Şirkətinizin başı sağ olsun

Posted on Updated on

mind-transferSizə yeni xəbərlərlə gəlmişəm. İşçinin şirkətin həyatında ən önəmli faktor olması artıq mənim üçün aksiomadır. İşçi sizin biznes imperiyanızı təpəsi aşağı da edər, dükkanınızı böyük biznesə də çevirər.

Deməli bu yaxınlarda bir şirkətlə görüşürük. Şirkətin satdığı məhsulların maşallahı var. Çox modern, avanqard məhsullar satırlar, adamın Allahı var içəridə dizayn, görsəl abu havada qaydasındadır.

Gəl gör ki, belə gülü gülüstanlığa qızılgül qoymalı ikən tikanlar yığıblar.

İşçilər mənim başqa şirkətin əməkdaşı olduğumdan xəbərləri və mənim də digər müştərilərdən  seçiləcək tərəfim yox idi. Yəni mən də potensial müştəri ola bilərdim.

Deməli başlayaq sizinlə bu şirkətin satış yerinə birlikdə səyahət edək.

Qapılar açılır və səliqəli geyimdə yekəpər qaqaş yaxınlaşır.

Nə lazım idi? Kim lazım idi?

Qardaşın üzündə elə ifadə var ki, sanki kreditin vaxtından bir həftə keçib amma pul tapa bilmir ödəməyə. Qardaş gülümsəməyi çoxdan unudub.

Nə isə bu maneəni aşıb keçirəm içəri.

İşçinin birinin başı ağrıyır. Normal bir haldır hamının başına gələ bilər. Amma di gəl ki, bu başı ağrıyan xanım qan eliyir. Hamıya qarşı kobudluq edir. Özü də yüksək səslə. Meneceri ilə də dalaşdı bir göz qırpımında.

Satış təmsilçiləri hərəsi öz işindədir. İki dəfə müştəri içəri daxil oldu və menecerin xəbərdarlığı ilə olara yaxınlaşdılar.

-Filankəs deyəsən müştəri gəlir ona yaxınlaş.

-Filankəs bax o da müşdəridir görmürsən?

Nə isə kişinin qoyduğu sərmayəyə yazığım gəldi. Kimdirsə pul qoyub ki, qazansın amma gəl gör ki, filankəslər onun cibinə girirlər. Ona gələcək pulun qabağına daş qoymaqla məşğuldurlar.

Sonra gəlirik HR direktorun yanına.

Pəəəəh başına döndüyüm elə mimikayla oturub ki, bədən dili bar-bar bağırır ki, iki-üç günə Zakir Qaralovun yerinə keçəcəm. Xanım heçmi gülümsəməz? Özü də HR sahəsində olan bir insan. İnsanlarla daha çox münasibətdə olmalı olan şəxs.

Bir daha nəticəyə gəldim ki, siz nə edirsiz edin hansı marketing strategiyası izləyirsiz izləyin, ofisin dirəklərini qızıldan, stollarını gümüşdən edin fərqi yoxdur əgər sizi təmsil edən şəxslər işini sevmirsə, işinə vicdanla yanaşmırsa və ən əsası siz işçi seçərkən və seçdikdən sonra düzgün addımlar atmamısızsa heç nə BAŞINIZ SAĞOLSUN.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s