Month: August 2015

ŞLAQBAUM EFFEKTİ

Posted on

stop-chicken-160l5feBu dəfəki yazımda özümdə və ətrafımdakı insanlarda öz gələcək nailiyyətlərini əngəlləyən davranışlar və xüsusiyyətlər barədə yazmaq qərarına gəlmişəm. Bu barədə indiqyə qədər çox oxumusunuz bilirəm birdə bəndəniz acizanə düşüncələrini paylaşmaq istədi dəyərli dostlarla.

Niyə məhz ŞLAQBAUM EFFEKTİ?

Oxuyaq görək.

1-KAŞ-məktəb vaxtlarımda ən çox istifadə etdiyim sözlərdən biri idi. Sanki cümlənin başına bu üç hərfli sözü əlavə edincə rahatlayırdım. Bütün məsuliyyət üzərimdən qalxırdı. Ancaq universitet (Sakarya) oxuduğum müddətdə müəllimlərimizin üzərimdəki müsbət təsiri, yaratdıqları özümə inam hissi mənə iki sözdən ibarət yeni SEHİRLİ bir düstur verdi. BUNDAN SONRA….

KAŞ belə etməyəydim, kaş bir az daha ciddi yanaşardım, kaş onu da etmiş olsaydım demək əvəzinə BUNDAN SONRA belə edəcəm, BUNDAN SONRA məsələlərə daha ciddi yanaşacam, BUNDAN SONRA deməli bunu da etməliyəm demək insanı sadəcə passif rahatlama vəziyyətindən çıxarıb gələcəyə yönləndirir. KAŞlar isə yolumuzu kəsməklə məşğuldur…

2-NİYƏ- Axı mən niyə belə etdim? NİYƏ mən qonşumun əmisi oğlunun dostu kimi J bacarıqlı deyiləm? Diqqət etsək görərik ki, NİYƏdən sonrakı fikirlər insana hər şeyin bitdiyi təsəvvürünü yaradır.

NİYƏNİ-NECƏ ilə əvəz etmək lazımdır. Mən NECƏ etməliyəm ki, bir dəfə öhdəsindən gələ bilmədiyim işi hamıdan daha yaxşı bacarım. Qarşıda məqsəd,motive edici bir vəziyyət yaradacaqsınız. Bizə düşən güclü iradə və NECƏləri araşdırmaq olacaq.

3-ÖZGƏLƏRİ…

Ən kiçik uğursuzluğumuzu, etdiyimiz ən kiçik səhvi belə bəzən başqasının üzərinə atmaq istəyirik. Əslində günahkar biz deyildik, ÖZGƏLƏRİ səbəb oldular başarısızlığımıza. “Evdəkilər daha çox arxamda olsaydılar əminəm ki, belə olmayacaqdı. Müəllim yaxşı izah etsəydi bunu səhv etməyəcəkdim və indi tələbə idim.” Bir sözlə bizdən başqa hamı PİS ADAMDIR J.

4-YA OLMAZSA?

Bir işə başlayacağıq və ya həyatımızda önəmli fərq yaradacaq bir addım atacağıq. Əlbəttə bu işin əhli ilə məsləhətləşmək, başqalarından fikir almaq hər zaman lazımdır? Ancaq öz fikirlərini bir kənara atmaq, FİLANKES dediyinin eynisini etməsəm, öz fikirlərimi də qatsam YA OLMAZSA? YA OLMAZSA mən insanların üzünə necə baxa bilərəm, hələ valideyinlərimi, dostlarımı demirəm nə deyərlər mənə.

Bunun əvəzinə BU OLMAZSA deməli başqa bir yol da var, onu araşdırmalıyam. ƏGƏR OLMADISA deməli bu işin mümkün olmadığı yollardan birini artıq öyrənmiş oldum J demək hər zaman işimizə yarayacaq.

5-ŞOK…MƏN BATDIM!

Ən çox TQDK imtahanlarının nəticələri açıqlandıqdan sonra həyatda ilk və önəmli addımlarını atmış amma lazımi nəticəni  əldə etməmiş gənclərimizdə görürük. Sonra iş həyatında, şəxsi münasibətlərimizdə qarşılaşdığımız ciddi problem bizim üzərimizdə ŞOK…MƏN BATDIM effekti yaradır J

Ancaq ən çox ayaqda dik durmağa, özümüzə inanmağa ehtiyyac duyduğumuz anlar elə həmin anlardır. İlk zərbəni aldıqdan sonra ayaqda dura biliriksə əminliklə deyə bilərik ki, BACARACAĞIQ. Əks halda gələcəyimizin qarşısında STOP işarəsini görməli olacağıq.

Advertisements