Sən bir dahisən.

Posted on Updated on

Man and worldƏziz oxuyucu. Biznesin əsas sirrlərindən biri də özünə inam və risk etmək bacarığıdır. Təbii ki söhbət ağıllı riskdən gedir. Bu gün gedib Dəməşqdə marketlər zinciri açmaq risk deyil ağılsızlıq olardı.

Özünə inam isə işin ən önəmli  hissəsidir. Çünki qarşınıza nələrin çıxacağını, hansı fürsətlərlə rastlaşacağımızı bilmirik. Belə olduqda əsas iş analiz edib, doğru qərar verib ilk addımı atmaqdır.

Mən hələ tələbə ikən Türkiyədən maşınlar üçün çexol “vurmaq” qərarına gəlmişdim. Əvvəlcədən bazar araşdırması da aparmışdım. Bazarda lazımı qədər məhsul olduğu üçün vəziyyət o qədər də ürək açan deyildi amma qazanmaq mümkün idi.

Hətta Türkiyədəki istehsalçı ilə də danışıqlar tamamlanmışdı. Əlimdə yox deyiləcək qədər vəsait olmasına baxmayaraq mən çexolları ala bilirdim. Cəsarətimi toplayıb bu işə başlayacaqdım amma əsgərlik məsələsinə  görə yarımçıq qaldı. Amma ilk addımımı atmışdım.

Bəndəniz sizli bizli bu gün heyranlıqla uğurlarına pərəsdiş etdiyimiz bir neçə şəxsin həyat hekayəsindən özünə inamla bağlı hissələrini sizlərə təqdim etmək isdəyir.

Mixael jordan.

Hələ 9cu sinifdə oxuyarkən məktəbin basketbol klubununa üzv olmaq istəmişdi ancaq Mixaelə icazə verməmişdilər. Məşqçi ona boyunun qısa olduğunu, basketbol oynamaq qabiliyyətinin olmadığını demişdi. Bilirsiniz sonra nə oldu? Mixael bu gün basketbol ulduzudur.

Wolt Disney.

Köhnə bir qarajı vardı. İlk qəhrəmanı olan “miki siçan”ı da elə burda çəkmişdi. Bu personajını qəbul etdirincəyə qədər onlarla işdən rəd cavabı almışdı. Hətta Kansaslı bir redaktor ona rəssamlıq qabiliyyətinin olmadığını demişdi.

Henri Ford.

1903 cü ildə bir bank müdürü qarşısındakı sənədləri incələyirdi. Sənədlərin arasında bankdan kredit istəyən müştərilərin siyahısı vardı. Fordun kağızını əlinə alıb oxuduqdan sonra qəbul edilmədi möhürünü vurur üzərinə. Bunu eşidən Ford müdürün otağına girib “bu cür layihəni geri çevirirsiniz?” deyib etiraz edir. Müdürə meseleni izah edə bilməyən Ford “Bir gün bu yollarda at arabaları qalmayacaq. Hər kəs avtomobildən istifadə edəcək” deyir. Ford avtomobillərini ərsəyə gətirənə qədər düz 5 dəfə iflas etsə də məqsədindən əl çəkmədi. Nəticəsini görmək istəyirsinizsə çıxın küçəyə və yolda şütüyən maşınlara baxın.

 

Xəyallarınızdan, istəklərinizdən əl çəkməyin. Başqalarının fikri sizi ruhdan salmasın. Çünki sizin nəyə qadir olduğunuzu yalnız siz bilə bilərsiniz.

Leave a comment