Aclıqdan necə xilas olmalıyıq?

Posted on

ekonomiAmerikanın İraqa hücum etməsi ilə dünyada bütün proseslər demək olar ki fərqli istiqamət aldı.

Siyasi proseslər özlüyündə iqtisadi proseslərə də təsir edəcək faktorlar yaratdı.

Neft torpaqlarına qarşı “böyük iştahla” sahib olmaq həvəsi bunun nəzdində bəzi ölkələrin arasında yaranan soyuqluq, iqtisadi sanksiyalar bir sözlə daha nələr nələr….

Bəs biz ölkə olaraq iqtisadi sanksiyalara, qonşuluqda baş verən proseslərə, müharibə başladığı təqdirdə yaranacaq iqtisadi problemlərə hazırıqmı?

1-İqtisadiyyatımızın əsasını, demək olar tamamını neft-qaz gəlirləri formalaşdırır. Neftin qiymətinin düşməsi bir daha sübut etdi ki, neftdən gələn milyonlara ümid bəsləmək olmaz. Bunun vətəndaş üzərindəki təsiri isə göz qabağındadır. İnsanlar buna hazır deyildilər.

2-Kənd təsərrüfatı demək olar ki, iflas edib. Hektarlarla ərazilər istifadəsiz qalıb. Bunun əsas səbəbi isə vətəndaş əkin biçin üçün lazımi xərcləri ödəyə bilmir. Ya da məhsulu əlində qalır. Daxili bazarı gücləndirmək üçün, ölkə xaricində gətirilən kənd təsərrüfatı məhsullarına məhduddiyyətlər qoyulmalıdır.

3-İnhisarçılığa, təkəlçiliyə son verilməlidir

4-Banklarda verilən kreditlərin faiz dərəcələri aşağı salınmalıdır.

5-Kənd təsərrüfatı ilə məşğul olan və olmaq istəyən sahibkarlara xüsusi güzəşt və dövlət tərəfindən yardım olunmalıdır.

6-Sənaye mütləq inkişaf etdirilməlidir. Sadəcə neft sənayesi deyil, digər sahələrin də inkişafı üçün şərait yaradılmalıdır.

7-Ədalətli vergi sistemi tədbiq olunmalı və inkişaf etdirilmək istənilən sahələrdə vergi güzəşti edilə bilər.

8-Rəqabəti gücləndirmək və iqtisadiyyatı inkişaf etdirmək üçün xarici investisiyaların ölkəyə cəlb edilməsi adına bir müddətlik vergidən azad oluna bilərlər, torpaq ərazisi və ya kira gəlirləri dövlət tərəfindən müəyyən müddətlik ödənilə bilər. Bütün bu deyilənlər dünya praktikasında istifadə olunan yöntəmlərdir.

9-Bütün bunların nəticəsində işsiz təbəqənin böyük əksəriyyəti işlə təmin olunacaq.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s