Month: November 2015

İşçilərimizi sevməliyik?(səbəb göz qabağındadır)

Posted on

360 degree feedback
Rendered Concept of a 360 degree feedback.

Yeni işimə başlayandan sonra bir neçə sirdən agah oldum. Bu haqda birazdan.

Xırda və orta ölçülü sahibkarların, müdirlərin əksəriyyəti işlərin yaxşı getmədiyindən, bəzi şirkətlərin yeni qurulmasına baxmayaraq onlardan daha çevik hərəkət etdiyindən, dolayısı ilə pul itirdiklərindən şikayət edirlər.

O zaman aydınlaşdırmaq lazımdır:

1-Yeni yaranan şirkət necə olur ki, daha çevik hərəkət edə bilir?

2-Bazarda yeni şirkətin girməsinə imkan yaradacaq qədər niş var ikən biz niyə geriləyirik?

3-Bizim geriləməyimizin səbəbləri nələrdir?

Əvvəla unutmaq olmaz ki, yeni yaranan şirkətlərin çevik hərəkət etmək bacarığının əsas səbəbi günün ehtiyyaclarına uyğun qurulmasıdır. Çiyinlərindən köhnədən qalma şirkət ənənələri, dəyişdirə bilmədikləri şirkət strategiyası, dəyişimə dirənən işçiləri yoxdur. Yəni fərdi minik avtomobilinin tırı keçməsi normaldır.

Bazarda hələ də boşluq var ikən, bazar məhsulunuza hələ doymayıbsa, müştəri çətinliyi çəkmirsizsə siz geriləyirsinizsə bir an əvvəl ya biznes strategiyanızı dəyişməlisiniz, ya da ki, günü sabahdan əlinizdə olanı da itirmədən ya bazardan çəkilməlisiniz, ya da sektor dəyişdirməlisiniz. İnkişaf etmək istəyən şirkət, yeniliklərə açıq olmalı bazarın tələblərinə adekvat cavab verə bilməlidir. Ya da müştərinin ehtiyyaclarını yaradacaq, onların qərarlarına təsir edəcək qədər güclü olacaq.

Geriləməyin səbəbləri çox ola bilər.

-Məhsulun düzgün təqdim edilməməsi

-Ambalajlardakı çatışmazlıqlar

-Malın keyfiyyəti

-Rəqiblərinizin sizdən daha zirəng olması

-Bazar araşdırmanızın zəyif olması

-İnkişafa meyilli olmamanız

-….

-Ən əsası isə işçilərinizi sizə olan bağlılığı

Əgər işçiyə lazımi dəyər verilməzsə, onun ehtiyyacları qarşılanmazsa əlbəttə ki, işçidən daha yüksək performans gözləmək də ədalətsizlik olar. Ayda 250 azn maaş alan bir işçidən yüksək performans, müştəri ilə gülər üzlü münasibət gözləyə bilmərik. Ən azından buna dəyməz.

İşçi şirkət tərəfindən dəyərləndirildiyini hiss edərsə, əminəm ki, daha yaxşı performans ortaya qoyacaq.

Əvvəlki yazıma oxuyuculardan biri -amma isin basqa bir terefi de var. Isci pesekar olmaya biler, bu problemdi. Amma sahibkarlar da melek deyil. Iscinin is seraiti, mevacibi ve s isin keyfiyyetine tesir edir-deyərək haqlı iradını dilə gətirmişdi.

İşçinin motivasiyası deyəndə daha çox maaşına bir miqdar əlavə etmək başa düşülür. Halbu ki,  pul qiymətləndirmə vasitələrindən biridir, birincisi deyil.

Bir həftə əvvəl təhsil sahəsində olan şirkətlərdən biri ilə görüşürdük. Zəng gəldi və məlum oldu ki, işçisidir. İşçiylə danışıq tonu, səsindəki aşağılayıcı notlar əminəm ki, işçinin daxilində hər zaman ona qarşı, işinə qarşı bir nifrət bəsləyəcək. Çünki həmin şəxs işçisi ilə danışarkən bir -salam- sonda isə -sağ ol- deməyəcək qədər eqoistcəsinə davrandı.

İşçiləri günahlandırmazdan əvvəl bir də özümüzə baxmaqda fayda var. Sənin vecinə olmayan biri niyə sənin cabin üçün can yamdırsın ki?

Belə olduğu halda aylıq maaşının xətrinə saat 9-18 arasını bir babat yola verib gedəcək.

Bir müddət sonra isə şirkət niyə daha çox qazanmır deyə fantastic səbəblər axtarmağa başlayacaqsınız. Səbəb isə göz qabağındadır.

İşimizi işçilərdən necə qoruyaq?

Posted on Updated on

finance-clip-art-56972Bəli, bəli məhz işçilərimizdən. Günün ən az səkkiz saatını sizinlə keçirən, aylıq gəlirini sizdən qazanan işçidən.

Xüsusən də xidmət sahəsində olanlar gözlərini dörd açmalıdırlar. Çünki işçilər göz  görə-görə cibinizə girər heç ruhunuz da inciməz.

Bir neçə gün əvvəl Bakıda kifayət qədər tanınan, xoş ortamı olan bir restorana getmişdik dostlarla. Pəncərənin kənarında oturmuşduq. Bu zaman qiyməti 25000dən az olmayan avtomobildən iki orta yaşlı kişi düşüb restorana daxil oldu.

Əsl məsələ elə burda başladı. Girişə yaxın olduğumuzdan danışılanları rahatlıqla eşidə bilirdim. Nə isə gələn qonaqlar balıq yeməkləri ilə maraqlandılar. Bunları qarşılayan qardaş elə bir səs tonu ilə, elə ədayla danışmağa başladı ki, dedim aha ipin qırıldığı yer buradır. Qonaq soruşur qaqaş yerə, qapıya, pəncərəyə baxa baxa başdan sovdu cavablar verir. Bunlar keçib stol arxasında əyləşirlər. Qonaqlar yenə normal olaraq menyu ilə maraqlanmağa başladılar. İşçinin hərəkətləri təqribən belədir. Mən ən azı deputat olmalı idim amma dayımın qonşusunun bacısı oğlu günahkardır ola bilmədim, lənət həyata 🙂

Cəmisi 4-5 dəqiqə sonra qonaqlar heç nə lazım deyil deyib qalxıb getdilər. Oların otruduğu masanın yanında daha bir qrup əyləşib yemək yeyirdilər. İşçi oların və bizim eşidəcəyimiz səs tonu ilə buların arxasıyca yağlı bir söyüş də söydü.

Bizim verdiyimiz hesabı və gələnlərin maraqlandıqları yeməklərin qiymətini müqayisə edəndə aydın olurdu ki, azı 60-70 manat hesab verib gedəcəkdilər. Bəlkə də bundan sonra da daimi müştəri olacaqdılar. Amma nə oldu?

İşçi heç bir haqqı olmadan sahibkarın 60-70 manatını oğurladı. Birdə bunun görünməyən tərəfi var axı. Bəlkə bunlar daimi müştəri qismində neçə dəfələrlə 60-70 manat hesab verəcəkdilər.

Elə mən də həmin gündən sonra o məkana getmirəm. Hardan biləsən verdiyin hər sifarişdən sonra işçilər qulağının dibini qızdırır ya yox?

Giley Güzarovun Biznes Strategiyası

Posted on

risk

Giley Güzarov əlində olan qəpik quruşunu toplayıb özünə balaca bir dükkan açmışdı. Sağında, solunda ərzaq, meyvə-tərəvəz satan başqa dükkanlar olsa da Giley Güzarov- hər kəs öz rızqını yeyir -deyib hər gün səhər tezdən dükkanını açardı. Axşamlarda ən gec dükkanını bağlayan da o olardı.

Bir gün məhəllədə səs yayır ki, bəs dükkanları Bəhgedən Filankəsoğlu pulla alır. Burdakı kiçik dükkanları yerlə bir edib yerində böyük bir Supermarket açacaq. Hamı bir-bir dükkanını 5manat bahasına satır amma Giley Güzarovu heç kəs yola gətirə bilmir.

Əlində nəyin var itirəcəksən, iflas edəcəksən deyənlərə də-mənim qorxum yoxdur əvvəl də bir həsir bir məmmədnəsir idim uzağı yenə elə olacam- deyir.

Bəhgedən Filankəsoğlu bununla baş edə bilməyəcəyini görüb qərar verir ki supermarket tikilsin.

Aylar sonra supermarket hazır olur. Fil yanında qarşıqa kimi görünən balaca dükkan isə buna bitişik qalır. Supermarketin açılacağı gün Giley Güzarov dükkanının adını dəyişdirir. Böyük hərflərlə “ƏSAS GİRİŞ” yazdırır. Gələnlə buranın əsas giriş olduğunu düşünərək hamı bir nəfər kimi balaca dükkana ayaq açır. Ayın sonunda dükkanın gəliri əvvəlki aylardan dəfələrlə çox olmuşdu. Giley Güzarovun gələnlərlə qurduğu isti münasibət isə müştəriləri daha da bağlamışdı dükkana.

Dediyimiz odur ki, fürsət hər zaman var. Sadəcə olaraq bunu görə bilmək, ehtiyyac yarandığı anda düzgün qərar verə bilməyi bacarmaq lazımdır.

Bunu mən demirəm indi şəhərin 3 yerində evi, 2 marketi, 2 xarici maşını olab Giley Güzarov deyir. JJJ