan bir neçə addımdan uzaq durmalıyıq.

Namizədin xarici görünüşünü bəyənməmək, namizədin bilik və bacarıqlarına qarşı qısqanclıq, onun ilk görüşdə özünü yaxşı təqdim etməyinin təsiri altında qalmaq, namizədin ilk görüşdə həyəcanlı olması, bizim verdiyimiz sualların yönləndirici olması, namizədin gənc olması,  səssiz və ehtiyyatlı olması, namizədin “yaxşı namizəd ” rolunu oynaması və.s  bizə doğru qərar verməyə mane ola bilər.

Buna görə də namizədlə görüş zamanı qrup formasında görüşmək və namizədi dəyərləndirərkən də qrupun digər üzvlərinin də fikrini almaq lazımdır.

Prosesi  asanlaşdırmaq üçün qərar alma matrisindən istifadə edə bilərik. Matris namizədlərinizi qarşılaşdırıb müqayisə etməkdə sizə köməklik edəcək.

Matrisdə:

-Fərdi xüsusiyyətləri

-Texniki xüsusiyyətləri

-Təhsili

-Önəmli performans göstəriciləri

-Şirkətin korporativ mədəniyyətinə uyğun olub olmaması

-Ümumi dəyərləndirmə başlıqları yer almalıdır.

Namizədləri dəyərləndirərkən işin bazardakı yerinə də baxmaq lazımdır. Əgər işçi alacağınız vəzifə üçün bir namizədin işləmə müddəti qısa müddətlidirsə, işçi sirkulyasiyası böyükdürsə, tez-tez iş dəyişmələr varsa bu tədbiqi etməyə də bilərsiniz.

Namizədləri qarşılaşdırarkən sadəcə bir-biri ilə müayisə etməyin. Oları həm də yüksək performanslı namizəd profili ilə də müqayisə edin.

Namizədin verdiyi referansları yoxlaya bilərik. Amma unutmamaq lazımdır ki, namizəd hal hazırda işləyirsə onun icazəsini almadan indiki iş yeri ilə əlaqə saxlamaq etik və əxlaqi olmaz. Bu hətta işçinin işdən qovulması ilə nəticələnə bilər.

Son mərhələ isə qərar verib iş təklifi etməkdir.

Qərar vermək üçün əvvəlcə baxmalıyıq görək qərar vermək üçün lazımi informasiyaya sahibik yoxsa yox?

Əgər cavabımız “yox”dursa onda baxmalıyıq görək, qərar vermək üçün

-Əlavə hansı məlumata ehtiyyacımız var?

-İşi ilə bağlı hansı təlimləri ala bilər, almalıdır?

-Namizədin güclü tərəfləri zəyif tərəflərindən çoxdurmu?

İnformasiya ehtiyyacımızı tam və ya böyük ölçüdə tamamladıqdan sonra seçdiyimiz namizədə iş təklifi etməliyik.

İş təklifləri şəxsən və ya telefon vasitəsi ilə edilə bilər. Namizədə onu seçməyinizə nə qədər şad olduğunuzu hiss etdirməyə çalışın. Dəyər verildiyini hiss etmək əmin olun onun da xoşuna gələcək.

Telefonla zəng edəcəksinizsə

-Görüş zamanı yadda qalan bir nüansı xatrladaraq səmimi mühit yaradın

-Namizədin şirkət haqqında narahatçılığı varsa onu aydınlaşdırın

-Bir daha işi izah edin

-Maaşını bildirin

-Qərar verməsi üçün müddət verin (1-2 gün)

-Onunla işləyərsəniz şirkətiniz adına çox faydalı olacağını hiss etdirin.

 

Ən son da oxuduqlarınızı mümkün qədər işinizdə istifadə edin J

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s