Şəhərin ən yaxşı yerində mağaza..

Aside Posted on Updated on

Resim

Salam əziz Oxucu.. Bugün maraqlı bir mövzu haqda danışaq istəyirəm. Amma əvvəlcə bəzi suallarım olacaq; Yeni bir mağaza açacaq olsaz harda açmaq istəyərsiz?! Yəqin ki, şəhərin ən yaxşı yerində. Ən yaxşı yer haradır?! Təbii ki, insanların daha sıx olduğu, sizin potensial müştərilərinizin sayının daha çox olabiləcəyini düşündüyünüz yerlərdə. Fikirləşək, hara ola bilər.. “Tarqovu”, Nərimanov metrosu civarı ya da Sahil Ticarət Mərkəzində..

Mənim daha yaxşı fikrim var; gəlin mağazamızı internetdə açaq. Hə, necə fikirdi? Bizə insanların sıx olduğu yer lazım deyil? Harda internetdən daha çox müştəri tapmaq olar?! Beləcə, nəinki Bakı, bütün Azərbaycan bizim müştərimiz ola bilər. Həm yuxarıda saydığımız yerlərdə icarə haqqları bilirsiniz nə qədərdir?! Yeri icarə edəcəksiz, təmir etdirəcəksiz, bu qədər pulunuz var? İnternet mağazamızda isə cüzi “hosting” xərcimiz olacaq..

Bəli, elektron mağaza açmağın müsbət yönləri çoxdur. Ümumiyyətlə elektron yollarla ticarət dedikdə ağlımıza sadəcə internetmi gəlməlidir?! Telefon da e-ticarət vasitəsidir desəm, hətta televizor da, nə deyərsiz?! Ümumiyyət e-ticarət növlərinə baxacaq olsaq görərik ki, həm tərəflər baxımından, həm də birbaşa olub olmamasına görə növlərə ayrılır. Telefon, televizor kimi vasitələrdə satıcı müştəriylə əlaqə qurur, məhsulu təklif edir və sifariş edilməsi halında kuryer vəya kargo ilə yollanan məhsulun dəyəri kredit kartı ilə ödəmə vəya qapıda ödəmə üsulu ilə ödənir. EDI (electronic data interchange) adlanan elektron dataların alış-verişi sistemi isə, bütün dünyada B2B elektron ticarət növü üzrə geniş istifadə olunan bir sistemdir. Bu sistemdə şirkətlərin öz aralarında əvvəlcədən razılaşması ilə, bir birlərilə elektron sənəd və dataların göndərilməsi müəyyən standartlar və kodlaşdırmalara əsaslanır. Beləcə insan faktorunu ən aza endirərək sifarişlərin avtomatik şəkildə verilməsi tənzimlənir. Məsələn, tədarükçüdən sifariş edəcəyimiz xammal, müəyyən olunmuş alt limitə çatdıqda inteqrasiya olumuş sistemlər vasitəsilə EDI mesajları tədarükçünün sisteminə avtomatik sifariş yollayır. Tədarükçünün sistemi əvvəlcədən müəyənləşdirilmiş bu mesaj standartını tanıyır və sifarişi qeydə alır. Beləcə insan faktoru minimuma endirilərək xətalar, zaman və məsrəflər azaldılır.

İnternetdən hələ çox əvvəl mövcud olan elektron ticarət, internetin meydana çıxmasıyla daha da yayılmış və sürət qazanmışdır.  Bəs Azərbaycanda niyə e-ticarət inkişaf etmir?! Ənənəvi olacaq biraz; O əjdahadan bizdə niyə yoxdur?! Niyə bizdə amerikalıların amazonları, ebayları, türklərin gittigidiyorları yoxdur?! Sual verə bilərsiniz, sənə əjdaha lazımdır deyə. Bəli lazımdır! Amazon.com`un 2012 dövriyyəsi 60 milyard dolların üzərindədir. Türklərin gittigidiyor.com ebay tərəfindən 271 milyon dollara satın alındı. Rəqəmləri təsəvvür edirsiniz? Düzdür bizim ticarət  miqyasımız Amerika və Türkiyə ilə müqayisədə kiçik ola bilər, ancaq bu rəqəmlər e-ticarətin ölçülərini göstərir.

Azərbaycanda hələ 2005-ci ildə, “elektron ticarət haqqında qanun” qəbul edilmişdir. Ancaq elektron ödəmə sisteminin olmaması nəticəsində ilk elektron ticarət addımları 2007-2008`ci illər Goldenpay ödəmə sistminin qurulması ilə atılmışdır. Bugün isə Dövlət Statistiki Komitəsinin rəqəmləriylə, Azərbaycanda pərakəndə ticarətdə elektron ticarətin həcmi cəmi 1 milyon 599.8 min manat olmuşdur (yuvarlamadım ki, biraz çox görünsün). Bu isə toplam pərakəndə ticarət həcminin %10-i belə etmir. Qanunumuz var, internetimiz də var (pisdən yaxşıdan), ödəmə sistemlərimiz (Goldenpay, MilliÖn, E-manat) də var. Bəs problem nədədir?

MilliÖn və E-manat layihələrinin bazara gəlməsi ilə rəqabət xeyli qızışmışdır. Baxmayaraq ki, Goldenpay rəhbəri Fərid İsmayılzadə, özlərinin kommunal, rabitə, internet xidmətlərindən gəlir əldə etmələrini ikinci plana atdıqlarını, əsas gəlir mənbəyini digər xidmətlərdən əldə edərək liderliklərini davam etdirəcəklərini deyir, bu portallar ciddi rəqiblər olaraq dəyərləndirilməlidir.

İnternet qiymətləri son bir neçə ildə xeyli enməsinə baxmayaraq, xarici ölkələrlə müqayisəli olaraq yenə yüksək qalsa da, kifayət qədər internet istifadəçisi (4 milyona yaxın) olan bazardakı bu boşluğun dəyərləndirilməməsinin əsas səbəbini bir neçə amillə izah etmək olar.

Elektron ticarətin inkişafında ən vacib məqamlarındna birisi ödəmə sistemləri olduğu kimi, ödəmə sistemlərindən istifadə edə bilmək üçün plastik kartlardan istifadənin də yayılması lazımdır. Beş milyona yaxın plastik kart olan ölkəmizdə isə, bu kartların istifadəsi daha çox bankomatlardan nəğd pul çıxarmaq yönündədir. Çünki plastik kartların əksəriyyəti maaş və təqaüd kartlarıdır. Plastik kartlarla alış veriş edənlərin az olması, elektron ticarət sahəsinə investisiya qoymaq istəyənlərin marağını azaldır. Ancaq səbəblər təkcə bununla bitmir..

E-ticarətin yayıldığı ölkələrdə, klassik ticarətdən ən böyük üstünlüyü vergilərdən azad edilməsidir. Bu ölkələrdə ƏDV-sindən azad olan e-ticarət investisiya qoyanların marağındadır. Bizdə isə bu şəkildə təşviqlərin olmaması vəya zəif olması, inkişafın önündəki başlıca əngəllərdəndir. Təşviq üçün ƏDV-nin e-ticarət üçün hesablanmaması və inkişafın müəyyən səviyyəsində buna yenidən baxılsa, elektron ticarətdən daha çox istifadə sayəsində vergi ödəmələrindəki şəffaflığın artmasına da nail oluna bilər (Vergilərin şəffaf olmasını istəməyənlər də az deyil).

Bir millət olaraq, alacağımız məhsula əlimizlə toxunmasaq onun haqqında qərar verə bilməməyimizdə səbəblərdən biri kimi göstərilə bilər. Ümumiyyətlə elekton ticarət vərdişlərinin yiyələnilməsi müəyyən vaxt tələb edən bir prosesdir. Atılan addımlar, istehlakçıların qorunmasına dair qanunlar kimi qanunvericilikdəki tənzimləmələr müsbət dəyərləndirilməlidir. Yaxın gələcəkdə bizdə də elektron ticarətdə bazara hakim olan adını məşhur amazon çayından alan Amazon.com kimi şirkətlər görə biləcəyimizi ümid edirəm. Yeri gəlmişkən Amazon.com-un qurucuları axtarış səhifələrində birinci sıralarda çıxması üçün adın “a” hərfi ilə seçildiyini deyirlər. Bizdə də Araz.com, niyə olmasın?! 🙂

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s