Month: December 2015

Heç vaxt uğur qazandırmayacaq o addımlar

Posted on

ff.jpg

Uğur. Başarmaq. Eşitdiyimiz zaman qulağa xoş gələn sözlərdir.

Amma bunun bir əmması var ki, həyatda çox şey hazır vəziyyətdə insanın əlinə vermilmir. Hər şey demədim çünki…Çünkisini birazdan biləcəyik.

Xüsusən gənclərimiz uğur qazanmaq, fərdi inkişaf adına daha tələsgəndirlər. Bir fokus-mokusla hər şeyi həll etmək olmaz.

İndiyə qədər fərdi inkişaf, uğuru necə qazanmaq olar tipli bəlkədə yüzlərlə kitablar yazılıb. Ahmet Şerif İzgörenin də dediyi kimi hamısı da sizə, bizə ağıl verməklə məşğuldur.

Read the rest of this entry »

Bir işə alma əfsanəsi-2

Posted on Updated on

5cb89658d0917814e87ddde33d0122b0

Hə dostlar namizəd seçərkən nələrə diqqət etməli idik?

Artıq mərhələlərdən üçü haqqında məlumatımız oldu. Bu gün də geri qalan ikisi haqqında qısa məlumat verməyə çalışacam sizlərə.

Dördüncü mərhələ namizədlərin dəyərləndirilməsidir. Bu mərhələdə bizdən qaynaqlanan bir neçə addımdan uzaq durmalıyıq.

Namizədin xarici görünüşünü bəyənməmək, namizədin bilik və bacarıqlarına qarşı qısqanclıq, onun ilk görüşdə özünü yaxşı təqdim etməyinin təsiri altında qalmaq, namizədin ilk görüşdə həyəcanlı olması, bizim verdiyimiz sualların yönləndirici olması, namizədin gənc olması,  səssiz və ehtiyyatlı olması, namizədin “yaxşı namizəd ” rolunu oynaması və.s  bizə doğru qərar verməyə mane ola bilər.

Read the rest of this entry »

Bir işə alma əfsanəsi

Posted on Updated on

AAEAAQAAAAAAAAYiAAAAJDNkMjZhZTg5LTVmY2ItNGUyNi1hNTI0LWM3YTU5YTYxMDY1ZA

Sizinlə yenicə bitirdiyim Linda A.Hillin müəllifi olduğu –BİR NAMİZƏDİ İŞƏ ALMAQ-kitabı haqqında qısa qeydlərimi paylaşmaq istəyirəm.

İşə alım prosesi 5 addımdan ibarətdir.

1-İş üçün lazımi şərtləri hazırlamaq

2-Gələcək vəəd edən namizədləri cəlb etmək

3-Namizədlərlə görüşmək

4-Namizədləri dəyərləndirmək

5-Qərar verib iş təklifi etmək

Read the rest of this entry »

Yuxlatmayan Forum

Posted on Updated on

10382179_898521530260987_2289883876477077627_nAzərbaycanda daha bir ilkə imza atıldı.  Ölkəmizdə ilk Milli İnsan Resursları Formu keçirildi. Mənim üçün sevindirici tərəflərdən biri o idi ki, mən özüm təşkilat komandasında yer alırdım. Bu mənə bir şeyi göstərdi ki, böyük işlər üçün böyük imkan sahibi olmaqdan ziyadə böyük ideallar, məqsədlər lazımdır. Etmək istəyirsən, çalışırsan çarpışırsan və olur.

Komandada bu işə daha çox enerji sərf edən dostlarımıza ayrıca bir təşəkkür edirəm öz adımdan.

İndiyə qədər çox seminarlarda, təlimlərdə, formlarda iştirak etmişəm. Tam səmimi deyirəm yeganə form oldu ki, yuxu basmadı, əsnəmədim 🙂

Yeganə form oldu ki, statistik məlumatlar deyil iş təcrübəsi paylaşıldı. Həm də dolu-dolu məlumatlar, həyat təcrübələrini paylaşdı  dəyərli spikerlərimiz.

#Mirf2015 haştagı ilə atılan tvitləri və öz müşaiətimi bir araya gətirib spikerlərimiz haqqında acizanə fikirlərimi paylaşmaq istəyirəm. Hamısı barədə yazmayacam. Yaxşıların arasında mənə görə ən yaxşı olanlardan yazacam bir neçə cümlə.

1.DJ Tural. Adam danışmağın ustasıdır. Çıxışı o qədər canlı idi ki, dinləyicini dinləməyə məcbur edirdi. Dünya təcrübəsindən paylaşdığı məlumatlar da öz yerində .

2.Elçin bəy. Çıxışını dinlədikcə dəqiqələrin asta keçməsi üçün az qala dua edəcəkdim J Elçin bəyin ən sonda real təklifi isə zənnimcə formun top nöqtələrindən biri idi. Maraqlıdır görən Elçin bəyə sonradan müraciət edən oldumu? Bunu da artıq özü cavablandırar 🙂

3.Namiq bəy. Dinlədiyim zaman türklər demiş “işte bu ” dedim. HR-ların ortaq dərdlərindən, problemlərindən danışması da yerində atılmış addım idi.

4.Xəqani bəyin məsələyə insani yanaşması forumda bir ilk idi. Hamını öncə gülümsədən fikir TR(tale resursları) sonradan bir növ şok effekti yaratdı.

5.Alruz bəyin sonda etdiyi gedişat isə bir çoxlarında duyğu seli yaratdı. Mən özüm isə mesajı göndərə bilmədim. Böyüdüyüm mühit təəssüf ki, kişi duyğusal olmazı öyrədib mənə. Amma ən qısa zamanda bu əngəli də qıracam.

Sadəcə bu qədər. Bir daha hamıya təşəkkür edirəm.

 

Badımcansayağı taksi

Posted on Updated on

http://www.dreamstime.com/royalty-free-stock-image-taxi-image28409716
TAXI

Yaxın zamanlarda dostlardan biri taksi xidmətlərində qarşılaşılan problemdən bir qismi barədə yazmışdı. Bir neçə gün əvvəl özümün də başına belə bir hadisə gəlib.

Deməli Türkiyədən qonağım gəlmişdi. Elmlər m.st yanında Badımcan deyə tabir etdiyimiz 90 AT 967 nömrə nişanlı London taksisinə yaxınlaşdıq. Sürücünün yaşı hardasa 55-60 arası olardı. Dayday maşını sürür, əlində də siqaret özü üçün tüstülədir.

Üzü Milli Məclis tərəfə dönəndə yolu bağladıqlarından məcbur qaldıq düz düşməyə. Arxada mən və qonağım olmasına baxmayaraq sürücü (adı- Rövşən) söyüş söyməyə başladı.

Nə isə gəldik gedəcəyimiz yerə çatdıq. Gediş haqqı 4.10 AZN idi. 5 AZN verdim və gözləyirəm ki, sürücü qalığı geri qaytaracaq. Sürücü gözlədiyimi görüb dedi ki, bəs bayaq propkaya düşmüşük ona görə qaytarmıram.

Başladım ki, atan gözəl, anan gözəl probkanın mənə nə dəxli? İkinci diə gəldiyin yol ki, dəyişmir probkada. Dəyişsə belə gəldiyin yola görə yazır sayğacın. Sürücü xoş dildən başa düşmədiyinə görə məcbur qaldım başa düşdüyü dillə danışdım və qalığı aldım.

Halbu ki, məsələ 90 qəpik deyildi. Əgər yolda siqaret çəkməsəydi, biz eşidə-eşidə söyüş söyməsəydi bəlkə də qalığı heç gözləməyəcəkdim.

Əlimdən gəldiyi qədər Dost Taxidən istifadə edirəm. Olduqca gözəl xidmət göstərirlər. Qısa zamanda ödəniş haqqında məlumat verirlər. Sürücüləri də çox mədənidir.  Ən çox xoşuma gələn isə zəng etdiyin zaman “Buyurun Vüsal bəy” demələridir.Ad ilə xitab çox önəmlidir. Müştəri ilə həqiqətən dost kimi davranırlar. Artıq tanışıqmış kimi aura yaranır. Halbu ki, heç bir zaman operatordakı şəxsi görməmişəm bəlkə də heç vaxt görməyəcəm. Belə bir xidmət göstərdiklərinə görə Dost Taxi ailəsinə təşəkkürümü bildirirəm.

Anketi doldurduğunuz üçün təşəkkür edirəm.

Posted on Updated on

113911

Şirkətinizin başı sağ olsun

Posted on Updated on

mind-transferSizə yeni xəbərlərlə gəlmişəm. İşçinin şirkətin həyatında ən önəmli faktor olması artıq mənim üçün aksiomadır. İşçi sizin biznes imperiyanızı təpəsi aşağı da edər, dükkanınızı böyük biznesə də çevirər.

Deməli bu yaxınlarda bir şirkətlə görüşürük. Şirkətin satdığı məhsulların maşallahı var. Çox modern, avanqard məhsullar satırlar, adamın Allahı var içəridə dizayn, görsəl abu havada qaydasındadır.

Gəl gör ki, belə gülü gülüstanlığa qızılgül qoymalı ikən tikanlar yığıblar.

İşçilər mənim başqa şirkətin əməkdaşı olduğumdan xəbərləri və mənim də digər müştərilərdən  seçiləcək tərəfim yox idi. Yəni mən də potensial müştəri ola bilərdim.

Deməli başlayaq sizinlə bu şirkətin satış yerinə birlikdə səyahət edək.

Qapılar açılır və səliqəli geyimdə yekəpər qaqaş yaxınlaşır.

Nə lazım idi? Kim lazım idi?

Qardaşın üzündə elə ifadə var ki, sanki kreditin vaxtından bir həftə keçib amma pul tapa bilmir ödəməyə. Qardaş gülümsəməyi çoxdan unudub.

Nə isə bu maneəni aşıb keçirəm içəri.

İşçinin birinin başı ağrıyır. Normal bir haldır hamının başına gələ bilər. Amma di gəl ki, bu başı ağrıyan xanım qan eliyir. Hamıya qarşı kobudluq edir. Özü də yüksək səslə. Meneceri ilə də dalaşdı bir göz qırpımında.

Satış təmsilçiləri hərəsi öz işindədir. İki dəfə müştəri içəri daxil oldu və menecerin xəbərdarlığı ilə olara yaxınlaşdılar.

-Filankəs deyəsən müştəri gəlir ona yaxınlaş.

-Filankəs bax o da müşdəridir görmürsən?

Nə isə kişinin qoyduğu sərmayəyə yazığım gəldi. Kimdirsə pul qoyub ki, qazansın amma gəl gör ki, filankəslər onun cibinə girirlər. Ona gələcək pulun qabağına daş qoymaqla məşğuldurlar.

Sonra gəlirik HR direktorun yanına.

Pəəəəh başına döndüyüm elə mimikayla oturub ki, bədən dili bar-bar bağırır ki, iki-üç günə Zakir Qaralovun yerinə keçəcəm. Xanım heçmi gülümsəməz? Özü də HR sahəsində olan bir insan. İnsanlarla daha çox münasibətdə olmalı olan şəxs.

Bir daha nəticəyə gəldim ki, siz nə edirsiz edin hansı marketing strategiyası izləyirsiz izləyin, ofisin dirəklərini qızıldan, stollarını gümüşdən edin fərqi yoxdur əgər sizi təmsil edən şəxslər işini sevmirsə, işinə vicdanla yanaşmırsa və ən əsası siz işçi seçərkən və seçdikdən sonra düzgün addımlar atmamısızsa heç nə BAŞINIZ SAĞOLSUN.