Bir işə alma əfsanəsi

Posted on Updated on

AAEAAQAAAAAAAAYiAAAAJDNkMjZhZTg5LTVmY2ItNGUyNi1hNTI0LWM3YTU5YTYxMDY1ZA

Sizinlə yenicə bitirdiyim Linda A.Hillin müəllifi olduğu –BİR NAMİZƏDİ İŞƏ ALMAQ-kitabı haqqında qısa qeydlərimi paylaşmaq istəyirəm.

İşə alım prosesi 5 addımdan ibarətdir.

1-İş üçün lazımi şərtləri hazırlamaq

2-Gələcək vəəd edən namizədləri cəlb etmək

3-Namizədlərlə görüşmək

4-Namizədləri dəyərləndirmək

5-Qərar verib iş təklifi etmək

Gəlin bəri başdan razılaşaq ki, düzgün olmayan işçi seçiminin həm maliyyəti çoxdur həm də bu səhvin düzəldilməsi əziyyətlidir. Doğru insanı işə almaq hər idarəçi, HR üçün olduqca önəmlidir.

İndi başlayaq bu beş maddəni tək-tək amma çox da uzatmadan açmağa.

İşə alma müddətində İnsan Resursları departamentinden ayrı verilən qərarlar bəzən problemləri də bərabərində gətirə bilər.

Birinci şərti yerinə yetirmək üçün əvvəlcə aydınlaşdırmaq lazımdır “İşçi bu işdə nə etməlidir?” Bu suala cavab verdikdən sonra bizə lazım olan namizədin sahib olmalı olduğu xüsusiyyətlərə baxmalıyıq.

-Texniki xüsusiyyətlər.

Burda namizədin təhsil və təcrübəsi əsas alınmalıdır. Namizədlər arasında iş üçün kritik önəmə sahib olanlarla faydalı amma məcburi olmayan təcrübələri fərqləndirmək lazımdır.

-Fərdi xüsusiyyətlər

Bu məlumatla siz işçinin işə necə yanaşacağını, iş yoldaşları ilə davranış və uyumluluğunu öyrənmiş olacaqsınız. Burda eyni zamanda analitik və yaradıcı bacarıqlar,motivasiya, qərar alma tərzlərinə də diqqət etmək lazımdır.

-Korporativ mədəniyyət və şirkət mühiti.

İşə seçəcəyiniz namizədlərin xüsusiyyətini müəyyən edərkən diqqət etməli olduqlarınızdan biri də budur.

İkinci şərti düzgün yerinə yetirmək üçün bir neçə yol izləmək lazımdır.

-Namizədləri axtararkən doğru kanallardan istifadə etmək lazımdır. Bəzən ən doğru kanalın öz şəbəkəmiz olduğunu düşünürük amma bu bizdən uzaqda olan amma daha qabiliyyətli namizədləri görməyə mane olur. Bunun üçün iş düzəltmə məntəqələrindən, qəzet elanlarından, öz şəbəkəmizdən, universitetlərdən, iş fuarlarından istifadə edə bilərik.

Ən önəmlisi isə daxili işə almadır. Əgər daxili işə almanız yoxdursa və ya çox zəifdirsə işçiləriniz və gələcək işçiləriniz kariyerasında yüksəliş şansı olmadığına görə sizinlə uzun müddət yol yoldaşı olmaya bilər.

-CV-ləri diqqətlicə incələmək.

Vaxtımızın az hissəsini bizə uyğun olamayan namizədləri siyahıdan silməyə böyük hissəsini bizə uyğun olan namizədləri incələməyə sərf etməliyik.

CV-ləri incəliyərkən bunlara diqqət etmək lazımdır:

-Təhsil haqqında verilən uzun-uzadı məlumat. Bu böyük ehtimalla iş təcrübəsinin azlığından qanaqlanacaq.

-Daha çox şəxsi məlumat. Bu da böyük ehtimalla iş təcrübəsinin azlığından qanaqlanacaq.

-Gördükləri işin nəticəsi olmadan sadəcə işin adının və nə etdiklərinin qısa yazılışı.

Üçüncü və önəmli addımlardan biri namizədlərlə görüş mərhələsidir. Hətta işə alma prosesinin ürəyidir deyə bilərik 🙂

Bunun üçün bir görüş qrupu qurmaq lazımdır. Bu bizi tək başına qərar verərkən bəzi diqqətsizliklərdən quratarar. Bu qrupa seçiləcək namizədlə işləyəcək bir nəfəri də əlavə etmək daha məqsədə uyğundur.

Namizədlə görüşün formatlı yoxsa formatsız olacağına qərar vermək lazımdır. Bundan sonra telefon vasitəsi ilə görüşülə bilər. Beləliklə namizədin qəfil gələn zəng qarşısında verəcəyi cavablarla sonradan üz-üzə görüşdə verdiklərini müqayisə edə bilərsiniz.

Namizədlə üz-üzə görüş çox önəmlidir. Əgər bu namizəd önəmli vəzifə üçün seçiləcəksə bəzən iki və ya üç görüşmə də təşkil oluna bilər. Görüşü də üç hissıyı ayırmaq lazımdır. İlk dəqiqələrdə namizədin rahatlaması üçün zəmin yaradılmalıdır. Əsas hissə bundan sonrakı namizədin bilik və bacarıqlarının öyrənilməsinə ayrılmalıdır. Bu zaman əsas məsələ düzgün sualların verilməsidir. Namizədin üzərimizdə buraxdığı ilk təsirin altında qalmamalıyıq. Bu bəzən insanı səhv dəyərləndirməyimizə səbəb ola bilər. Yönləndirici suallardan daha çox namizədin özünü daha rahat ifadə edə biləcəyi suallardan istifadə etmək lazımdır. Son hissədə isə namizəddən sualı olub olmadığını, öyərnəmək istədiyi bir şeyin olub olmadığını soruşmaq lazımdır.

Görüşdüyünüz insanın cinsiyyətinə də diqqət etmək lazımdır. Bəlkə siz hər namizəd üçün müəyyən vaxt limiti qoymusunuz amma nəzərə almaq lazımdır ki, qadınlar özlərini ifadə etməkdə kişilərə nisbətən daha çox vaxta ehtiyyac duyurlar. Buna görə də qadınlar və kişilər üçün ayırdığımız müddəti də buna görə seçmək lazımdır.

Namizədlə görüşdükdən sonra mütləq və mütləq ona telefon və ya imeyil vasitəsi ilə məlumat veriləcəyini bildirmək lazımdır. Nəticə nə olursa olsun namizədə deyilən müddətdə məlumat verilməlidir. Əks təqdirdə bu sizin işinizə və namizədə qarşı hörmətsizliyinizi və diqqətsizliyinizi göstərər.

 

İşçini seçərkən onun təcrübə, bilik, bacarıqlarının sizdən yüksək olmasından qorxmayın. Əgər siz hər zaman kiçik namizədləri seçsəniz şirkətinizi bir gün cücələr şirkətinə çevriləcək- David Ogilvy müəllim belə deyib.

Dördüncü və beşinci mərhələni sonrakı yazımda sizinlə paylaşacam.

Advertisements

2 thoughts on “Bir işə alma əfsanəsi

    […] 4.İ.R. sahəsində yazan bloqçu dostlarla bağlı maraqlı ideyamız var. Abid bəylə reallaşdıracağımız ideyamız ölkəmizdə yenilik olacaq. […]

    Like

    Googledə necə birinci oldum? | Hamar.az said:
    January 14, 2016 at 5:53 pm

    […] 4.İ.R. sahəsində yazan bloqçu dostlarla bağlı maraqlı ideyamız var. Abid bəylə reallaşdıracağımız ideyamız ölkəmizdə yenilik olacaq. […]

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s